Nayef Ibn Abdullah - Wikipedia
Nayef ibn Abdullah (ərəb. الأمير نايف بن عبدالله; 14 noyabr 1914[1], Taif, Məkkə bölgəsi[d] – 12 oktyabr 1983[1], Amman) — İordaniya kralı I Abdullahın oğullarından biri.
Nayef ibn Abdullah | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 noyabr 1914[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 oktyabr 1983[1] (68 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | Regent |
Atası | I Abdulla |
Həyat yoldaşı | |
Uşağı | |
Ailəsi | Haşimilər |
Vikianbarda əlaqəli mediafayllar |
1914-cü ildə Taifdə dünyaya gəldi. Atası İordaniya kralı I Abdullah, anası isə onun ikinci xanımı Suzidil xanımdır. İsgəndəriyyədəki Viktoriya Kollecində təhsil aldı. Ardından Türkiyədə hərbi təhsil aldı və 1939-cu ildə 6 ay boyunca İsmət İnönünün fəxri yavəri kimi xidmət etdi.
Atasının sui-qəsd nəticəsində öldürülməsinin ardından İordaniyaya çağırıldı. Çünkü taxta çıxarılan ögey qardaşı I Təlalın psixoloji problemləri vardı. Beləliklə, davam edən tibbi müayinələr səbəbilə 20 iyul-6 sentyabr 1951-ci il tarixləri ərzində taxt naibi kimi fəaliyyət göstərdi. Ancaq Kral Təlal əqli zəif idi və bu səbəblə cəmi 1 il sonra taxtdan endirilərək müalicə məqsədilə İstanbula göndərildi. Vəliəhd Nayef isə siyasətlə maraqlanmadığını bildirərək taxtdan imtina etdi və taxt Kral Təlalın oğlu Hüseynə qaldı. Mihrimah Sultan və əri Nayef ibn Abdullah isə ailənin ən nüfuzlu üzvləri olaraq Ammanda yaşamağa davam etdilər.
12 oktyabr 1983-cü ildə Ammanda vəfat etdi.
Ailəsi
redaktə30 sentyabr 1940-cı ildə Sultan Rəşadın nəvələrindən Mihrimah Sultanla nigahlandı. Cütlüyün toy mərasimi isə 7 oktyabrda Lütfiyə Sultanın köşkündə baş tutdu və ənənəyə sadiq qalaraq 7 gün boyunca davam etdi. Mərasimin ardından Ammana köçən cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.
- Sultanzadə Əli ibn Nayef (10 avqust 1941-), 11 aprel 1966-cı ildə Vicdan Muhanna ilə evləndi və 4 övladı doğuldu.
- Naifə bint Əli (27 dekabr 1966-)
- Rajva bint Əli (29 iyun 1968-)
- Bəsmə bint Əli (24 mart 1970-)
- Məhəmməd Abbas ibn Əli (17 fevral 1973-)
- Sultanzadə Asim ibn Nayef
Mənbə
redaktə- Bein, Amit (2017-11-09). Kemalist Turkey and the Middle East. Cambridge University Press. pp. 95–96. ISBN 978-1-107-19800-5
- Boletín Oficial del Estado
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Naif // Munzinger Personen (alm.).