Namiq Kamal - Wikipedia
Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir. İlk dramı olan " Vətən yaxud Silistrə" (1873) əsəri Krım müharibəsi (1853-1856) ərəfəsindəki hadisələri əks etdirir. Müəllifə uğuru əsərin hökumət əlehinə yazılması gətirib və bu səbəbdən yazıçı 38 ay müddətinə Kiprdəki Maqoz qalasında azadlıqdan məhrum edilib. Zindanda olarkən Namik Kamal "Zavallı uşaq" (1873), "Akif bey" (1874), "Gülnihal" (1875) əsərlərini yazmışdır. "Cəlaləddin, Xarəzm şahı" (1885) dramı monqol işğalına qarşı mübarizəyə həsr olunmuşdur.
Namiq Kamal | |
---|---|
türk. Namık Kemal | |
Doğum tarixi | |
Doğum yeri | Təkirdağ, Osmanlı İmperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Xios, Osmanlı İmperiyası |
Milliyyəti | Türk |
Fəaliyyəti | şair, jurnalist, yazıçı, siyasətçi, tarixçi, nasir, dramaturq, tərcüməçi |
Janrlar | Şeir, Roman, Pyes |
Tanınmış əsərləri | |
Namiq Kamal Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |