Oqtay Zulfuqarov - Wikipedia
Oqtay Zülfüqarov (31 may 1929, Bakı – 31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000).[1]
Oqtay Zülfüqarov | |||
---|---|---|---|
Oqtay Qədir oğlu Zülfüqarov | |||
Ümumi məlumatlar | |||
Doğum tarixi | 31 may 1929 | ||
Doğum yeri | |||
Vəfat tarixi | 31 avqust 2016 (87 yaşında) | ||
Vəfat yeri | |||
Dəfn yeri | |||
Uşağı | |||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | Bəstəkar | ||
Fəaliyyət illəri | 1951–2016 | ||
Musiqi alətləri | Violonçel, fortepiano | ||
Təhsili | |||
Mükafatları |
|
Həyatı
redaktəOqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.[2]
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qız-ulduz, Pişik və Sərçə və Meşə nağılı operalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi tanınmışdır. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı ''Tumurcuq'' adlı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi. Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir.[3][4] Bəstəkar II Fəxri Xiyabanda dəfn edilmişdir.[5]
Ailəsi
redaktəTəltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 18 may 1972[7]
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000[1]
- "Şöhrət" ordeni — 27 may 2009[8]
Əsərləri
redaktə- Baletlər
- "Əlibaba və 40 quldur" /libretto müəllifindir/ (1990)
- "Sehrli alma" /libretto müəllifindir/ (2012)
- Operalar
- "Meşə nağı"
- "Pişik və sər" — libretto: Teymur Elçin
- "Ulduz-q"
- Operettalar
- "Şəngülüm, Şüngülüm, Məngül"
- "Xor"
- "Onadək sayır"
- "Layl"
- "Top oynay"
- "İlk mahnılar"
- "Telef"
- "Uşaq mahnıla"
- Kukla teatrı tamaşalarına musiqi
- "Cırtdan" (1995)
- "İ voüt i bleüt" /libretto — H. Hüseynov/ (1997)
- "Dovşanın məhkəməsi" /libretto — M. Quliyev/ (1997)
- "Göyçək Fatma" /libretto — M. Dilbazi/, (1998)
- "Repka" /rus xalq nağılı əsasında/ (1999)
- Uşaq mahnıları
- "Ala bula boz keçi" — Sözləri: Abdulla Şaiq
- "Ay pipiyi qan xoruz" — Sözləri: Abdulla Şaiq
- "Balaca ovçu" — Sözləri[9]: Hikmət Ziya
- "Can nənə" — Sözləri: Teymur Elçin
- "Cırcırama" — Sözləri[10]: Yusif Həsənbəy
- "Kiçik aşpaz" — Sözləri[11]: Yusif Həsənbəy
- "Kitablarım"
- "Kuklam xəstədir" — Sözləri[12]: Yusif Həsənbəy
- "Qonaqlıq" — Sözləri: Xanımana Əlibəyli
- "Lavaş" — Sözləri: Yusif Həsənbəy
- "Maşınımı sürürəm" — Sözləri[13]: Yusif Həsənbəy
- "Maşınım var" — Sözləri[14]: Yusif Həsənbəy
- "Mən ovçuyam" — Sözləri[15]: Hikmət Ziya
- "Nənəm evdə qalıb tək" — Sözləri: Oqtay Zülfüqarov
- "Sərçə" — Sözləri: Teymur Elçin
- "Sünbülüm" — Sözləri[16]: Hikmət Ziya
- "Şaxta baba" — Sözləri[17]: Hikmət Ziya
- "Tərlan və Məstan pişik" — Sözləri[18]: Yusif Həsənbəy
- "Tonqalımız" — Sözləri[19]: Yusif Həsənbəy
- Uşaq mahnı məcmuələri
- "Aşıq mahnısı" (1993)
- "Uşaqlar özləri haqqında" (1994)
- "Novruz bayramı" (1996)
- "Ad günün mübarək", "Gedək gəzək" (1997)
- "Təbiətin qoynunda" (1997)
- "Böyüklərə hörmət et", "Topu mənə at", "Orduya xidmətə gedirəm", "Saat əqrəbi", "Ürəkləri sevindirək" (1998)
- "Ana həyatdır", "Gülə-gülə yaz gəlir" /müəllifin öz söz./ (1999); "Haralısan deməyin", "Abşeron bağları", "Yaşa doğma şəhərim" /müəllifin öz söz./ (2000)
- "Şən mozaika", "Balaca ustayam mən" /müəllifin öz söz./ (2001)
- "Aysel" televiziya filminə musiqi (1998)
- Orta ümumtəhsil məktəbinin II sinfi üçün "Musiqi" dərsliyi /həmmüəllif — T. Babayeva/, (rus dil.) (1990)
- Instrumental
- Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası (1992)
- 4 əl üçün piano variasiyaları (1993)
- Piano üçün konsert Pyesi (1997)
- Piano üçün "Beşik mahnısı" pyesi (1998)
- Qanun üçün Konsert pyesi (1998)
- Fleyta və violonçel üçün Pyes (1999)
- R. Zəbioğlunun söz. solist və simfonik orkestr üçün "Oda" /akademik Z. Bünyadova həsr olunub/ (1997)
- Romanslar
- "Cananə yetmişəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
- Ramil Qasımov — "Yad eylərəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
Filmoqrafiya
redaktə- 80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) (ANS tv)
- Aslan və iki öküz (film, 1970)
- Ayı və siçan (film, 1970)
- Cırtdan (film, 1969)
- Cırtdanın yeni sərgüzəşti (film, 1973)
- Leyla və onun dostları (film, 1971)
- Qayınana (film, 1978)
- Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002)
- Ustalar-qızıl əllər (film, 1976)
- Üfüqü ötənlər (film, 2011)
İstinadlar
redaktə- ↑ 1 2 Oqtay Zülfüqarov [ölü keçid]
- ↑ "С. Кастрюлин — Октай Зульфугаров: "Для меня было важным, чтобы мои ученики и дальше любили бы музыку, ходили в театры и филармонию". Эхо. — 2009. — 19 декабря. — С. — 12". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ Ümidə Həsənova. "Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi" (az.). Lent.az. 31.08.2016. 2016-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ Джани Бабаева. "Скончался народный артист Огтай Зульфугаров" (rus). Trend.az. 31.08.2016. 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ APA TV. "Bəstəkar Oqtay Zülfüqarov II Fəxri Xiyabanda dəfn edildi" (az.). Youtube.com. 31.08.2016. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
- ↑ Vyaçeslav Sapunov. "Октай Зульфугаров о воспитании и доброте" (rus). Youtube.com. 06.09.2016. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
- ↑ Respublikanın xalq maarifi və mədəniyyət işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machine — anl.az saytı
- ↑ "O.Q.Zülfüqarovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
Mənbə
redaktə- "Uşaqların musiqi-estetik tərbiyəsi naminə…". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 169.