Ldu - Wikipedia
Lənkəran Dövlət Universiteti və ya qısaca LDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Lənkəran Dövlət Universiteti LDU | |
---|---|
Əsası qoyulub | 23 iyul 1992-ci il |
Tip | Dövlət |
Rektor | professor Natiq İbrahimov |
Tələbə sayı | 6692 nəfər |
Bakalavr sayı | 6276 |
Magistrant sayı | 416 |
Şəhər | Lənkəran |
Ölkə | |
Ünvan | General Həzi Aslanov xiyabanı - 50 |
Sayt | lsu.edu.az/index_en.html |
Tarixi
redaktəLənkəran Dövlət Universiteti 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlamış, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilmişdir.
32 il ərzində universiteti 11 mindən çox məzun bitirmişdir.
Hazırda universitetdə bakalavr və magistratura üzrə 6692 nəfər tələbə, doktorantura səviyyəsi üzrə 18 nəfər təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.
Universitetdə mütəmadi olaraq Beynəlxalq və Respublika elmi konfransları keçirilir.
Tələbə və müəllimlərimiz Respublika və Beynəlxalq bilik müsabiqələrinə, idman yarışlarına da fəal qatılır, həmçinin bir sıra sosial-siyasi və mədəni tədbirlərin təşəbbüskarı kimi çıxış edirlər.
LDU Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin, Avrasya Universitetləri, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının, Qafqaz Universitetləri Birliyinin üzvüdür, 50-dən artıq xarici ölkələrin ali təhsil müəssisələri ilə akademik əməkdaşlıq qurmuş və ikitərəfli müqavilələr imzalamışdır.
Lənkəran Dövlət Universiteti ERASMUS+, Mevlana, HORİZON-2020 və digər beynəlxalq layihələrinin iştirak-çısıdır. Bu layihələr çərçivəsində universitetimiz bir çox xarici universitetlərlə tələbə və müəllim mübadiləsi həyata keçirmiş, “QS Rankings”ə qoşulmuş, həm xarici, həm də respublika ali təhsil müəssisələri ilə ikili diplom müqavilələri imzalamışdır.
Hazırda təhsil və tədqiqat işləri 6 fakültə və 14 kafedrada həyata keçirilir:
FAKÜLTƏLƏR
Aqrar və mühəndislik fakültəsi
Baytarlıq fakültəsi
Filologiya və ibtidai təhsil fakültəsi
İqtisadiyyat və idarəetmə fakültəsi
Tarix-coğrafiya və incəsənət fakültəsi
Təbiyyat fakültəsi
KAFEDRALAR
Aqrar elmlər
Texnologiya və texniki elmlər
Baytarlıq və zoomühəndislik
Azərbaycan dili və ədəbiyyat
İbtidai təhsil və məktəbəqədər təlim
Xarici dillər və tərcümə
İqtisadiyyat və innovativ idarəetmə
Maliyyə idarəetməsi və audit
Coğrafiya və onun tədrisi metodikası
Tarix və onun tədrisi metodikası
Pedaqogika, psixologiya və incəsənət
Biologiya və ekologiya
Kimya və fizika
Riyaziyyat və informatika
BAKALAVR İXTİSASLARI
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. Biologiya müəllimliyi
3. Coğrafiya müəllimliyi
4. Fizika müəllimliyi
5. İbtidai sinif müəllimliyi
6. Kimya müəllimliyi
7. Kimya və biologiya müəllimliyi
8. Məktəbəqədər təhsil
9. Musiqi müəllimliyi
10. Riyaziyyat müəllimliyi
11. Riyaziyyat və informatika müəllimliyi
12. Tarix müəllimliyi
13. Tarix və coğrafiya müəllimliyi
14. Təhsildə sosial-psixoloji xidmət
15. Təsviri incəsənət müəllimliyi
16. Texnologiya müəllimliyi
17. Xarici dil müəllimliyi (ingilis dili üzrə)
18. Muzey, arxiv işi və abidələrin qorunması
19. Biznesin idarə edilməsi
20. Dövlət və bələdiyyə idarəetməsi
21. İqtisadiyyat
22. Maliyyə
23. Marketinq
24. Menecment
25. Mühasibat
26. Ekologiya
27. Aqromühəndislik
28. İnformasiya təhlükəsizliyi
29. İnformasiya texnologiyaları
30. Kompüter mühəndisliyi
31. Qida mühəndisliyi
32. Aqronomluq
33. Bağçılıq və tərəvəzçilik
34. Baytarlıq təbabəti
35. Meşəçilik
36. Şərabçılıq
37. Torpaqşünaslıq və aqrokimya
38. Zoomühəndislik
39. Sosial iş
40. Turizm bələdçiliyi
41. Turizm işinin təşkili
MAGİSTR İXTİSASLARI
1. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
2. İngilis dilinin tədrisi metodikası və metodologiyası
3. Fizika fənninin tədrisi metodikası və metodologiyası
4. Riyaziyyatın tədrisi metodikası və metodologiyası
5. Texnologiya fənninin tədrisi metodikası və metodologiyası
6. Musiqi fənninin tədrisi metodikası və metodologiyası
7. Biologiya fənninin tədrisi metodikası və metodologiyası
8. Kimya fənninin tədrisi metodikası və metodologiyası
9. Tarix fənninin tədrisi metodikası və metodologiyası
10. Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
11. İnformatika fənninin tədrisi metodikası və metodologiyası
12. Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası
13. İbtidai sinifdə tədrisin metodikası və metodologiyası
14. Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası
15. Pedaqogika nəzəriyyəsi və tarixi
16. Təhsildə qiymətləndirmə və monitorinq
17. Muzeyşünaslıq
18. İstehsal sferasında mühasibat uçotu və audit
19. Maliyyə menecmenti
20. İqtisadiyyatın tənzimlənməsi
21. Marketinq (sahələr üzrə)
22. Biznesin təşkili və idarə edilməsi
23. Ətraf mühitin mühafizə metodları və bərpası
24. Kompüter sistemləri və şəbəkələri
25. İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri
26. Qida təhlükəsizliyi
27. Aqrokimya
28. Meyvəçilik
29. Bitki anatomiyası və morfologiyası
30. Mamalıq, ginekologiya və süni mayalanma
31. Meşə quruluşu
32. Sosial-mədəni sahələrdə xidmətlərin təşkili
33. Otelçilik
MBA (Master of Business Administration) proqramı üzrə
34. (MBA) Biznesin təşkili və idarə edilməsi (aqrobiznes üzrə)
35. (MBA) Biznesin təşkili və idarə edilməsi (qida sahəsi üzrə)
36. (MBA) Biznesin təşkili və idarə edilməsi (sosial xidmət sahələri üzrə)
DOKTORANTURA İXTİSASLARI
1. Daxili fiskal siyasət və dövlət maliyyəsi
2. Vətən tarixi
3. Sosial pedaqogika
4. Diferensial tənliklər
5. Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası
6. Molekulyar biologiya
7. Ümumi psixologiya
8. Təhsilin təşkili və planlaşdırılması
9. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
10. Regional coğrafiya
11. Müqayisəli tarix və müqayisəli tipoloji dilçilik
“Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.[1]
Maddi-texniki bazası
redaktəLənkəran Dövlət Universitetinin infrastrukturuna 4 tədris binası, 10 laboratoriya, aqrar təcrübə sahəsi, istixanalar, turizm təcrübə mərkəzi, İngilis dili mərkəzi, linqofon kabineti, idman zalı, iki kiçik və bir böyük futbol meydançası, fitness zalı, konfrans zalları, elmi kitabxana (elektron), elmi kitabxananın nəzdində internet şəbəkəyə çıxışı olan 5 oxu zalı (üç oxu zalı tədris korpuslarındadır), müasir standartlara cavab verən TV, internet və s. ilə təchiz olunmuş oğlanlar və qızlar üçün ayrı-ayrı yataqxanalar, professor-müəllim heyəti üçün xidməti mənzillər, yeməkxanalar və mətbəə daxildir. Universitetin elektronlaşdırılması məqsədi ilə "Elektron Universitet" layihəsi işlənib hazırlanmış və layihə uğurla tətbiq edilməkdədir.
“Turizm və Otelçilik” və “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə mütəxəssis hazırlığının aparılması məqsədi ilə Turizm tədris-təcrübə bazası, Qida texnologiyası, Qida təhlükəsizliyi laboratoriyaları fəaliyyət göstərir. Universitetin ərazisində 3 hektar sahədə sitrus bitkiləri və kənd təsərrüfatı məhsulları becərəlir. Hər bir tədris binasının ətrafında tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeməkxanalar, yaşıllıqlarla əhatə olunmuş parklar mövcuddur.
Tədris müəssisəmizdə Respublika və Beynəlxalq elmi konfranslar, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün müasir tələblərə cavab verən böyük konfrans zalı vardır. Universitet auditoriyaları interaktiv lövhələr, kompüterlər, proyektorlar və digər tədris yönlü avadanlıqlarla təchiz olunmuşdur.
Tərkibi
redaktəKolleclər
redaktə- Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec fəaliyyət göstərir.
Rektorları
redaktə- Hacıbaba Əzimov; (1992–1997)
- Mirzə Ağa Bağırov; (1997–2005)
- Asəf İskəndərov; (7 aprel 2005 – 28 mart 2016) rektor olmuşdur.[2]
- Natiq İbrahimov; LDU-nun hazırkı rektorudur.
Beynəlxalq əlaqələri
redaktəLənkəran Dövlət Universitetinin (LDU) Beynəlxalq Əməkdaşlıq Şöbəsində xarici universitetlərlə ikitərəfli əməkdaşlığın istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi proqramları, beynəlxalq təhsil proqramlarında iştirakı, universitetə əcnəbi tələbələrin qəbulu, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı və s. həyata keçirilir.
LDU-da xarici universitetlərlə əməkdaşlığı, tələbə və akademik heyətin mübadiləsi, birgə Yay Məktəbləri və İkili Diplom proqramlarının həyata keçirilməsi, birgə elmi konfrans və seminarların təşkilini və qarşılıqlı faydalı təcrübənin keçirilməsi nəzərə alınır.
Lənkəran Dövlət Universiteti ölkəmizdə fəaliyyət göstərən ERASMUS+, Mövlana (Türkiyə) və digər beynəlxalq təşkilatlarla layihələr həyata keçirir və onlarla əməkdaşlıq edir.
Bu layihələr çərçivəsində Ukraynanın (Xarkov Milli Radioelektronika Universiteti), Çexiyanın (Mendel Universiteti), İspaniyanın (Leon Universiteti), Polşanın ( Varmia və Mazuri Universiteti, Rzsezov Universiteti), Macarıstanın (Kaposvar Universiteti, Debrecen Universiteti), Rumıniya (Qalati Universiteti), Türkiyə (Marmara Universiteti, İstanbul universiteti, Ankara Universiteti, Ege Universiteti, Qazi Universiteti və s.) və digər ölkələrin bir sıra universitetləri ilə əlaqələr qurulmuş, akademik heyət və tələbələrin uyğun universitetlərin təlimlərində iştirakı həyata keçirilmişdir.
LDU Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin, Avrasiya Universitetlərinin, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin və Qafqaz Universitetinin üzvüdür. Bu birliklərlə yanaşı, LDU dünyanın 100-ə yaxın universiteti və akademik institutu ilə elmi və təhsil əlaqələrini inkişaf etdirir və müvafiq ikitərəfli müqavilələr imzalanır.
Hazırda bir sıra beynəlxalq layihələrdə tərəfdaş universitet kimi fəal iştirak edilir və LDU-nun professor-müəllim və tələbələri Avropanın müxtəlif universitetlərində olmuşlar. Onlar Erasmus+KA171, Erasmus+ KA2 proqramı (Ali təhsildə potensialın gücləndirilməsi) çərçivəsində Avropa ölkələrinin universitetlərində mühazirələr oxumuş və təlimlərdə iştirakı təmin edilmişdir.
Universitetin ISSN indeksli “Scientific News” jurnalı ildə iki dəfə riyaziyyat, təbiət elmləri və humanitar elmlər seriyasından ibarətdir.
Universitetimiz dünyanın nüfuzlu ali təhsil reytinqləri “QS World University Rankings” və “Webometrics” siyahısına qoşulub və hazırda reytinqlərin zirvəsinə yüksəlməyi hədəfləyir.
2024-cü ildən Lənkəran Dövlət Universiteti dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan QS stars reytinq sistemində iştirak etməyə başlamışdır. QS Stars-də məlumatları yeniləmək və Beynəlxalq Əməkdaşlıq Şöbəsində bir neçə əsas fəaliyyətə diqqət yetirilmişdir. Xüsusilə LDU-nun Websaytında məlumatların yenilənməsi və QS Stars meyarlarına uyğunlaşdırmaq üçün LDU-nun siyasəti yenilənmişdir.
QS World University Rankings-də (WUR) mövqeyimizi yaxşılaşdırmaq üçün Beynəlxalq Əməkdaşlıq Şöbəsində bir neçə əsas fəaliyyətə diqqət yetirilmişdir. Xüsusilə tədqiqat nəticəsi, fakültə performansı və tələbə cəlbi kimi sahələrdə WUR meyarlarına uyğunlaşdırmaq üçün LDU-nun siyasəti yenilənmişdir. Fakültənin nailiyyətləri, tədqiqata təsiri və beynəlxalq əməkdaşlıqlar haqqında dəqiq və əlçatan məlumatı təmin etmək üçün kafedraların veb-saytı yenilənmişdir. Həmçinin WUR portalına tədqiqat nəticələri, fakültə/tələbə nisbətləri, işçilərin sayı, tələbə və müxtəliflik daxil olmaqla ətraflı və sübuta əsaslanan məlumatları daxil edilmişdir. Universitetin vebsaytında fakültə nailiyyətlərini və WUR meyarlarını dəqiq vurğulamaq üçün mühüm yeniləmələr edilmişdir.
İstinadlar
redaktə- ↑ ""REFRESH" layihəsi çərçivəsində yerli tərəfdaş universitetlər təlimlər keçirilib". news.unec.edu.az (az.). 2024-05-21. İstifadə tarixi: 2024-12-13.
- ↑ "Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
Xarici keçidlər
redaktə- https://lsu.edu.az/new/index.php - Lənkəran Dövlət Universiteti
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |