Lamia Hava Yollari Reys 2933 - Wikipedia
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən[1] ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir.
LaMia Hava Yolları reys 2933 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | dəqiqləşməyib, araşdırmalar davam edir |
Yer | La-Union, Antokiya, Kolumbiya |
Koordinatlar | 5°58′50″ şm. e. 75°25′06″ q. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 68 |
Komanda | 9 |
Yaralı sayı | 6 |
Ölü sayı | 71 |
Təyyarə | |
Təyyarə modeli | RJ-85 |
Havayolu şirkəti | LaMIA Bolivia |
Qalxma yeri | Viru Viru Beynəlxalq Havalimanı, Santa Krus de la Serra, Boliviya |
İstiqamət | Joze Maria Kordoba Beynəlxalq Havalimanı, Rioneqro, Kolumbiya |
Uçuş nömrəsi | 2933 |
Qeydiyyat nömrəsi | CP-2933 |
Vikianbarda əlaqəli mediafayllar |
Təyyarə
redaktəBritaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi[2] Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.[3].
Qəza
redaktəTəyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır.[4] Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər.[2]
Həyatını itirən tanınmış insanlar
redaktəSan Lorenzo 1–1 Şapekoense (Copa Sudamericana yarımfinal görüşü). |
"Şapekoense" oyunçuları
redaktə- Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında[5]
- Dener Assunçao Braz (Dener), 25 yaşında[5]
- Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında[5]
- Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında[5]
- Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında[5]
- Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında[5]
- Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında[5]
- Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında[5]
- Artur Braziliano Maya (Artur Maya), 24 yaşında[5]
- Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında[5]
- Markos Danilo Padilya (Danilo), 31 yaşında[5]
- Filip Xose Maçado (Filip Maçado), 32 yaşında[5]
- Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında[5]
- Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında[5]
- Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında[5]
- Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında[5]
- Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında[5]
- Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında[5]
- Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında[5]
"Şapekoense"nin idarə heyətindən
redaktə- Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında
Media əməkdaşları
redaktə- Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında
- Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında
- Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında
Sağ qalanlar
redaktə- Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi.[6]
- Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı.[7] Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada vəfat etmişdir.[8]
- Cekson Folmenn — "Şapekoense" futbol komandasının qapıçısı.[9] Bir ayağı amputasiya olunub.[10]
- Zampiyer Neto — "Şapekoense" futbol komandasının mərkəz müdafiəçisi.[11]
- Ximena Suarez — Ekipaj üzvü[12]
- Rafael Henzel — Jurnalist[12]
Araşdırma
redaktəKolumbiya Mülki Havaçılıq İdarəsi (ing. Special Administrative Unit of Civil Aeronautics) başvermiş qəzanın araşdırma məsuliyyətini öz üzərinə götürüb.
Reaksiyalar
redaktə- Braziliya dövlət başçısı Mişel Temer ölkədə 3 günlük matəm elan etmişdir.[13]
- "Korintians" futbol klubu rəsmi saytı vasitəsilə bildirmişdir ki, əgər Medelyin təmsilçisi istəsə, heç bir ödəniş edilmədən oyunçu icarəyə verə bilərlər.
- Bunun ardınca Braziliya liqasında çıxış edən bütün komandalar istədikləri qədər ödənişsiz oyunçu verə biləcəkləri ilə bağlı açıqlama vermişlər.
- "Şapekoense"nin Sudamerikana kubokunun finalında qarşılaşacağı "Atletiko Nasyonal" isə azarkeşlərinə səslənərək oyununun keçiriləcəyi stadionda toplaşacaqlarını və həlak olan futbolçuları anacaqlarını bildirmişlər.
- Braziliyadakı Milli Konqres Binasının qarşısındakı Braziliya və Merkosur bayraqları (şəkildə) hadisə ilə bağlı yarıya endirilmişdir.
İstinadlar
redaktə- ↑ (ing.) "Brazil football team Chapocoense in Colombia plane crash" Arxivləşdirilib 2016-11-30 at the Wayback Machine. BBC News. 29 noyabr 2016.
- ↑ 1 2 (ing.) "Crash: LAMIA Bolivia RJ85 near Medellin on Nov 28th 2016, electrical problems, impact with terrain". Arxivləşdirilib 2016-12-03 at Archive.today Aviation Herald. 29 noyabr 2016.
- ↑ (ing.) "CP-2933 accident description". Arxivləşdirilib 2016-11-29 at the Wayback Machine Aviation Safety Network. 29 noyabr 2016.
- ↑ (ing.) "Plane carrying 81, including soccer team, involved in accident in Colombia" Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine. CNN. 29 noyabr 2016
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 (ing.) Colombia plane crash: 76 killed, 5 survivors from plane carrying Chapecoense footballers Arxivləşdirilib 2019-04-15 at the Wayback Machine
- ↑ (ing.) "Plane crashes in Colombia with Brazilian football team on board". Arxivləşdirilib 2020-05-30 at the Wayback Machine The Sun. 29 noyabr 2016.
- ↑ (isp.) "Dos futbolistas y una azafata, los primeros superviviente del accidente del Chapecoense" Arxivləşdirilib 2016-11-29 at the Wayback Machine. El Español. 29 noyabr 2016.
- ↑ (isp.) "Trágico accidente cerca de Medellín del avión que transportaba al equipo brasileño Chapecoense deja 76 muertos" Arxivləşdirilib 2016-11-30 at the Wayback Machine. BBC World 29 noyabr 2016.
- ↑ (por.) "Avião da Chape sofre acidente; Danilo, Ruschel e Follmann estão entre sobreviventes" Arxivləşdirilib 2022-08-28 at the Wayback Machine . 29 noyabr 2016.
- ↑ (por.) "Goleiro Jackson Follmann tem perna amputada após acidente da Chape". Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine GloboEsporte.com . 29 noyabr 2016
- ↑ (isp.) "Accidente de avión en el que viajaba Chapecoense deja 75 personas muertas". Arxivləşdirilib 2016-11-30 at the Wayback Machine Caracol.tv. 2016–11-29
- ↑ 1 2 (por.) "Avião que transportava equipe da Chapecoense cai na Colômbia". Arxivləşdirilib 2016-12-01 at the Wayback Machine Diário de Pernambuco 2016–11-29.
- ↑ (por.) "Temer decreta luto de três dias pela tragédia com time da Chapecoense" [ölü keçid]. g1.globo.com 29 noyabr 2016.