Olomouc - Wikipedia
Olomouts (çex. Olomouc; alm. Olmütz) — Çexiyanın Olomouts diyarındə şəhər.
Şəhər | |
Olomouts | |
---|---|
Olomouc | |
49°35′38″ şm. e. 17°15′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1017 |
İlk məlumat | 1055[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 219 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 779 00[5], 783 01[5], 783 35[5] |
Nəqliyyat kodu | M |
Digər | |
olomouc.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
Olomouts şəhəri Çexiyanın şərqində, Moraviya tarixi bölgəsinin mərkəzində, Morava (alm. Moldau) çayının hər iki sahilində yerləşir. Şəhərin əhalisi yüz minə yaxındır. Bundan başqa, Olomoutsda yerləşən Palatski Universitetində on mindən artıq tələbə təhsil alır.
Görməli yerləri
redaktəMemarlıq abidələrinin sayına görə Olomouts Praqadan sonra Çexiyanın "irs xəzinəsi" hesab edilir.
Şəhərin ən tanınan abidələrindən biri Şəhər Ratuşası sayılır (XV əsr). Binanın hündürlüyü 75 metrdir. Binanı astronomik saat kurantları bəzəyir. Qotik üslubdakı Müqəddəs İeronim kapellası hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Olomouts Moraviyanın dini mərkəzi hesab edilir. Şəhərin ən möhtəşəm kilsəsi - Vatslav kilsəsidir. Kilsə çex qotik üslubunda inşa edilmiş və hündürlüyünə görə (100,65 m) Çexiyanın ikinci ən böyük dini tikilisidir. Kilsənin yaxınlığında Prjimıslov sarayı yerləşir. Sarayda saxlanılan artefaktların sayına görə Prjimıslov Luvrla bir sıradadır.
Dominikan ordeninə məxsus Mixail kilsəsi öz barok naxışları ilə insanı heyran edir. Şəhərin qüruru - onun fəvvarələridir. Bir çox fəvvarələr barokko üslubunda hazırlanıb. Beş fəvvarə Roma tanrılarına ithaf edilib: Zevs, Neptun, Triton, Herakl və Yuli Sezara. Sonuncu, əfsanəyə görə, şəhərin əsasını qoyub.
Qardaşlaşmış şəhərlər
redaktəMəşhur sakinləri
redaktə- Qreqor Mendel — genetikanın banisi.
Qalereya
redaktə-
Ratuşa binasında astronomik saat
-
Morava teatrı
-
Taun sütunu
-
Minor bazilikası
-
Tritonlar fəvvarəsi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Jakl L. Jak stará jsou česká města? Legendy a fakta. (çeş.). // iDNES.cz 2011.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Czech Statistical Office Malý lexikon obcí České republiky – 2017. Czech Statistical Office, 2017.
- ↑ Český statistický úřad Počet obyvatel v obcích – k 1. 1. 2024 (çeş.). Praha: ČSÚ, 2024.
- ↑ 1 2 3 Register of territorial identification, addresses and real estates.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |