Hasimiler - Wikipedia
Haşimilər (ərəb. الهاشميون) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi.[1][2] Tarixdə bu razılaşma Şərifi həlli adlanır.[3]
Haşimi ailəsi | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir.[4] Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır.[5] Haşimilərin əjdadı Qətədə ibn İdris[6] daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.[7]
Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.[8] Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (ərəb). 1 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1986 [composed before 1518]. 480–482.
- ↑ Teitelbaum, 2001. səh. 9
- ↑ Arab Awakening. Taylor & Francis. 19 December 2013. 303–. ISBN 978-1-317-84769-4. 3 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2020.
- ↑ "The Hashemites". King Abdullah II Official Website. 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
- ↑ Lawrence, 2000. səh. 48
- ↑ Curatola, Giovanni. The Art and Architecture of Mesopotamia. Abbeville Press. 2007. ISBN 978-0-7892-0921-4. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
- ↑ "Shiʿites in Arabia". Encyclopædia Iranica. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
The Zaydi denomination of the (Ḥasanid) Sharifian rulers of Mecca and the Imāmi-Shiʿi leanings of the (Ḥosaynid) emirs of Medina were well known to medieval Sunni and Shiʿi observers. This situation gradually changed under Mamluk rule (for the development over several centuries, up to the end of the Mamluk period, see articles by Mortel mentioned in the bibliography below). A number of Shiʿite and Sunnite sources hint at (alleged or real) sympathy for the Shiʿa among the Hāshemite (officially Sunni) families of the Ḥejāz, or at least some of their members
- ↑ Kayali, Hasan. 5.A Case Study in Centralization: The Hijaz under Young Turk Rule, 1908–1914, The Grand Sharifate of Husayn Ibn 'Ali // Arabs and Young Turks: Ottomanism, Arabism, and Islamism in the Ottoman Empire, 1908-1918. University of California Press. 3 September 1997. ISBN 978-0-520-20446-1. 14 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2020.
- ↑ Paris, 2004. səh. 50
Mənbə
redaktə- Lawrence, T. E. Seven Pillars of Wisdom. Penguin Books Limited. 2000. ISBN 978-0-14-119208-6.
- Teitelbaum, Joshua. The Rise and Fall of the Hashimite Kingdom of Arabia. C. Hurst & Co. Publishers. 2001. ISBN 9781850654605.
- Paris, Timothy J. Britain, the Hashemites and Arab Rule: The Sherifian Solution. Routledge. 23 November 2004. ISBN 978-1-135-77191-1.