Mikayil Bey Israfilbeyov - Wikipedia
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (?-?) — Gəncə qəzasının rəisi (-11 iyun 1919), Hüseyn bəy İsrafilbəyovun oğlu.
MİKAYIL BƏY İSRAFİLBƏYOV | |
---|---|
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov | |
| |
– 11 iyun 1919 | |
Sonrakı | Bəhram bəy Məlik Abbasov |
Şəxsi məlumatlar | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Gəncə |
Atası | Hüseyn bəy İsrafilbəyov |
Həyat yoldaşı | Dünya xanım Qambay bəy qızı Cəmillinskaya |
Uşağı | Zərintac xanım |
|
|
Təltifləri | (1915) |
Həyatı
redaktəMikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində anadan olmuşdu. Gəncə gimnaziyasını bitirmişdi. Qəza idarəsində işləmişdi. Polis pristavı kimi qulluq etmişdi. ADR dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, sonra Gəncə qəzasının rəisi olmuşdu. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxumuşdu[1] Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşmuşdu. ADR hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərdi. Qoşun 1919-cu il 28 iyunda Gorana çatdı. Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi. Amma partizan taktikası qarşısında nə ən müasir silahlar, nə də sayca üstün canlı qüvvə heç bir şey edə bilmədi. Qırmızı partizanlar qoşunun təchizat bölüyünü ön hissədən təcrid edib zərərsizləşdirdilər. Daha sonra isə ön hissəyə sarsıdıcı zərbə endirdilər. Hökumət qoşunu pərən-pərən olub qacmağa üz tutdu. Top və pulemyotlar üsyançılar tərəfindən qənimət olaraq götürüldü. Bundan sonra Qatır Məmməd Bakı kommunist təşkilatından top və pulemyotlardan istifadə qaydalarını üsyançılara öyrədəcək mütəxəssis göndərilməsini istədi. Tezliklə Vasili Kazakov adlı mütəxəssis gəlir və silahlardan istifadə qaydalarını üsyançılara öyrətməklə yanaşı topçu dəstəsi belə təşkil edir.
Ailəsi
redaktəMikayıl bəy Dünya xanım Qambay bəy qızı Cəmillinskaya ilə ailə qurmuşdu. Zərintac xanım adlı qızı vardı.
Atası
redaktəDəftərxana xidmətçisi, kollej katibi çinləri daşıyan Hüseyn bəy İsrafilbəyov 1838-ci ildə Gəncə şəhərində doğulmuş, 1907-ci ildə öldürülmüşdü.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013