Milet - Wikipedia
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır.
Milet | |
Milet | |
---|---|
yun. Μίλητος | |
| |
37°31′52″ şm. e. 27°16′32″ ş. u.HGYO | |
Ölkə | |
Salınma tarixi | e.ə.IV minillik |
Dağılma tarixi | XV əsr |
Müasir yeri | Türkiyə, Balat |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir [2]. Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır [3]. E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır [4]. Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür [5]. "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur[6]. Mikena mətnlərində "Miletlilər" (mi-ra-ti-ja) sözü qeyd olunmuşdur [7].
Coğrafiyası
redaktəQədim İoniyanın bütün əraziləri arasında Herodot Mileti xüsusi olaraq qeyd edir və onu "İoniyanın mirvarisi" adlandırır [8]. Milet yarımadada yerləşən, sərhədləri şimaldan Herakl körfəzi, qərbdən Egey dənizi, cənubdan Mendel körfəzi, şərqdən Kari dağları ilə əhatələnmiş şəhər olmuşdur. Kiçik Asiyanın Egey dənizinə axan ən gursulu çayı Meandr şəhərin şimal sərhədlərindən keçirdi. Milet şəhərinin yerləşdiyi yarımada yalnız Kari dağlarından keçən dar dağ yolu ilə materiklə bağlanırdı. Bu yolun ən hündür nöqtəsi dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Qrion dağ silsiləsi olmuşdur. Kiçik dağ çaylarının çox olması səbəbindən burada bağçılıq və əkinçilik geniş inkişaf etmişdi və bu da ərazidə su və nimf (pəri) kultlarının (totemləri) geniş yayılmasına səbəb olmuşdur[9].
Şəhər həyatının çiçəklənməsi dövründə Milet iki - özünün içqalası olan daxili və xarici hissələrdən ibarət olmuşdur. Lakin hər iki hissə ümumi qala divarları ilə əhatə olunmuşdu. Şəhərin bir neçə limanı olub: Lade, Dromisk, Perne.
Tanınmış nümayəndələri
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 42
- ↑ Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 66
- ↑ Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 46
- ↑ Гиндин Л. А., Цымбурский В. Л. Гомер и история Восточного Средиземноморья. М., 1996. С.43
- ↑ Latacz J. Troy and Homer. Oxford UP. 2004. P.298
- ↑ Молчанов А. А., Нерознак В. П., Шарыпкин С. Я. Памятники древнейшей греческой письменности. М., 1988. С.54
- ↑ Herodot, I, 142; V, 28.
- ↑ Кобылина М.М. Милет. — М.: Наука, 1965. — С. 10—14.