Mavi Bayraq - Wikipedia
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi[1].
Tarixi
redaktə"Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir[1]. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub[1]. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb[1].
Təltif edilmə
redaktəBayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir[1]. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir[1]. Ancaq proses bununla da yekunlaşmır[1]. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır[1]. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur[1].
Meyarlar
redaktə"Mavi bayraq" sertifikatı 4 meyar üzrə müəyyənləşir[1]:
- suyun təmizliyi;
- ekologiyanın qorunması;
- təhlükəsizlik;
- istirahət edənlərin məlumatlandırılması.
Burada aşağıdakı kimi vacib məsələlər də əsas götürülür[1]:
- lazımi sayda zibil qutusunun yerləşdirilməsi;
- tullantıların vaxtlı-vaxtında daşınması;
- ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara görə müəyyən edilməsi;
- nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;
- yetərli sayda xilasedicilərin mövcudluğu;
- ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməsi.
Faydası
redaktə"Mavi bayraq" statusu bölgənin turizm potensialının inkişafına müsbət təsir edir[1].
İstinadlar
redaktəXarici keçidlər
redaktə- blueflag.org — Rəsmi saytı
- Blue Flag Beaches in South East England, official tourist information
- Current UK Blue Flag Beaches List Arxivləşdirilib 2015-08-29 at the Wayback Machine