Suls Xetti - Wikipedia
Tarixi
redaktəSüls xətti (hərfi mənası "üçdə bir" deməkdir) – Ərəb əlifbasında yazılan klassik xətt növlərindən biri sayılan süls X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən yaradılmışdır. Bu xətt növündə hərflərin üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu "ummul-xutut", yəni "xətlərin anası" adlandırmışlar.
Qədim xəttatlar belə hesab etmişlər ki, süls ilə yaza bilən bir şəxs çox asanlıqla ruqə, tərfi, müsəlsəl və nəsx kimi xətlərlə də yaza bilər. Çünki xətlərə mükəmməl yiyələnməyi, möhkəm əli və böyük məharəti daha çox süls xətti tələb edir.
İslam memarlığında məscid və ziyarətgahların bəzədilməsinə xüsusi diqqət yetirildikdən sonra süls xəttindən də günbəzlərin tavanlarının, minarələrin, ziyarətgahların, habelə qəbir daşlarının yazılmasında geniş istifadə edilmişdir.