Merifet Cavad Amuli - Wikipedia
Mərifət — Cavad Amulinin Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə olan kitabı.
Mərifət | |
---|---|
Müəllif | Cavad Amuli |
Janr | Mərifətşünaslıq |
Ölkə | Azərbaycan |
Tərcüməçi | Rövşən Abdullaoğlu |
Seriya | Mərifətşünaslıq və hikmət elmləri |
Nəşriyyat | Qədim Qala (2012) |
Səhifə | 144 |
ISBN | ISBN 978-9952-8175-8-4 |
Məzmun
redaktəBu kitab Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə qələmə alınmışdır. Mərifətşünaslıq elminin əsasları barədə bəhs qədim zamanlardan mütəfəkkirlər arasında mövcud olmasına baxmayaraq, bir elm kimi formalaşması bizim əsrimizə təsadüf edir. Mərifətşünaslıq insan düşüncəsinə əsaslı surətdə təsir edərək onun ideologiyasını nizama salıb yanlışlıqlardan qoruyan mühüm bir elm sahəsidir. Hər bir mütəfəkkir ideoloji əsaslarını qurmamışdan əvvəl mərifətşünaslıq barədə araşdırma aparmalıdır. Əks təqdirdə xətaya düşməsi qaçınılmazdır.
Nəşr
redaktəKitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Mərifətşünaslıq və hikmət elmləri" silsiləsindən 144 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]
İstinadlar
redaktə- ↑ "Mərifət" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Mərifət" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- Goodreads-də Mərifət