Mulk - Wikipedia
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ
1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır.
2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam səlahiyyətlərini başqa şəxsə verə bilər, əmlakdan girov kimi və ya başqa üsulla istifadə edə bilər, öz əmlakını mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verə bilər, habelə öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkətləri etmək ixtiyarına malikdir. Mülkiyyətçi əmlakdan hər hansı sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər.
3. Əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə edilməsinin nəticələri (məhsul və gəlir) — qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa — bu əmlakın mülkiyyətçisinə məxsusdur.
4. Mülkiyyətçinin ixtiyarı vardır ki, ona məxsus mülkiyyət hüququnu həyata keçirərkən vətəndaşların əməyindən istifadə etmək haqqında onlarla Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarımda nəzərdə tutulmuş şərtlərlə və hədlərdə müqavilələr bağlasın.
5. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda, şərtlərlə və hədlərdə mülkiyyətçinin üzərinə onun əmlakından digər şəxslərin məhdud şəkildə istifadə etməsinə yol vermək vəzifəsi qoyula bilər.
6. Mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, vətəndaşların, müəssisələrin, idarələrin, təşkilatların və dövlətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalıdır. [1] Şəxsi əmlak bir insana məxsus hər hansı bir obyektə uyğundur. Ən vacib xüsusiyyəti, insanın sahib olduğu şeyin daşınmasıdır.
Bu kateqoriyaya bütün növ daşınan və maddi xüsusiyyətlər daxil edilmişdir. Məsələn, mebel hiss edilə və ya toxuna bilər və sərbəst bir yerdən başqa yerə köçürülə bilər.
Digər tərəfdən, daşınmaz əmlak ərazini, torpağa bağlı olan şeyləri və ərazidə baş verən hər hansı bir inkişaf və yaxşılaşdırmanı özündə birləşdirən daha geniş bir anlayışdır. Buraya daşınmaz əmlak da daxildir. [2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında mülkiyyət haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". e-qanun.az/framework. Archived from the original on 16 May 2023.
- ↑ "Mülkiyyət: anlayışı, xüsusiyyətləri, növləri və nümunələri". kayzen.az/blog/law/7857. Archived from the original on 19 May 2023.