Maus - Wikipedia
Siçan (ing. mouse) — kompüter cihazı.
Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur.
Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür.
Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır
Adlandırma
redaktəKompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Tarixi
redaktəTrackball, müfaviq izləmə qurğusu, 1946-cı ildə Ralp Benjamin tərəfindən kəşf olunub. Benjamin sonralar Britaniya Dövlət dəniz hərbi donanması Elmi Xidməti üçün çalışırdı. Benjamin daha yaxşı giriş cihazına ehtiyacı olduğunu hiss etdi və öz məqsədi üçün diyircəkli top adlanan kürəvi izləyicini kəşf etdi. 1947-ci ildə qurğu patentləndi ancaq o günə qədər sadəcə metal topla fırlanan iki rezinlə örtülmüş təkərli prototip hazırlandı və qurğu hərbi sirri kimi saxlanıldı.
Fiziki olaraq siçan istifadəçinin əli altında yerləşdirilir, bir və ya daha çox düymədən ibarət olur. Bundan başqa siçanın təkəri də ola bilər ki, bu da istifadəçiyə onu rahat hərəkət etdirməklə nişanlamaq istədiyi obyektin üzərinə siçanın işarəsini gətirməyə kömək edir.
Siçan vasitəsilə kompüterə müxtəlif əmrləri vermək, obyekti ekran boyu hərəkət etdirmək, əyrilər çəkmək və s. işləri görmək olar. Siçan ekranda olan göstəricisinin (kursorun) hərəkətini idarə edir. Siçan düz səthin – iş stolunun üzərində hərəkət edərkən ekrandakı göstərici vəziyyətini dəyişir (yaxşı olar ki, stolun üstündə kiçik "xalça" olsun). Siçanla ekranda istənilən əyrini həm də yüksək sürətlə çəkmək olar. Siçanın göstəricisi bəzi obyektlərin üzərindən keçirdikdə onlar dəyişilir (məsələn, alətlər lövhəsinin düymələrinin rəngi dəyişilir və s.) Onun bu xüsusiyyəti kokteksıt həssaslığı adlanır. Siçanın bu xüsusiyyəti sistemlə işi sadələşdirir. Siçanın ekranda görünən bu işarəsi görüləcək işi əyani göstərir.
Obyektləri seçmək və ekran boyu hərəkət etdirmək üçün siçanın düymələrinin birindən istifadə olunur. Siçanın düyməsini bir dəfə sıxdıqda, bu işin nəticəsi istifadə olunan proqramdan və düymələrin hansının sıxılmasından asılı olacaq. Siçanla aparılan başqa əməliyyat isə düyməni iki dəfə sıxmaqdır. Siçanın sol düyməsinin köməyi ilə obyektin yerini ekran boyu dəyişmək olar. Bunun üçün göstəricini obyektin üzərinə qoyub sol düyməni sıxmaq, siçanın köməyi ilə obyekti ekranda lazımı yerə çəkib aparmaq, sonra isə düyməni buraxmaq gərəkdir. Adətən siçan klaviatura kimi kompüterə PS/2 portu vasitəsilə birləşdirilir. Siçanın kompüterə bu port vasitəsilə birləşdirilməsi üçün kompüterin sönülü olması vacibdir. Amma indi USB interfeysli qurğular var ki, onları kompüterin işlək vəziyyətində kompüterə birləşdirmək və ya ondan ayırmaq olar. Belə siçanlar mövcuddur və onlardan indi çox istifadə olunur. Əgər kompüterə eyni zamanda iki və ya daha artıq siçan qoşulmuşsa (PS/2 USB1, USB2 və s.) onların hamısı işləyəcəkdir. Amma krusorun bir dənə olduğunu nəzərə almaq lazımdır. Kompüterin ekranında göstəricini (POINTER) idarə edən giriş qurğusu. 1960-cı illərdə Stanfort Tədqiqat İnstitutunda (ABŞ) Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ixtira olunub. (Bu ixtirasına görə o, 1997-ci ildə 500 000 dollar mükafat alıb.) MS-DOS, UNIX və OS/2 əməliyyat sistemlərinin bazasında qrafik istifadəçi interfeysinin populyarlığı artdıqca, siçan avtomatlaşdırılmış işçi yerləri və fərdi kompüterlər üçün çox gərəkli (zəruri) qurğuya çevrildi. Siçanın fərqləndirici özəllikləri: alt hissəsi yastı olan və ələ yerləşən korpus, üst hissəsində bir və ya bir neçə düymə; hərəkətləri müəyyənləşdirən mexanizm (adətən, kürəcik əsasında); siçanı kompüterlə birləşdirən şnur. Siçanı yastı səth üzərində hərəkət etdirməklə istifadəçi ekrandakı göstəricini (POINTER) idarə edir. Siçan nisbi vəziyyətləri idarə edən qurğudur, çünki onun üçün hərəkətə birqiymətli məhdudiyyət yoxdur, onun səthdəki konkret mövqeyi isə göstəricinin ekrandakı mövqeyinə bilavasitə təsir göstərmir. Ekranda menyunun və ya komandanın adını seçmək üçün göstəricini həmin elementin “üstünə” gətirmək və siçanın aktiv düyməsini basmaq lazımdır; bu zaman çıqqıltı eşidiləcək, buna görə də çox vaxt “menyunu, komandanı, obyekti çıqqıldatmaq” ifadəsi işlədilir.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
- Xəlilov M.S "İnformatika: Universitet tələbələri üçün dərslik", Bakı - 2009, 330 s.