Lacerta Trilineata - Wikipedia
Üçzolaqlı kərtənkələ (lat. Lacerta trilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü.
Üçzolaqlı kərtənkələ | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Üçzolaqlı kərtənkələ |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Ümumi uzunluğu 40—50 sm, bədəni 16 sm təşkil edir. Balalar qəhvəyi rəngə malik olur və bel nahiyyəsindən ağ-sayı xətlər keçir. Yaşıl hissədə qara nöqtələr vardır. Çütləşmə zamanı erkəklərdə boyun nahiyəsi tünd göy və ya mavi rəng alır.
Onlar əsasən quyu yerlərdə, Fıstıq və Palıd meşələrini, qayalıqları və dağ çöllərini xoşlayır. Ağaclara rahat çıxa bilir. 2-3 metr tullana bilir. Əsasən Cücülər, kiçik onurğasızlar və kiçik kərtənkələlərlə qidalanır.
Yumurta qoymaqla çoxalır. Çütləmə aprel-may aylarına təsadüf edilir. Dişilər bir dəfəmə 9-18 yumurta qoyur. Mövsüm ərzində isə 30 yumurta qoya bilir. İyulun sonu 7-8 sm uzunluğu olan balalar yumurtadan çıxır.
Bu növün bir çox yarımnövləri Qafqazda zəhərli sayılır, əslində isə belə deyildir.
Növ Almaniya, Şərqi Bolqarıstan, cənub-şərqi Runınya və Albaniya, Makedoniya, Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Qərbi və Mərkəzi Türkiyə, Şimali İraq, Cənub-Qərbi İran, Krasnodar vilayəti ərazilərində yaşayır. 0-1600 metr yüksəkliklər arası ərazilərdə rast gəlinir.
Yarımnövləri
redaktə- Lacerta trilineata trilineata,
- Lacerta trilineata cariensis
- Lacerta trilineata citrovittata
- Lacerta trilineata diplochondrodes
- Lacerta trilineata dobrogica
- Lacerta trilineata galatiensis
- Lacerta trilineata hansschweizeri
- Lacerta trilineata major
- Lacerta trilineata polylepidota
İstinadlar
redaktə- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.
Ədəbiyyat
redaktə- Peters G. 1964. Studien zur Taxonomie, Verbreitung und Oekologie der Smaragdeidechsen 3. Die orientalischen Populationen von Lacerta trilineata. Mitt. Zool. Mus. Berlin 40: 186-250.