Marqusavan Emeliyyati - Wikipedia
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Marquşavan əməliyyatı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 10 aprel 1992 – 17 aprel 1992 (7 gün) | ||
Yeri | Şıxarx, Azərbaycan | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu.
Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm. Մարաղայի կոտորած) kimi təqdim edir.[1]
Zəmin
redaktəƏvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi,[2] rayonun ən böyük kəndlərindən biri idi.[3] 1989-cu ildə keçirilən əhali siyahıyaalınmasına əsasən əhalisi əsasən ermənilərdən təşkil olunmuş kənddə 4,660 nəfər yaşayırdı. Kəndin əhalisi arasında Azərbaycanın başqa rayonlarından qaçmış bir neçə erməni ailəsi də var idi.[4]
Əməliyyatdan əvvəl
redaktəBirinci Qarabağ müharibəsi 1992-ci ilin yazında daha da kəskinləşmişdir. Azərbaycan iki ilə yaxındır tətbiq etdiyi blokadanı gücləndirmişdi. Həmin ilin fevralında Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir.[5]
Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin fevralından Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Şəhəri Tərtər ərazi özünümüdafiə batalyonu, "Milli Qurtuluş" batalyonu, Tərtər Rayon Polis İdarəsinin bölmələri müdafiə edirdi. Tərtərin müdafiəsinə gələn Bərdənin 200 nəfərlik "Azadlıq" batalyonunun komandanlığı Şıxarx kəndini işğaldan azad etmək, bacardıqca çox əsir tutaraq onları Xocalıda əsir götürülmüş azərbaycanlılarla dəyişməyi təklif etmişdir. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadov vəziyyət ilə bağlı məlumatlandırılmış və əməliyyatın icrasını təsdiqləməmişdir. Buna baxmayaraq, Tərtər ərazi özünümüdafiə batalyonu, "Milli Qurtuluş" batalyonu və "Azadlıq" dəstəsi əməliyyatı həyata keçirmişdir.[6]
Əməliyyat
redaktəƏməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Səhər tezdən artilleriya atəşi başlamış,[7] ardınca 400 nəfəri keçməyən, yüngül atıcı silahlardan və bir neçə əl qumbaraatanın ilə silanlamış Azərbaycan qüvvələri tank, PDM və BTR ilə Tərtərdən hücuma keçmişdir. Əməliyyata Gəncə batalyonunun komandiri Mehman Ələkbərov, "Azadlıq" batalyonunun komandiri Ələmşah Məmmədov və "Milli Qurtuluş" batalyonunun komandiri Şahin Tağıyev rəhbərlik edirdi.[1] Azərbaycan tərəfinə görə, döyüş ərazisində Ermənistan Silahlı Qüvvələrindən üç yerli dəstə, ümumi 1,500 nəfərlik canlı qüvvə yerləşdirilmişdir. Onlarda 3 ədəd T-72A tankı, 16 ədəd PDM və başqa texnikalar var idi.[6]
"Milli Qurtuluş", "Azadlıq" və Tərtər batalyonları pərakəndə hərəkət edərək Şıxarx kəndinin içinə irəliləmişdi. "Milli Qurtuluş" batalyonunun qüvvələri kəndə ətrafdakı üzümlüklərin arası ilə hücum edirdi. Çox keçməmiş, "Azadlıq" dəstəsinin bir hissəsi kəndin şərq kvartallarında mühasirəyə düşmüş və Tərtər şəhərindəki hərbi bölmələrdən dəstək istəmişdir. Rövşən Cavadov Tərtərdəki qoşunların Şıxarxa əlavə qüvvə göndərmək ilə bağlı əmr vermişdir. Döyüşdən xəbər tutan Bərdə ərazi özünümüdafiə batalyonunun qüvvələri də əməliyyata qoşulmuş, Azərbaycan qoşunlarına artilleriya dəstəyi vermişdir.[6] Günortaya yaxın Azərbaycan Silahlı Qüvvələri tank və piyadalarla kəndi işğaldan azad etmişdir.[4] Kəndin saxlanılmağı planlaşdırılmadığından Azərbaycan qüvvələri kəndi axşam saatlarında tərk etmiş[1] və ertəsi gün kənd ermənilər tərəfindən yenidən işğal etmişdir.[7] Bir həftə sonra Azərbaycan qüvvələri yenidən kəndə hücum etmişdir və oranı birdəfəlik işğaldan azad etmişdir.[8] Kənd 1994-cü ildə Azərbaycan ordusunun nəzarətində Tərtər rayonunun tərkibinə verilmiş bir neçə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti kəndindən biri idi.[9]
10–11 apreldəki döyüş nəticəsində Azərbaycan tərəfindən 20-yə yaxın hərbçi yaralanmış, 23 nəfər isə şəhid olmuşdur.[6] Döyüşlərdə şəhid olan Şahlar Hüseynov Milli Qəhrəman adı almışdır.[1] Bundan əlavə, 6 nəfər azərbaycanlı mülki şəxs həlak olmuşdur.[10] Həmçinin, Azərbaycan tərəfinin iddiasına görə, Ermənistan tərəfindən 100 nəfərə yaxın canlı qüvvə həlak olmuş, onların bir neçə hərbi texnikası sıradan çıxarılmışdır.[11] Ermənistan tərəfi Azərbaycan qüvvələrinin 10 apreldə 43 mülki şəxsi öldürdüyünü, daha 100 mülki şəxsi isə əsir götürdüyünü,[7] o cümlədən talan edilərək yandırıldığını iddia etmişdir.[8] Ermənistan hakimiyyəti "Marquşavan" əməliyyatını Xocalı soyqırımına azərbaycanlıların cavabı kimi təqdim edirlər.[12]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bayramov, 2020
- ↑ de Vaal, 2013. səh. 175–176
- ↑ Marağa
- ↑ 1 2 Məlik-Şahnəzəryan, 1997
- ↑ de Vaal, 2013. səh. 172–173
- ↑ 1 2 3 4 Bayramov, 2015
- ↑ 1 2 3 Denber, Qoldman, 1992. səh. 29
- ↑ 1 2 Koks, 1998
- ↑ Həsənqarayev, 2022
- ↑ Güneyli, 2019
- ↑ Bayramov, 2019
- ↑ Melkonyan, 2005. səh. 213–214
Ədəbiyyat
redaktə- de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN 0814760325.
- Denber, Reyçl; Qoldman, Robert K. Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Karabakh (ingilis). Nyu-York: Helsinki Watch. 1992. ISBN 1-56432-081-2.
- Koks, Karolin. "Survivors of the Maraghar Massacre". Christianity Today (ingilis). 27 aprel 1998. 29 sentyabr 2007 tarixində arxivləşdirilib.
- Melkonyan, Markar. My Brother's Road: An American's Fateful Journey to Armenia (ingilis). I.B.Tauris. 2005. ISBN 1-85043-635-5.
- Həsənqarayev, Tural. "Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)". Topçubaşov Mərkəzi (az.). 21 yanvar 2022. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- Bayramov, Nazim. "Marquşevan döyüşündən 23 il ötür..." Moderator.az (az.). 10 aprel 2015. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- Bayramov, Nazim. "Aprel döyüşlərindən əvvəl baş vermiş "Marağa əməliyyatı"nın ŞOK Təfərrüatı açıqlandı". Oxu24.az (az.). 8 aprel 2019. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- Bayramov, Nazim. "Marquşevan DÖYÜŞÜ- Ermənilərin "Xocalının qisası" adlandırdıqları DÖYÜŞ". Moderator.az (az.). 10 aprel 2020. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- Güneyli, Daşqın. ""Seysulanda düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olduq" – Batalyon komandiri ilə MÜSAHİBƏ" (az.). 8 fevral 2019. 7 aprel 2019 tarixində orijinalından arxivləşdirilib.
- Məlik-Şahnəzəryan, Levon. Военные преступления Азербайджана против мирного населения НКР (rus). İrəvan: Наири. 1997.
- "MARAGHA" (ingilis).