Naile Bagirova - Wikipedia
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı.
Nailə Bağırova | |
---|---|
1 noyabr 1990 – 19 avqust 1996 | |
Sonrakı | qurum ləğv edilmişdir |
22 may 1989 – 1990 | |
Əvvəlki | Boris Aleksenko |
Sonrakı | qurum ləğv edilmişdir |
yanvar 1989 – may 1989 | |
Sədr | Ayaz Mütəllibov Rəhim Hüseynov |
28 aprel 1984 – 16 sentyabr 1988 | |
Əvvəlki | Əhməd Zülfüqarov |
Komitə ləğv edilərək Azərbaycan SSR Dövlət Plan Komitəsinin Baş Qiymət İdarəsinə çevrilmişdir | |
26 yanvar 1983 – aprel 1984 | |
Nazir | Baxşəli Baxşəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 2020 (81 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəNailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.[1]
Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.[1]
1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur.[2] 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır.[1]
Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.[3]
Nailə Bağırova 21 iyul 2020-ci ildə vəfat etmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Бағырова Наилә Ағададаш гызы // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 67. ISBN 5-89600-253-x.
- ↑ Наилә Ағададаш гызы Бағырова: [Азәрбајҹан ССР әһалијә мәишәт хидмәти назири] // Коммунист. № 119 (20887). 23 мај 1989-ҹу ил. С. 1.
- ↑ Bağırova Nailə Ağadadaş qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 56. ISBN 5-896001-366-8.
- ↑ Azərbaycanda sabiq nazir vəfat etdi // publika.az. 21 iyul 2020. 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2022.