Odin - Wikipedia
Odin və ya Votan (q.skan. Óðinn) — German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir.
Odin | |
---|---|
q.skan. Óðinn | |
Mifologiya | German-skandinav |
Adının izahı | "təhrik", "hiddət", "şeir" |
Cinsi | kişi[d] |
Atası | Byor |
Anası | Bestla |
Qardaşı | Vili, Be |
Arvadı | Friqq |
Uşaqları | Tor, Loki, Baldr, Vidar, Vali, Tur, Hod, Hermod |
Vikianbarda əlaqəli mediafayllar |
Tanrıların atası
redaktəTanrıların atası (Allfather — Hər kəsin atası); Asqarddakı sarayı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir. Bundan əlavə, yer üzü və səmanın hakimidir, lazım olduğunda qartala çevrilə bilir. Odinin yalnız günəş kimi parlayan tək bir gözü vardır. Digər gözünü müdriklik quyusundan su içə bilmək üçün fəda etmiş və sonsuz bilik əldə etmişdir. Xəbərçiləri valkürlər ölü döyüşçülərin ruhlarını Valhallaya daşıyırlar. İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir.
İkonları
redaktəHeç vaxt hədəfdən yayınmayan nizəsi "Qunqnir", hər doqquzuncu gecədə yeni səkkiz üzük meydana gətirən üzüyü Draupnir və səkkiz ayaqlı atı Sleypnirdir. Sleypnir suda, quruda və havada gəzə bilir, bundan əlavə, iki quzğunu vardır. Bu quzğunlar ona dünyadan xəbərlər gətirir. Quzğunlardan birinin adı Huqin (düşüncə), digərinin adı isə Munindir (yaddaş). Ayrıca, ona Freki və Geri adında iki qurd yoldaşlıq edir. Əlindəki nizə isə 9 yaxud 7 gün asılı qaldığı İqqdrasil, həyat ağacında "Run əlifbası"nı öyrəndikdən sonra xilas olarkən qopardığı bir budaqdan düzəldilmişdir. Raqnarök günü gəldiyində, Fenrir (yaxud Fenris) Odini öldürəcək.
Odinin övladları
redaktəHəyat yoldaşı Friqdən olan oğulları Baldr, Hyod Braqi və Hermod, ilahə Yorddan olan uşağı Tor və nəhəng Qriddən olan oğlu Vidardır. Bu da ona yeni bir ünvan qazandırır; Tanrıların tanrısı.
- Odinin torpaq Yorddan (altern. Fyorgün və ya Friqq) doğulan oğlu: Tor.
- Odinin Friqqdən olan oğulları: Baldr, Hyod, Hermod.
- Odinin Rinddən oğlu: Vali.
- Odinin Qriddən oğlu: Vidar.
Asarlar və Vanlar şəcərəsi | |||||||||||||||||||||||||||||||||||||||||
Buri | Bölthorn | ||||||||||||||||||||||||||||||||||||||||
Delling | Nott | Bör | Bestla | Fjörgin | |||||||||||||||||||||||||||||||||||||
∞ | ∞ | ||||||||||||||||||||||||||||||||||||||||
Daq | 2. | Yörd | Vili | Ve | Odin | 1. | Friqq | İvaldi | |||||||||||||||||||||||||||||||||
∞ | |||||||||||||||||||||||||||||||||||||||||
∞ | |||||||||||||||||||||||||||||||||||||||||
Thiaçi | Sif | Thor | Nanna | Baldr | Hödr | Hermodr | Braqi | ∞ | İdun | ||||||||||||||||||||||||||||||||
∞ | ∞ | ||||||||||||||||||||||||||||||||||||||||
Nerthus | Nyördr | Skadi | ∞ | Ullr | Thrud | Forseti | |||||||||||||||||||||||||||||||||||
∞ | |||||||||||||||||||||||||||||||||||||||||
Gerda | Freyr | ∞ | Freya | 4. | Qrid | Odin | 3. | Rind | |||||||||||||||||||||||||||||||||
∞ | ∞ | ∞ | |||||||||||||||||||||||||||||||||||||||
Fyölnir | Vidar | Vali | |||||||||||||||||||||||||||||||||||||||
Müasir dövrdə
redaktəOdin digər german tanrı və ilahələriylə birlikdə german neopaqanlar tərəfindən qəbul edilir. Xüsusilə, onun Skandinaviya forması kimi qəbul edilən "Ásatrú" İslandiya, Danimarka, Norveç, İsveç və İspaniyada rəsmi olaraq tanınan bir dindir.
Orta əsrlər və mifologiyadakı tarixi hadisələrdən ilhamlanaraq yazdığı mahnılar ilə "Heavy Metal"ın köklü qruplarından biri olan "Manowar" 2006-cı ildə "The Sons Of Odin" adlı bir EP albom buraxmışdır. Bundan əlavə "Manowar" 2007-ci ildə "Gods Of War" adlı albom buraxmışdır, bu albomdakı bütün mahnılar Skandinaviya mifologiyasına aiddir. Əksəriyyəti Odinlə əlaqədar mahnılardır ("The sons of Odin", "Odin", "The blood of Odin", "Overture to Odin" və s.). Lakin tam bir vikinq qrupu olan "Amon Amarth" az qala bütün mahnılarında Skandinaviya tanrılarından və Odindən bəhs edir. "Twilight of The Thunder God" mahnısında Odinin ölümündən və onu öldürən qurdun (Fenris) Tor tərəfindən öldürülməsindən bəhs edilir. Bundan başqa, "Black Metal" qruplarından biri olan "Bathory" də bir vikinq metal qrupudur və mahnılarında tez-tez Odin, Tor və Vallhalladan bəhs edir.