Mistik Sekilde Itkin Dusmus Insanlarin Siyahisi - Wikipedia
Mistik_şəkildə_itkin_düşmüş_insanların_siyahısı - Haqqında Məlumat
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.
Siyahı
redaktəTarix | Ad | Vəzifə/Peşə | Məlumat |
---|---|---|---|
e.ə 71 | Spartak | Üsyançı | Qədim Romada qulların azadlığı uğrunda aparılan mübarizənin rəhbərlərindən biri. Eramızdan əvvəl 71-ci ildə Roma imperiyasına qarşı aparılan III Qul müharibəsində Spartakın ordusu məğlub edilmiş, üsyan hərəkatı yatırılmışdır. Spartakın baş verən döyüşdə həlak olduğu iddia edilsədə cəsədi aşkarlanmamışdır.[1] |
e.ə 53 | Ambiorix | Belqlərin şahzadəsi və lideri | Ambiorix Yuli Sezarın bu gün müasir Belçika torpaqlarında yerləşən ərazini işğal etməsinə qarşı apardığı mübarizə ilə tanınmışdır. Qalliyalı olan Ambiorix öz mübarizəsi səbəbindən XIX əsrdə Belçikanın xalq qəhrəmanı elan edilmişdir. Roma təqibindən qaçan Ambiorix və tərəfdarları eramızdan əvvəl 53-cü ildə Reyn çayını keçib gözdən itməyi bacarıb. Bu tarixdən etibarən onlardan məlumat alınmamışdır. |
378 | Valens | Roma imperatoru | Roma İmperiyası ilə Qotlar arasında bugünkü Ədirnə ərazisində 378-ci ildə baş verən Adrianopol müharibəsi nəticəsində Roma imperiyası məğlub olur. Döyüş nəticəsində Roma imperatoru Valens itkin düşmüşdür. Valensin qotlar tərəfindən öldürüldüyü ehtimal edilməkdədir. |
834 | Məhəmməd ibn Qasım | Üsyançı | Abbasilər xilafətinə qarşı üsyan hərəkatı başlatmış şiə din xadimi və döyüşçüsü. Məhəmməd ibn Qasım həbs olunsa da qaçmağı bacarmış, lakin bu tarixdən etibarən bir daha görülməmişdir. |
1021 | Əl-Həkim Bi-Əmrullah | Xəlifə | Fatimilər xilafətinin VI xəlifəsi, XVI İsmaili imamı. Druzlar tərəfindən Allahın təcəssüm olunduğuna inanılan Əl-Həkim Bi-Əmrullah 1021-ci ilin 23 fevral tarixində anidən itkin düşmüşdür. Tərəfdarları onun qeybə çəkildiyini iddia etmişdir. Əsas ehtimallardan biri uzunqulağı ilə birlikdə Qahirə ətrafında yerləşən Muqattam təpələrinə getmək istəyərkən həlak olması ilə bağlıdır. Xəlifənin cəsədinə rast gəlinməsədə uzunqulağı və qanlı libası tapılmışdır.[2] |
1291 | Vadino və Uqolino qardaşları | Səyyah | Genuyalı dənizçi və səyyahlar olan Vadino və Uqolino qardaşları Avropadan Asiyaya ilk okeanlar arası səfərə hazırlaşarkən itkin düşmüşdür.[3] |
1412 | Ouayn Qlindur | Uels knyazı | Uelsin xalq qəhrəmanlarından hesab olunan Ouayn Qlindur yerli xalqın ingilis kralı IV Henriyə qarşı apardığı azadlıq mübarizəsinə rəhbərlik etmişdir. Sonuncu Uels knyazı kimi tarixə düşən Qlindur təşkil etdiyi bir necə uğurlu üsyanın ardından anidən itkin düşmüşdür. Knyazın xəyanət yolu ilə öldürüldüyü və ya sakit bir həyat yaşamaq üçün ucqar kəndlərin birinə köçdüyü rəvayət edilməkdədir.[4] |
1499 | Con Kabot | Dənizçi | İtaliyalı səyyah və dənizçi. Con Kabot 5 gəmi ilə birlikdə Avropadan Asiyaya doğru dəniz üzərindən yeni bir ticarət yolu axtarkən itkin düşmüşdür.[5] |
1501 | Kasper Korte Real | Səyyah | Portuqal səyyah və dənizçi. Avropadan Asiyaya şimal xətti istiqamətində yeni bir dəniz yolu axtarərkən itkin düşmüşdür. Kasper Korte Realın arsenalına daxil olan üç gəmidən ikisi Lissabon limanına çatsada, Kasperin içərisində olduğu üçüncü gəmidən bir daha xəbər almaq mümkün olmamışdır.[6] |
1502 | Migel Korte Real | Səyyah | Portuqal səyyah Kasper Korte Realın qardaşı. İtkin düşmüş qardaşını axtarmaq üçün səfər təşki etmişdir. 3 gəmi ilə yola çıxan Migel Korte Raealın gəmisi qatı dumanda itkin düşmüş və bir daha aşkarlanmamışdır.[7] |
1526 | Fransisko de Hokas | Dənizçi | İspan dənizçi. San Lesmes gəmisinin kapitanı. Fransisko de Hokas Loaísa ekspedisiyasına qatılan 7 kapitandan biri olmuşdur. Kapitanı olduğu San Lesmes sonuncu dəfə may ayında sakit okeanda göründü. Bəzi iddialara görə hərəkət istiqamətini itirmiş gəmi Pasxa adasına qədər gedib çıxmışdır. Bir digər iddia isə gəminin Polineziya və Yeni Zelandiya sahillərinə qədər getməsi ilə bağlıdır. Əsas məlum olan San Lesmes gəmisinin 1526-cı ildən sonra heç kim tərəfindən müşahidə edilməmişdir.[8][9] |
1546 | Fransisko de Orellana | Konkistador | İspan səyyah və konkistadoru. 1546-cı ildə Amazon çayı boyunca təşkil etdiyi səfər zamanı yerli xalqın hücumuna məruz qalmışdır. Orellana öz günlüyündə qadın döyüşçülərin hücumuna məruz qaldığını qeyd etmişdir. Bu səbəbdən çaya qadın döyüşçü anlamına gələn Amazon adı verilmişdir. Səyyahın dəqiq hansı şəraitdə ölməsi məlum deyildir. |
1578 | Sebastiyan | Kral | Portuqaliya kralı. Mərakeş sultanlığı və Osmanlı imperiyasına qarşı aparılan Vadisseyl müharibəsi zamanı itkin düşmüşdür. Kralın öldürüldüyü iddia edilsədə cəsədinə aşkarlanmadı. Bəzi mənbələr kralın ordunun məğlub olduğunu görüb gizli şəkildə qaçdığını iddia etmişdir. Müharibədən sonra Portuqaliya imperiyasında kralın ölmədiyi və ölkənin dar günündə hər an yenidən ortaya çıxa biləcəyi fikri böyük önəm qaznamışdır. |
1590 | Roanoke Koloniyasının sakinləri | Kolonistlər | Şimali Amerikada ilk ingilis müstəmləkələri yaratmaq məqsədilə əraziyə göndərilən kolonistlər tərəfindən tezliklə Roanoke Koloniyası salınmışdır. 1590-cı ilin 18 avqust tarixində edilən növbəti səfər zamanı koloniya tərk edilmiş vəziyyətdə aşkarlandı. Həmin tarixdən etibarən koloniyada yaşayanların başına hansı hadisələrin gəldiyi məlum deyil.[10] |
1611 | Henri Hudzon | Səyyah | İngilis səyyahı və dənizçisi. Hudzon indiki Nyu-York limanının yerləşdiyi ərazini kəşf etməsi ilə məşhurlaşmışdır. 1611-ci ildə Hudzson gələcəkdə öz adına adlandırılacaq körfəzdə oğlu və altı xidmətçisi ilə birlikdə kiçik qayıqda itkin düşmüşdür. |
İstinadlar
redaktə- ↑ "Account of Spartacus's final battle by the Roman historian Appian". Penelope.uchicago.edu. 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-11.
- ↑ al-Hakim bi-Amr Allah Arxivləşdirilib 2014-11-11 at the Wayback Machine, Institute of Ismaili Studies, Dr Farhad Daftary.
- ↑ "Ugolino Vivaldo". 1911encyclopedia.org. 22 September 2006. 2011-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-11.
- ↑ The Society's achievements – attempts to identify the grave Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine, Owain Glyndwr Society.
- ↑ Cabot (Caboto), John (Giovanni), Italian explorer Arxivləşdirilib 2012-10-17 at the Wayback Machine, Dictionary of Canadian Biography Online.
- ↑ Corte-Real, Gaspar, Portuguese explorer Arxivləşdirilib 2012-10-01 at the Wayback Machine, Dictionary of Canadian Biography Online.
- ↑ Corte-Real, Miguel, Portuguese explorer Arxivləşdirilib 2012-10-17 at the Wayback Machine, Dictionary of Canadian Biography Online.
- ↑ Langdon, Robert. The lost caravel re-explored. Canberra: Brolga Press ISBN 0-9588309-1-6
- ↑ Scowen, Greg. The Spanish Helmet. Whare Rama Books ISBN 978-1-4635-5848-2
- ↑ The Lost Colony: Roanoke Island, NC Arxivləşdirilib 2014-02-28 at the Wayback Machine Eric Hause.