Mark Frans - Wikipedia
Frans Mark (8 fevral 1880[1][2][…], Münxen[3] – 4 mart 1916[1][2][…], Verden[4]) — yəhudi əsilli alman rəssamı, alman ekspressionizminin parlaq nümayəndəsi. Avqust Make, Vasili Kandinski və başqaları ilə birlikdə Göy atlı adlı rəssamlar birliyini yaratmışdır.
Frans Mark | |
---|---|
| |
Doğum adı | Franz Moritz Wilhelm Marc |
Doğum tarixi | 8 fevral 1880[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 mart 1916[1][2][…] (36 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], qrafika ustası[d], vizual incəsənət rəssamı |
Təhsili |
|
Janrlar | abstraksionizm[5][4], məişət janrı[4], peyzaj[4], natürmort[4], nü[4] |
Stil | ekspressionizm[5][6] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəO, 1880-ci ildə Münhendə peşəkar peyzajist Vilhelm Markın ailəsində anadan olmuşdur. 1900-cü ildə Münhen İncəsənət Akademiyasında təhsil almağa başladı. O, 2 dəfə (1903 və 1907-ci illərdə) Parisə getmiş, orada fransız postimpressionizmi ilə tanış olmuşdur. Pol Qogen və Vinsent van Qoqun əsərləri ona əhəmiyyətli dərəcədə çox böyük təsir göstərmişdir. Parisə ikinci səyahətindən sonra Frans ciddi şəkildə heyvanların anatomiyasını öyrənməyə başlayır. Bununla o, təbiət görüntüsünü rəssamlıda tam şəkildə ifadə etmək istəyirdi.
1910-cu ilin yanvarında Mark Münhendə ilk dəfə Avqust Make ilə tanış olur. Həmin ilin sentyabrında isə o, "Yeni Münhen rəssamlıq birliyi"nə daxil olur. O, yalnız 1911-ci ildə Göy atlı birliyinin rəhbəri olacaq Vasili Kandinski ilə tanış olmuşdur. Artıq 1911-ci ilin dekabr ayında Mark Make və Kandinski ilə birlikdə "Yeni Münhen rəssamlıq birliyi"ndən uzaqlaşaraq, Göy atlı rəssamlıq birliyini yaradırlar.
Onun bir neçə rəsmi 1911-ci ilin dekabrından 1912-ci ilin yanvarına qədər Münhendə Tanqauzer qalereyasında "Göy atlı"nın sərgisində nümayiş edilmişdir. O, 1912-ci ildə italyan futurizmi və kubizminin nümayəndəsi Rober Delone ilə tanış olur. Getdikcə Markın rəsmləri abstraktlaşmışdır (Onlardan ən məşhuru "Heyvanların taleyi" rəsmidir).
Birinci dünya müharibəsinin başlaması ilə Mark könüllü şəkildə orduya yollanır. 1916-cı ildə Verden əməliyyatı zamanı 36 yaşında öldürülmüşdür. Bununla da o, öz yaradıcılıq planlarını yarımçıq qoyub getmişdir.
Əsərləri
redaktə-
"Göy atların qülləsi" (1913)
-
"Atların istirahəti" (1911)
-
"Tülkülər" (1913)
-
"Pələng" (1912)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Franz Marc (nid.).
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 7 RKDartists (nid.).
- ↑ 1 2 https://www.theartstory.org/artist/marc-franz/.
- ↑ https://www.moma.org/s/ge/collection_ge/artist/artist_id-3748.html.