Pars Muzeyi - Wikipedia
Pars Muzeyi (fars. موزه پارس) — İranın Fars əyalətində yerləşən Şiraz şəhərindəki muzeydir. Muzey Nazar Bağında yerləşmişdir.р[4] Səkkizbucaqlı bina Kərim xan Zəndin keçmiş sarayının yerində tikilmişdir.[5] Bina Zəndlər sülaləsinin idarəsi zamanı xanların əhalini qəbul etmək üçün yer olmuşdur. Həmçinin binada o zamanlar rəsmi mərasimlər də keçirilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Pars Muzeyi | |
---|---|
fars. موزه پارس | |
Açılış tarixi | XVIII əsr[1][2][…], 1936[1][2][…] |
Ölkə | |
Yerləşir | Şiraz, İran |
29°36′57″ şm. e. 52°32′41″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Saray həmçinin Kərim xan Zəndin dəfn olunduğu yerdir.[6]
Nəzər bağı
redaktəSəfəvilər (1501–1722) sülaləsinin idarəsi zamanı Nəzər bağı Şirazın ən böyük bağlarından biri hesab olunurdu. Zənd sülaləsinin nümayənsəsi Kərim xan Zəndin (1750–1794) dövründə bağın ərazisində səkkizbucaqlı saray tikilmişdir. Həmin saray Fəranci Dairəsi adını almışdır.[7] Xarici qonaqların və səfirlərin qəbulu üçün, həmçinin başqa rəsmi mərasimlərin keçirilməsi üçün yer kimi ondan istifadə edilirdi.
Bağın qərb kənarında hasar yerləşmişdir. Hasardakı daşların üzərində üç müxtəlif kalliqrafik stildə yerinə yetirilmiş yazıları görmək olar: Süls xətti, rombşəkilli Nəsx xətti və Nəstəliq xətti. Bu üç yazı İran tarixinin müxtəlif dövrlərinə aiddir: Səlcuqlar, Səfəvilər və Qacarlar.
Pars Muzeyi
redaktə1936-cı ildə saray muzey statusu almışdır. Muzey İranda Tehran şəhəri istisna olmaqla, digər şəhərlərdə açılan ilk muzey hesab olunur.
Muzeydə Quranın təxminən 30 əl ilə yazılmış nüsxəsi ziyarətçilərə nümayiş olunur. Həmçinin burada məşhur fars rəssamlarının işlərini də görmək olar. Əsərlərdən ən məşhuru isə rəssam Cəfər Nakaşanın çəkdiyi "Kərim xan Zənd qəlyan çəkərkən" adlı rəsm əsəridir.
Muzeyin kolleksiyasında bizim eradan əvvəl 4-cü minillikdə kəsilən dəmirlər, dulusçu məmulatları, sikkələr və başqa maraqlı eksponatlar saxlanılır. Ən maraqlı eksponatların arasında Kərim xan Zəndin qılıncını qeyd etmək olar.
Xəfdax Man Quranı
redaktəXəfdax Man Quranı hicri təqvimi üzrə X əsrin başlanğıcında yaradılmışdır. Quran sultan İbrahim Bin Şarux Qurekaninin dövründə Müqəqkak kalliqrafik xətti ilə yazılmışdı. Daha əvvəl bu yazıları Quran Qapılarının üzərində görmək olardı, amma 1898-ci ildə Quran Pars Muzeyinə gətirildi. Quranın adı İranda istifadə olunan çəki vahidinin adı ilə bağlıdır. Bir kitabın çəkisi 17 man təşkil edir.
- Quranın xarakteristikası
- Quranın çəkisi 40 kiloqram təşkil edir (2 cild).
- Vərəqlərin ölçüləri — 48×72 sm.
- Hər kitab 25 santimetrdən yuxarı qalınlıqdan və 500 vərəqdən ibarətdir.
- Hər vərəqdə mətnin hündürlüyü 11 sətir təşkil edir.
- Onun səhifələrində çaplar və müxtəlif dövrlərin insanlarının yadda qalan yazıları var.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://iranarchpedia.ir/entry/13716.
- ↑ 1 2 https://jias.kashanu.ac.ir/article_111826.html.
- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ "Visit Pars Muesum of Shiraz While Traveling in Iran" (ingilis). Destination Iran. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ "Wanderant - plan your perfect trip" (ingilis). Wanderant. 2016-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ "Pars Museum" (ingilis). Tishineh. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ "The 5 Best Museums and Galleries in Shiraz" (ingilis). The Culture Trip. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.