Mar Bayciyev - Wikipedia
Mar Taşimoviç Bayciyev (23 mart 1935, Cəlalabad – 29 oktyabr 2021, Bişkek) — qırğız yazıçısı.
Mar Bayciyev | |
---|---|
qırğ. Мар Байжиев | |
Doğum tarixi | 23 mart 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 2021 (86 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, kinorejissor, ədəbiyyat tənqidçisi |
Əsərlərinin dili | Qırğız dili |
Mükafatları |
Həyatı
redaktəMar Taşimoviç Bayciyev 23 mart 1935-ci ildə Qırğızıstanda anadan olub. 1960-cı ildə Qırğızıstan universitetini bitirib. Pravda və Komsomolskaya pravda qəzetlərində çalışıb.
Mar Bayciyev nasir, dramaturq, teatr və kino rejissorudur. 1990–1995-ci illərdə Qırğızstan Parlamentinin deputatı olub.
Qırğızstan parlamentinin Təhsil, elm, mədəniyyət və idman komitəsinin iclasında yazıçı Mar Bayciyev təklif verib ki, məscidlərdə sübh azanı qadağan edilsin.
Yazıçının məntiqinə görə, əvvəllər azan möminlərə namaz vaxtını xatırlatmaq məqsədilə verilirdi. İndi, bu, lazım deyil və möminlərə görə dinə inanmayanlar əziyyət çəkməli deyillər. Ona görə də səhər saat 5-də verilən azana qadağa qoyulmalıdır.
Yazıçı onu da bildirib ki, qırğız milli mədəniyyətində baş örtüyü olmayıb, əksinə, xanımların üzü həmişə açıq olub. O, misal kimi "Manas" eposundan qadın obrazlarını xatırladıb.
M. Bayciyev söyləyib ki, insanlarda islam və ümumiyyətlə, din haqqında kamil məlumat yoxdur. Ona görə də məktəbliləri dinlə bağlı maarifləndirmək lazımdır ki, böyüyəndə fanat olmasınlar.
Filmoqrafiya
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Мар Байджиев
- Байджиев М. Т. Сказание о Манасе // Новая литературы Киргизстана [1]