Nikolaus Otto - Wikipedia
Nikolaus Otto (alm. Nicolaus August Otto; 10 iyun 1832[1][2][…] – 26 yanvar 1891[1][3][…], Köln, Prussiya, Almaniya imperiyası[4]) — alman mühəndisi və ixtiraçısı olmuşdur. Öz məşhur ixtirası Otto mühərriki ilə dünyada tanınmışdır. Heç bir ali təhsili olmasına baxmayaraq ona fəxri doktor adı verilmişdir.
NİKOLAUS OTTO | |
---|---|
alm. Nicolaus August Otto | |
Doğum tarixi | |
Doğum yeri | Holtshausen, Almaniya |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Köln, Almaniya |
Uşağı | 7 |
Fəaliyyəti | mühəndis, ixtiraçı, sahibkar, sənayeçi |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
redaktəOtto kəndli ailəsində anadan olmuşdur. Atası kəndə poçt xidmətində çalışırdı. O ticarətçi peşəsinə yiyələnir və çörək pulunu Frankfurt am Main və Kölndə yardımçı işi ilə qazanır. Otto Anna Qosi ilə evli olur. Onun oğlu Qustav Otto sonralar təyyarə mühəndisi olur.
İxtiraları
redaktə1862-ci ildə Otto ilk dəfə olaraq dördtaktlı mühərrik üzərində sınaqlar aparmağa başlayır. 1876-cı ildə onun bu mühərriki tətbiq olunur. 1863-cü ildə Otto ilk dəfə olaraq qaz mühərrikini yaradır.
1864-cü ildə o mühəndis Eyqen Lanqen ilə birlikdə dünyada ilk mühərrik fabrikini„N.A.Otto Cie" və sonra qaz mühərrikləri fabrikini („Gasmotorenfabrik Deutz" hal-hazırda Deutz AG)təşkil edirlər. 1876-cı ildə Otto və Eyqenə dördtaktlı mühərriki düzəltmək nəsib olur. Bu mühərrik bu gün geniş tətbiq tapmış benzinlə işləyən daxili yanma mühərrikinin əsasını təşkil edir. Ona görə də, ona çox vaxt Otto -mühərriki də deyilir.
1867-ci ildə Parisdə keçirilən Dünya sərgisində Otto özünün qaz mühərrikini nümayiş etdirir. Bu mühərrik porşenlə təchiz olunmuş, öz hərəkətini qol ilə ötürə bilirdi.Yeni mühərrik o dövrə qədər məlum olan mühərriklərin işlədikləri yanacağın yalnız 30%-ni işlədirdi. Bu mühərrik sərgidə qızıl medala layiq görülür.
Otto mühərrikinin tətbiqinə başlayandan sonra 1876-cı ilə qədər artıq 5000 ədəd satılmış idi. 1884-cü ildə Otto qaz mühərriki üçün elektrik alışqanı ixtira edir. Bundan sonra mühərriklərdə maye yanacaqlardan da istifadə olunmasına şərait yaranır.
Mənbə
redaktə- Nicolaus August Otto. Der Schöpfer des Verbrennungsmotors.Verlag:Franckh,Stuttgart,1949
- Nicolaus August Otto, Rudolf Diesel.Verlag:Teubner,Leipzig,1990.
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- essortment dil--en Arxivləşdirilib 2008-12-08 at the Wayback Machine
- Answers(sorular) dil--en
- ↑ 1 2 Nikolaus Otto // Encyclopædia Britannica (ing.).
- ↑ Bibliothèque nationale de France Nikolaus August Otto // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Nicolaus August Otto // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Deutsche Nationalbibliothek Record #118590855 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.