Mahmud Penahiyan - Wikipedia
Mahmud Pənahiyan və ya Mahmud Pənahiyan Təbrizi (1908, Təbriz – 1981) — general-mayor, alim, Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə Ordunun baş qərargah rəisi, Hərbi Məhkəmənin sədri və Təbriz Hərbi Məktəbinin direktoru.
Mahmud Pənahiyan | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Partiya | |
Ailəsi | Cavanşirlər |
Hərbi xidmət | |
Döyüşlər | 21 Azər hərəkatı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1970-ci ildə İraq dövləti tərəfindən Bağdada dəvət olunub. İraqda Pəhləvilərə qarşı "Bağdad radiosu" və "İran xalqlarının Milli Cəbhəsi" adlı qrupu təsis edib. İranın tarixinə və coğrafiyasına aid bir neçə monoqrafiya yazıb. Tarix və coğrafiya üzrə doktorluq dərəcəsi alıb.
Cavanşirlər nəslindəndir. Qarabağ xanı İbrahimxəlil xanın kötücəsi, Əbülfət xanın nəticəsidir.
Həyatı
redaktəMahmud Qulamhüseyn xan oğlu Pənahiyan 1908-ci ildə Təbriz şəhərində anadan olub.[1] İbtidai təhsilini molla yanında alıb. Daha sonra isə Tehranda Ali Zabitlik Məktəbini bitirib.[1] Müxtəlif bölgələrdə şah ordusunda xidmət edib. 1943-cü ildə qardaşı Əli ilə birlikdə Tudə partiyasına üzv olub. 1945-ci ilin sentyabr ayında şah ordusunu tərk edərək Təbrizə gəlib və Azərbaycan Demokrat Firqəsinə qoşulub.[1] Burada Xoy, Maku, Salmas bölgələrində fədai dəstələrinin təşkilində iştirak edib.[1]
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Cəfər Kavian Seyid Cəfər Pişəvəri tərəfindən Xalq qoşunları naziri təyin olundu.[2][3][4] Qısa müddətdə təşkil olunan xalq qoşunlarının tərkibində müxtəlif rütbəli 300 zabit toplandı.[5] 14 zabitə polkovnik, 9 zabitə isə general rütbəsi verildi. Ümumilikdə qoşunların sayı 18.000 nəfərə çatdırıldı.[5] Bir neçə hərbi məktəb açıldı.[6] Mahmud Pənahiyan Azərbaycan Milli hökumətinin qərarı ilə general rütbəsi ilə təltif olunaraq,[1] Milli Ordunun baş qərargah rəisi təyin olunub.[7] Bundan başqa o, Təbriz Hərbi Məktəbinə və Hərbi Məhkəməyə də rəhbərlik edib.[1][8][6]
Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi.[7][9] Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı.[7] Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Seyid Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər seçildilər.[7][9]1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif edilib.[10]
1946-cı il avqust ayının 1-də Salamulla Cavidin rəhbərliyi ilə, Hacı Mirzə Əli Şəbüstəri, Sadıq Padiqan, general Mahmud Pənahiyan, polkovnik Murtəzavi, mayor Toğraidən ibarət olan nümayəndə heyəti Tehrana danışıqlara gedib.[11][12]
1946-cı il dekabrın 5-də Miyana istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı.[13] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[14] Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[14] Bu komitəyə Hacı Mirzə Əli Şəbüstəri, Qazi Məhəmməd, Qulam Yəhya, Mahmud Pənahiyan və Sadiq Padeqan üzv oldular.[14] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, könüllü dəstələr qurmaq oldu.[14] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[14] Lakin bu istəyi cavabsız qaldı.[15]
1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[16] Bununla da Azərbaycan Milli Hökuməti süqut etdi.[17] Milli Hökumət dağıldıqdan sonra Bakıya gedib. Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər.[18] 1970-ci ilə qədər Bakıda müxtəlif elm sahələrində fəaliyyət göstərib.[1] 1970-ci ildə İraq dövləti tərəfindən Bağdada dəvət olunub.[19] Burada Pəhləvi rejiminin müxalifləri ilə əməkdaşlıq edib. Azərbaycanca, kürdcə, bəlucca və farsca çap olunan "İttihad" jurnalını çap etdirib. "Bağdad radiosu" və "İran xalqlarının Milli Cəbhəsi" adlı qrupu təsis edib.[1] 1970-ci il avqustun 12-də general Teymur Bəxtiyarinin SAVAK agenti tərəfindən öldürülüldüyü ov məclisinə Mahmud Pənahiyan da dəvət olunub. Bu məclisə getmədiyi üçün sağ qalıb.1975-ci ildə bağlanmış Əlcəzair Müqaviləsindən sonra yenə Bakıya qayıdıb.[1][19]
İranın tarixinə və coğrafiyasına aid bir neçə monoqrafiya yazıb.[1] 1949–1953-cü illərdə İran Ordusu Qərargahının Coğrafiya İdarəsi tərəfindən toplanmış məlumatlar əsasında 4 cildlik "İran türklərinin milli coğrafiya lüğəti" kitablarını nəşr edib. Kitabların ilk 2 cildini 1972-ci ilin avqust ayında, sonrakı 2 cildini isə 1973-cü ilin fevral ayında nəşr etdirib. Bu kitabda türklərin yaşadıqları yerlər, onların sayı ilə bağlı statistikalar və onların tarixi haqqında məlumat verib. Tarix və coğrafiya üzrə doktorluq dərəcəsi alıb.[1]
1981-ci ildə dünyasını dəyişib.[1]
Ailəsi
redaktəMahmud Pənahiyan Cavanşirlər nəslindəndir. Qarabağ xanı İbrahimxəlil xanın kötücəsi, Əbülfət xanın nəticəsidir.[19]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 İsmayılov, Güləddin. "General Mahmud Pənahiyan (1908 – 1987)". Azərbaycan Ruznaməsi (az.). 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-17.
- ↑ Rəhimli, 2003. səh. 76
- ↑ Həsənli, 2006. səh. 167
- ↑ Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 76. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2022-03-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 Назирли, Шамистан. "Генерал Кавиан". Газета "Каспий" (rus). 2015-06-05. İstifadə tarixi: 2024-12-16.
- ↑ 1 2 Mərəndli, 2017. səh. 42
- ↑ 1 2 3 4 Qasımlı, 2012. səh. 49
- ↑ Miyanalı, Əlirza; Ərdəbili, Lütfəli. "İnqilabi hərəkatımızın silahlı qüvvələri" (PDF). achiq.info. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-18.
- ↑ 1 2 "Azərbaycan Demokrat Firqəsinin xalqa müraciətində nə deyilirdi?". Aznews.az (az.). 2024-09-05. İstifadə tarixi: 2024-12-06.
- ↑ Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 82. ISBN 978-9952-8285-3-5. 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-10.
- ↑ Rəhimli, 2003. səh. 133
- ↑ Cavid, 2005. səh. 59
- ↑ Həsənli, 2006. səh. 437
- ↑ 1 2 3 4 5 Həsənli, 2006. səh. 438
- ↑ Həsənli, 2006. səh. 441
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Həsənli, 2006. səh. 456
- ↑ 1 2 3 Çingizoğlu, Ənvər. "Mahmud Pənahiyan - Pənahəli xanın kommunist törəməsi". www.xudaferin.eu (az.). 2020-05-04. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-17.
Ədəbiyyat
redaktə- Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5 – 91017 – 012 – 0.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3.
- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207.
- Qasımlı, Aydın. Güney Azərbaycan Türkləri son 100 ildə (PDF) (az.). Bakı: Adiloğlu nəşriyyatı. 2012. səh. 202.