Musa Peygember - Wikipedia
Musa (ivr. מֹשֶׁה; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş Yəhudi peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir.
Musa | |
---|---|
ivr. מֹשֶׁה | |
Doğum tarixi | ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 |
Vəfat tarixi | ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271 |
Xatirə günü | 4 sentyabr |
Musa Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.[1][2][3]
Çıxış kitabına görə Musa öz qövmünün yəni əsarət altına alınmış azlıq israil xalqının sayının artdığı bir vaxtda dünyaya gəldi və buna görə də Firon israillilərin Misirin düşmənləri ilə əməkdaşlıq edəcəyindən narahat idi. Firon israillilərin sayını azaltmaq üçün bütün yeni doğulmuş ibrani oğlan uşaqlarını öldürməyi əmr edəndə Musanın anası Yohebed onu gizlədir. Fironun qızı Bitiya körpə Musanı Nil çayının yaxınlığında tapıb onu böyütmək istəyəndə Musa fironun ailəsi ilə birlikdə böyüyür.
Musa bir misirlinin ibranini döydüyünü görür. Ətrafda heç kimin olmadığını anlayanda misirlini öldürüb qumda gizlədir. Ertəsi gün gedəndə iki ibraninin döyüşdüyünü görür. Haqsızlara "Qardaşını niyə döyürsən?" o soruşur. Kişi dedi: "Səni kim bizə hökmdar və hakim təyin etdi? Misirlini öldürdüyün kimi məni də öldürmək istəyirsən?
Musa qorxur: "Bu gizli iş açıldı" deyə fikirləşir və Midyan bölgəsinə gedir.
Orada, Horeb dağında yanan koldan çıxan Rəbbin mələyi ilə qarşılaşır və onunla söhbət edir. Yehova Musanı Misirə elçi kimi geri göndərir. Dili daha düzgün olan böyük qardaşı Haruna Musanı müşayiət etməyi əmr edir.
On bəladan sonra israillilər Misiri tərk edərək Musanın On Əmri aldığı Sinay dağına yerləşirlər. Bu yaşayış yerlərindən biri bu gün də mübahisəli mövzudur: Yam Suf; Qamış suyu və ya əfsanəvi adı ilə Qırmızı dəniz.
Tövratın ikinci kitabı olan Çıxışa görə, Musa israillilərlə birlikdə Misirdən qaçarkən əsa ilə dənizə çırpılmış, dəniz ikiyə bölünmüş, İsrail oğulları keçdikdən sonra qrupun ardınca gələn Firon və əsgərləri, dənizin altında boğulmuşlardı. İbranicə Tövratda Yam Suf ("Qamış suyu") kimi xatırlanır və ingilis dilində "Reed Sea" oxunur. Bu deyimin zaman keçdikcə pisləşərək "Qırmızı dəniz" kimi istifadə olunmağa başladığı qəbul edilən fikirlərdəndir.[4]
Musa təxminən 40 il bu ölkədə yaşadıqdan sonra Vəd edilmiş torpaqda, Nebo dağında öldü.
Məşhur inancın əksinə olaraq, dünyəvi mənbələr Musa ilə Tövrat arasında tarixi bir əlaqə görmürlər.[5] Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Musa haqqında ilk yazılı mənbələrin Babil sürgünü zamanı yazılmış mənbələr olduğuna inanılır.[6]
Dinə əsasən, Allah tərəfindən ona Tövrat göndərilmişdir. Fironu Allah yoluna çağırmış, lakin firon ona inanmayıb coşqun sularda boğulmuşdur. Musa peyğəmbər Şüeyb peyğəmbərin kürəkəni Harun peyğəmbərin kiçik qardaşıdır. Quranda adı 136 dəfə keçmişdir. 5 Ulul-əzm peyğəmbərdən biridir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Dever, William G. "What Remains of the House That Albright Built?". The Biblical Archaeologist. University of Chicago Press. 56 (1). 1993: 25–35. doi:10.2307/3210358. ISSN 0006-0895. JSTOR 3210358.
the overwhelming scholarly consensus today is that Moses is a mythical figure
- ↑ Miller II, Robert D. Illuminating Moses: A History of Reception from Exodus to the Renaissance. BRILL. 25 November 2013. 21, 24. ISBN 978-90-04-25854-9. 2 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2021.
Van Seters concluded, 'The quest for the historical Moses is a futile exercise. He now belongs only to legend.' ... "None of this means that there is not a historical Moses and that the tales do not include historical information. But in the Pentateuch, history has become memorial. Memorial revises history, reifies memory, and makes myth out of history.
- ↑ William G. Dever. What Did the Biblical Writers Know and When Did They Know It?: What Archeology Can Tell Us About the Reality of Ancient Israel. Wm. B. Eerdmans Publishing. 2001. səh. 99. ISBN 978-0-8028-2126-3. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-29.
A Moses-like figure may have existed somewhere in southern Transjordan in the mid-late 13th century s.c., where many scholars think the biblical traditions concerning the god Yahweh arose.
- ↑ "Arxivlənmiş surət". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2012-05-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ https://www.google.com/books/edition/_/bk7_CMIAQOsC?hl=en&gbpv=1&pg=PA10%7Cbaşlık=Moses Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine: Heroic Man, Man of God|sayfalar=10ff (p. 11 Albright; pp. 29–30, Noth)|yayıncı=A&C Black|yıl=1988|ad=George W.|soyadı=Coats
Xarici keçidlər
redaktə- İslamaqədərki dünya Arxivləşdirilib 2017-03-17 at the Wayback Machine
- Musa peyğəmbər və Xızır