Ovsuncu Film 2002 - Wikipedia
"Ovsunçu" — Natiq Rəsulzadə, Oqtay Mirqasımov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında[1] rejissor Oqtay Mirqasımovun filmi.
OVSUNÇU | |
---|---|
Fayl:Ovsunçu (2003).JPG | |
Janr |
dram döyüş macəra |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifləri | Natiq Rəsulzadə, Oqtay Mirqasımov, Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Bəxtiyar Xanızadə-Rəsul Fuad Poladov-Aslan Ayan Mirqasımova-Mədinə Eldəniz Rəsulov-Şaban Yuri Baliyev-Artyom Səidə Vəlibəyova-Sofi Məmməd Səfa-Qıvrımsaç Murad Cəfərov-Rövşən |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Elmar Fel |
Rəssamlar | Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası "Yeni Film" kinoşirkəti "Timraş" şirkəti (İsrail) Rusiya Kaskadyorlar Assosiasiyası |
İlk baxış tarixi | 31 yanvar 2003, Azərbaycan |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 97 dəq. |
Ölkələr |
Azərbaycan İsrail Rusiya |
Dil | Azərbaycan dili |
İl | 2002 |
Texniki məlumatlar |
10 hissə 2850 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri |
Balakən, Katex kəndi Zaqatala Şamaxı, Zarat kəndi Şamaxı, Dəmirçi kəndi Qobustan |
IMDb | ID0471291 |
Məzmun
redaktəFilm XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışır.
Filmin məna və məzmun qayəsi belədir: zorla, zülmlə mövcud quruluşu dəyişmək olar, amma millətin zəkasında, hafizəsində dərin kök salmış mənəviyyatı zor gücünə başqası ilə əvəz etmək o millətin faciəsidir və zora, zülmə arxalananların özlərinin də son aqibətinin məhvi labüddür.
Bəxtiyar Xanızadə ucqar kənd təbibi olan Rəsulu, Ayan Mirqasımova onun sevgilisi lal Mədinəni, Fuad Poladov isə oynaq ağrılarından bərk əziyyət çəkən dəstə komandirini canlandırır. Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə vuruşa qalxır.
Rejissor özünün avropasayağı intellekti ilə milli xüsusiyyətlərini bir araya gətirə bilməyib. Filmdə yerli kalorit və mistika ilə barəbər Qərb mədəniyyəti və estetikasının təzahürlərini müşahidə etmək olar. Amma onların heç biri sonadək və dəqiqliklə işlənməyib. Bu yarımçıqlıq hətta personajların biri-biri ilə münasibətində və ünsiyyətində də özünü büruzə verir. Əslində, rejissor filmi təbib və komandir arasındakı konflikt üzərində qurur. Amma konfliktin kökünün – haradan və necə yarandığını verə bilmir, bu iki ziyalı insan arasındakı münaqişəni əsaslandırmır. Komandirin daxili əzabı, faciəsi isə yalnız fiziki və zahiri ağrılarla göstərilir. Onun mürəkkəb psixoloji problemlər ətrafında bütünlüklə manevr etmək imkanı olduğu halda, rejissor bundan istifadə etmir. Hətta fransız qadını(Səidə Vəlibəyova) ilə münasibətində də komandir anlaşılmaz və qeyri-səmimi təsir bağışlayır.
Komandirin və kəndə gələn sirk truppasının timsalında klassik Avropa kinosunun elementlərini görməmək olmaz. Furqon, baraban döyəcləyən cırtdan adam, gözüyaşlı kloun və güclü əzələlərini nümayiş etdirən pəhləvan istər-istəməz məşhur kinorejissor Federiko Fellinini xatırladır. Əgər komandir klassik və müasir Avropa filmlərinin bariz nümunəsidirsə, təbib tamamilə onun əksi – milli və müasir savaş filmləri qəhrəmanlarını özündə birləşdirən bir obrazdır. Sakit təbiətli, mərhəmətli loğman birdən-birə ədalət naminə vuruşan mübarizə çevrilir. Məhz birdən-birə. Çünki filmdə, ümumiyyətlə, konflikt və faciənin əsası qoyulmayıb.
Aktyor seçimində rejissor məqsədyönlü hərəkət edib. Baş rolları teatr aləminin ən qabaqcıl aktyorlarına tapşırıb. Personajların açılmasında ziddiyyətlər olsa da, üçlük təklif olunan şəraiti imkan daxilində əks etdirə bilib. Aktrisa Ayan Mirqasımova da lal Mədinənin "sözsüz" ağrılarını ifadə etməkdən çəkinməyib.[2]
Festivallar və mükafatlar
redaktə- 1)2003-cü ildə Minskdə "Listopad" kinofestivalı
- Ən yaxşı prodüser işinə görə rejissor və prodüser Oqtay Mirqasımova Mükafat verilmişdir.
- Filmə "Mir" Dövlətlərarası telekanalın xüsusi Mükafatı verilmişdir.
- 2)2005-ci ildə Kazanda "Qızıl Minbər" I Beynəlxalq kinofestivalı
- Filmə festivalın ən yüksək mükafatı olan "Qran-Pri" verilmişdir.
- Aktrisa Ayan Mirqasımovaya ən yaxşı qadın roluna görə "Almaz Holdinq" Rusiya Zərgərlik Şirkətinin Mükafatı verilmişdir.
Film haqqında
redaktə- Filmi rejissor atasının xatirəsinə ithaf etmişdir.
- Filmdə "Sapito" fransız mahnısı səslənir.
- Filmin materialları "Belarusfilm" kinostudiyasında aşkarlanıb.
- Filmin çəkilişinə Katex, Zarat, Dəmirçi kəndlərinin sakinləri köməklik göstərmişdir.
- "Ovsunçu" ilk dəfə plana 1989-cu ildə düşsə də, çəkilişlərinə yalnız 2000-ci ilin avqustunda başlanılıb.
- Musiqi Ha Lul Şel Daa Bul studiyasında yazılmışdır.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi)
- İdeya və süjet: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi)
- Ssenari müəllifləri: Natiq Rəsulzadə, Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi), Rüstəm İbrahimbəyov
- Quruluşçu operator: Kənan Məmmədov
- Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi), Rafiq Nəsirov
- Geyim rəssamı: Elçin Məmmədov
- Bəstəkar: Elmar Fel
- Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi)
- Montaj edən: Tamara Nərimanbəyova
- Prodüser: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi), Xamiz Muradov(Xamis Muradov kimi)
- İcraçı prodüser: Adil Qulami
- Koordinator: Ənvər Həsənov, Çingiz Həsənov
- Rejissor assistenti: Ötkəm İsgəndərov, Çingiz Hüseynov, Qəmər Mahmudova, Asif Rüstəmov, Lalə Şirinova
- Operator assistenti: Tərlan Babayev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi), Bəhruz Əliyev
- Geyim üzrə assistent: Şahin Həsənli (rəssam), Elmira Balaməmmədova, Həyat Həsənova, Turi Lazareva
- Montaj üzrə assistent: Lyudmila Lotina, Xalidə Cəfərova
- İnzibatçı: Rafiq Musayev, Çingiz Əliyev, Heydər Dadaşov, Yevgeniya Botsmanova (Yevgeniya Bosmanova kimi), Nəriman Axundov, Konstantin Qavriş, Rüfət Əsədov, Fazil Əfşani
- Sualtı çəkiliş: Yuri Varnovski (Yuri Varnauskas kimi)
- Qrim rəssamı: Elbrus Vahidov
- Pirotexnik: Əlibala Məmmədov, Rauf İbrahimov, Vaqif Qurbanov, Rəşid Kərimov
- İşıqçı: Oruc Şahməmmədov, Niyazi Zeynalov, Rövşən Vahabov, Rüstəm Rüstəmov, Adil Dadaşov, Şəmsi Qədirov
- Trük səhnələrinin quruluşu: Konstantin Kişşuk
- Kaskadyor: Vladimir Karpoviç, Nikolay Sulimovski, İqor Sazonov, Konstantin Kişşuk
- Musiqiçi: Elmar Fel, Şahsər Əmir, Teymur Fel, Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi)
- Musiqi redaktoru: Rauf Əliyev, Oqtay Mirqasımov(Oqtay Mirqasım kimi), Gülüş Ağaməmmədova
- Kadrarxası mətn: Rasim Balayev
- Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Cüzeppe Verdi, Rucero Leonkavallo
- Tərcüməni səsləndirən: Eldost Bayramov
Rollarda
redaktə- Bəxtiyar Xanızadə — Rəsul
- Fuad Poladov — Aslan
- Ayan Mirqasımova (Ayan Mirqasım kimi) — Mədinə
- Eldəniz Rəsulov — Şaban
- Yuri Baliyev — Artyom
- Səidə Vəlibəyova — Sofi
- Məmməd Səfa — Qıvrımsaç
- Murad Cəfərov — Rövşən
- Fərid Tağıyev — Yasek
- Aydın Əliyev — kuryer
- İdris Rüstəmov — molla
- Tariyel Qasımov — qonşu qoca
- Mirzə Ağabəyli — xəstə
- Yuri Omelçenko
- İlqar Əhədov
- Həsən Yaqubov
- Emil Mürşüdlü
- Salman Bayramov
- Oleq Vorobjanski
- Yevgeni Vorobjanski
- Dmitri Bezzubov
- Niyazi Abdullayev
- Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi) — akkordeon çalan
- Tofiq Bayramov
- Yakov Şestakov
- Qurban Məsimov — fokusçu
- Kamran Qulamov
- Nadir Əbdülrəhimbəyov
- Fərəc Fərəcov — kəndli
- Rita Əmirbəyova
- Ənvər Həsənov
- Çingiz Həsənov
- Ötkəm İsgəndərov
- Gəray Pəhləvan
- Lətifə Əliyeva — kəndli qadın (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Fəxrəddin Manafov — Rəsul (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur)
- Almaz Mustafayeva — Rövşən (Murad Cəfərov)(titrlərdə yoxdur)
Sponsor
redaktəÇəkilişə köməklik edən qurumlar
redaktə- "Belarusfilm" Kinostudiyası
- "Azal Helicopter" Şirkəti
- Balakən Rayon İcra Hakimiyyəti
- Şamaxı Rayon İcra Hakimiyyəti
- Nəsirəddin Tusi Adına Şamaxı Astrofizik Rəsədxanası
- Qobustan Diyarşünaslıq Qoruğu
- Nəbatat Bağı
- Poçt Bank
- Fuji-Color
Çəkilişə kömək edənlər
redaktə- Səyavuş Kərimi
- Yusif Şeyxov
- Eldor Urazbayev
- Rezo Çxeidze
- Arif İbrahimov
- Xalid Xəlilov
- Mustafa Paraşov
İstinadlar
redaktəMənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 378-379.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.