Muqeddes Iohann Kilsesi Goygol - Wikipedia
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi.
Müqəddəs İohann kilsəsi | |
---|---|
alm. St.Johanniskirche | |
40°35′15″ şm. e. 46°19′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Göygöl |
Yerləşir | Göygöl |
Aidiyyatı | Qafqaz almanları |
Tikilmə tarixi | 1854—1857 |
Üslubu | neoqotika |
Vəziyyəti | restavrasiya olunub |
İstinad nöm. | 4276 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hazırda kilsədə Göygöl Tarix Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Tarixi
redaktə1817-ci ildə imperator I Aleksandrın icazəsi ilə Şvabiyadan 700 lüteran pietist ailə Cənubi Qafqaza köçdü. Bu ailələrdən 120-i Azərbaycan ərazisinə gələrək burada Yelenendorf koloniyasının əsasını qoydular.[1][2]Koloniyanın qurulması ilə lüteran icmasının da fəaliyyəti başladı.[3] İlk dini ayinlər məktəb müəlliminin rəhbərliyi ilə aparılsa da sonradan 1832-ci ildə bura Hannover şəhərindən keşiş dəvət edilib.[4]1854-cü ildə Lüteran cəmiyyətinin dini ehtiyaclarını ödəmək üçün kilsə binasının inşa edilməsi qərara alınıb. 1854-cü il aprelin 24-də alman lüteran kilsəsinin əsası qoyulub.[2][5] Tikinti işləri üç il davam edən neoqotik üslubda olan kirxa 1857-ci il martın 10-da “Müqəddəs İohan kilsəsi” adına layiq görülüb[6] və dindarların istifadəsinə verilib.[1][7][8] Bu Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi idi.[9][10][11] Kilsədə Lüdviqsburqda yerləşən “E.F.Walcker & Cie” şirkətinin istehsalı olan orqan quraşdırılmışdı. Qırmızı daşdan tikilən kilsənin bir saat qülləsi, 16 böyük, 2 balaca pəncərəsi, iki giriş qapısı var. Qapı və pəncərələri taxtadan olan binanın döşəməsi metlaxdır. Kilsənin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Binanın eni 13.3 metr, uzunluğu 36.6 metr, tavanın hündürlüyü isə 8.6 metrdir.[12]
Sovet işğalında
redaktəSovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[13] 1936-1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu.[14] Kilsənin son keşişi Otto Ventsel ilk dəfə 1931-ci ildə həbs olundu.[15] Daha sonra azad edildi və 1936-cı ilə qədər kilsədə fəaliyyət göstərdi.[15] 1936-cı ildə isə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunaraq 1939-cu ilə qədər həbsdə saxlanıldı. 1939-cu ildə isə azadlığa buraxıldı və daha sonra elə həmin ildə təkrar həbs olundu.[15] Müqəddəs İohann kilsəsinin zəngləri çıxarıldı, altarı dağıdıldı, içəridə quraşdırılmış orqan isə çıxarıldı. 1941-ci ildə almanlar sürgün edildikdən sonra kilsə öz fəaliyyətini dayandırıb.[16] Sonradan binadan hərbi hospital və idman zalı kimi istifadə ediblər.[12][16]
Müstəqillikdən sonra
redaktəAzərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsənin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[17]
2005-ci ildən binada Göygöl rayon Tarix Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.[6][18]
Kilsə 2008-ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edilib.[6][19]
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Sudaba, Zeynalova. "Germans in Azerbaijan: a retrospective analysis". Central Asia and the Caucasus (6). 2005-01-01. ISSN 1404-6091. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
- ↑ 1 2 Zeynalova, Südabə. Azərbaycanda alman məskənlərinin salınmasından 200 il keçir (az.). Bakı: Xalq qəzeti. 2016.
- ↑ Əliyev, Elçin. Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan (PDF) (alman). Bakı: Botschaft der Bundesrepublik Deutschland Baku. 2017. 42. 2021-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
- ↑ Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı (az.). Bakı: Mənəvi Dəyərlərin Təbliği Fondu. 2019. 156.
- ↑ Manafov, Şirin. "Еленендорф - Ханлар - Гейгель". kaspiy.az (rus). 2015-12-13. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ 1 2 3 ""Lüteran kilsəsi"". irs.gov.az. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
- ↑ Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı (az.). Bakı: Mənəvi Dəyərlərin Təbliği Fondu. 2019. 43.
- ↑ "Helenendorf/Göygöl/Chanlar". ome-lexikon.uni-oldenburg.de. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ "Göygöl şəhərində almanların izi ilə | Azerbaijan.Travel". azerbaijan.travel (az.). 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ "Über 300 deutsche Häuser stehen in Göygöl noch". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2019-07-29. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ "Deutsche in Aserbaidschan". Deutsche Volksgruppen (alman). 2020-07-05. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ 1 2 Köhnəqala, Murad; Göytürk, Şəlalə. "Армяне разграбили немецкую церковь – РЕПОРТАЖ (часть III)". vzglyad.az (rus). 2017-08-11. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı (az.). Bakı: Mənəvi Dəyərlərin Təbliği Fondu. 2019. 151.
- ↑ 1 2 3 Zeynalova, Südabə. Лютеране в России. Сборник докладов Международной научной конференции (Омск, 9–10 октября 2014 г.) / К истории возникновения евангелическо-лютеранской общины в Азербайджане (XIX – начало XX вв.) (rus). Omsk: Ииздательство ОмГТУ. 2014. 94. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ 1 2 "Лютеранская кирха в азербайджанском Гёйгёле стала символом уважения к разным культурам". vestikavkaza.ru (rus). 2020-11-25. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-02.
- ↑ "Göygölün tarixi rəmzi olan Lüteran kilsəsi - VİDEO". Oxu.Az (az.). 2022-12-08. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ Əliyev, Elçin. Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan (PDF) (alman). Bakı: Botschaft der Bundesrepublik Deutschland Baku. 2017. 45. 2021-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.