Metafizika - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Metafizika (qd-yun μετά (metá)-sonra, φυσικά (physiká)-təbiət, fizika) — təbiətin və dünyanın strukturu haqqında fəlsəfənin bölməsi. Dialektikanın əksidir.
Metafizika termini mənası "təbiətdən sonra", "təbiətdən sonra gələn" mənasını verir və öz başlanğıcını Aristotelin əsərlərindən götürür. Aristotelin əsərlərinin külliyatında onun fəlsəfi fikirləri təbiət elmlərinə aid hissədən sonra gəldiyi üçün şərti olaraq "metafizika-təbiətdən sonra gələn" kimi işarələnmişdir. Zaman keçdikcə yunan dilində ki meta- ("sonra") prefiksi "üstündə; yüksəkdə; hüduddan kənar" mənalarını verməyə başlamışdır.
Materiya və forma probleminə Aristotel "Metafizika" əsərini həsr etmişdir. Fəlsəfəni (yaxud "birinci fəlsəfəni") Aristotel Metafizika adlandırmışdır. Aristotelin tərifinə görə, birinci fəlsəfə əvvələn, Ali haqqında təlimdir, daha dəqiq desək, ən ümumi səbəblər və yaxud başlanğıclar (xüsusi səbəbləri və başlanğıcları öyrənən xüsusi elmlərdən fərqli olaraq) haqqında təlimdir; ikincisi, bu fəaliyyəti yox, varlığı öyrənən nəzəri elmdir. Aristotelə görə, "birinci fəlsəfə" ümumilikdə varlığı, "ikinci fəlsəfələr" (məsələn, fizika və riyaziyyat) isə varlığın ayrı–ayrı tərəflərini öyrənir.
Metafizika bir şeyin var olması nə deməkdir və varlığın hansı növləri vardır kimi sualları araşdırır. Metafizika ümumi və abstrakt şəkildə aşağıdakı sualları cavablandırmağa çalışır:
- Nə mövcuddur?
- O necədir?
Metafizikanın tədqiqat sahələri mövcudluq, obyektlər və onların xüsusiyyətləri, fəza və zaman, səbəb və nəticə, eləcə də mümkünlülük anlayışlarını özündə ehtiva edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Quliyev, V., TRANSFİZİKA YOXSA, FİZİKADAN SONRA., Metafizika Jurnalı, 2018, Vol. 1, № 3, Serial № 3, s.75–86 (http://dx.doi.org/10.33864/MTFZK.2019.17)