Lezgi Deqiqlesdirme - Wikipedia
Ləzgi_(dəqiqləşdirmə) - Haqqında Məlumat
- Ləzgilər — Azərbaycan Respublikası və Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan xalq.
- Ləzgi dili — Ləzgilərin ana dili, Nax-Dağıstan dillərinin ləzgi qoluna aiddir.
- Ləzgihəngi (və ya Ləzginka) — Qafqaz xalqları arasında geniş yayılmış rəqs.
- Ləzgilər nəsli — Beyləqan rayonunun Bünyadlı və Əhmədli kəndlərində yaşayan nəsillərdən biri.[1]
Yaşayış məntəqələri və toponimlər
redaktəAşağıdakı yer adları Azərbaycanın Qusar rayonu, Daşkəsən, Gədəbəy, Göyçay, Xocavənd, Kəlbəcər, Qazax, Şabran, Şəki, Şəmkir, Tovuz, habelə Balakən, İsmayıllı və Qəbələ rayonlarında və Bakı, Göyçay, Naxçıvan və Şəki şəhərlərində yayılmışdırlar. Ermənistanda olan yer adları konkret olaraq tarixi Qərbi Azərbaycanın Şəmşəddil mahalında (Azərbaycanın Tovuz rayonu yaxınlığında), Gürcüstanda olan yer adları konkret olaraq tarixi Borçalı mahalının Bolus bölgəsində, İranda olan yer adları isə konkret olaraq Cənubi Azərbaycanın Maku, Vərziqan və Urmiya bölgələrində, Cənubi Azərbaycan bölgəsindən kənarda isə Rəzəvi Xorasan ostanında yayılmışdırlar.
Azərbaycan
redaktə- Ləzgi binəsi — Göyçay rayonunun ərazisində yerləşən binə.[2]
- Ləzgi dağı — Göyçay rayonunun ərazisində yerləşən dağ.[2]
- Ləzgi yeri — Göyçay rayonunun ərazisindəki bir yer/sahə adı.[2]
- Ləzgi dağı — Kəlbəcər rayonunun ərazisində yerləşən dağ.
- Ləzqisuyu (və ya Ləzgisuyu) — Kəlbəcər rayonunun ərazisində axan çay. Çayın mənbəyi Kəlbəcər rayonunun Ləzgidağ dağındadır.
- Ləzgi yurdu — Kəlbəcər rayonunun Taxtabaşı kəndi ərazisində yerləşən yaylaq.[3]
- Ləzgi daşı — Gədəbəy rayonunun ərazisində yerləşən təpə.
- Ləzgi dərəsi — Daşkəsən rayonunun ərazisində yerləşən dərə.
- Ləzgi qayası — Daşkəsən rayonunun ərazisində yerləşən təpə.
- Ləzgi yaylağı — Daşkəsən rayonunun ərazisində yerləşən yaylaq.
- Ləzgi karvansarası — vaxtilə Şəki şəhərində mövcud olmuş tarixi karvansaray.
- Ləzgi kəndi — vaxtilə indiki Oğuz rayonu ərazisində, Baş Daşağıl kəndindən yuxarıda yerləşən kənd; hal-hazırda mövcud deyil.
- Ləzgi qayası — Tovuz rayonunun ərazisində yerləşən təpə.
- Ləzgi qırılan dərəsi — Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yerləşən dərə.[4]
- Ləzgiqıran / Ləzgiqırılan — Naxçıvan şəhəri yaxınlığında bir yer/sahə adı.[5][6] (QEYD: bu yer adı əslində avarlar ilə bağlıdır; 1792-ci ildə Qarabağ xanı İbrahimxəlil xan öz qayını olan Avar xanı Ümmə xanla ittifaqa girərək Naxçıvan xanlığına yeni yürüş etdi. Naxçıvan ətrafında baş vermiş vuruşmada Naxçıvan xanı Kalbalı (Kəlbəli) xan Kəngərli, Xoy və İrəvan xanlarının köməyi ilə qalib gəldi. Vuruşmada xeyli dağıstanlı həlak olduğundan, döyüşün getdiyi yer "Ləzgiqıran" adlanır.)
- Ləzgiqar dağı (və ya Lizgiqar) — Şəmkir rayonunun ərazisində, Şəmkir çayından sağ tərəfdə yerləşən dağ. Hündürlüyü 1460 metrdir.
- Ləzgiqaya dağı — Şəki rayonunun ərazisində yerləşən dağ.
- Ləzgiqaya dağ silsiləsi — Şəki rayonunun ərazisində yerləşən dağ silsiləsi.
- Ləzgiqazmalar — Şabran rayonunun ərazisində yerləşən mineral bulaq; adını vaxtilə yaxınlıqda yerləşən eyniadlı kənddən alıb.
- Ləzgiqazmalar kəndi — vaxtilə, 20-ci əsrin ortalarınadək indiki Şabran rayonunun ərazisində mövcud olmuş kənd.
- Ləzgilər kəndi — vaxtilə Şəmkir rayonunun Plankənd (indiki Keçili) inzibati ərazi vahidində mövcud olmuş kənd. Dağ ətəyində yerləşirdi. 11 fevral 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən keçirilmiş qanunun əsasında bir neçə yaşayış məntəqəsi ilə birgə yerləşdiyi rayonun yaşayış məntəqələri uçot məlumatı siyahısından çıxarılmış, və beləlikcə rəsmi olaraq ləğv olunmuşdu.[7]
- Ləzgilər Kilsəsi kəndi — Kəlbəcər rayonundakı Kilsəli kəndinin keçmişdə istifadə olunan başqa bir adı; yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini 19-cu əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün (və vaxtilə dağıstanlıların hamısına ümumi şəkildə "ləzgi" deyildiyinə görə) bəzən kəndə Ləzgilər Kilsəsi də deyilirdi. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır.
- Ləzgisuyu — Xocavənd rayonunun Axullu kəndinin ərazisindəki bir yer/sahə adı.[8]
Məhəllələr
redaktə- Ləzgi məhəlləsi — İsmayıllı rayonunun Balik (Balıx) kəndinin məhəllələrindən biri.
- Ləzgi obası məhəlləsi — Balakən rayonunun Katex kəndinin məhəllələrindən biri.
- Ləzgilər məhəlləsi — Bakı şəhərinin İçərişəhər hissəsinin tarixi məhəllələrindən biri.
- Aşur məscidi (digər adı Ləzgi məscidi) — Bakı şəhərinin İçərişəhər hissəsində yerləşən, 12-ci əsrdə tikilən məscid. Məscid 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır.
- Ləzgilər məhəlləsi — Göyçay rayonunun Göyçay şəhərinin məhəllələrindən biri.[2][9]
- Ləzgilər məhəlləsi — Qəbələ rayonunun Savalan kəndinin məhəllələrindən biri.
- Ləzgiuşağı məhəlləsi — Qəbələ rayonunun Zarağan kəndinin məhəllələrindən biri.
Ermənistan
redaktə- Ləzgi bulağı — indiki Tavuş mərzinin bir qismi olan keçmiş Şəmşəddin rayonu ərazisində, Murğuz dağ silsiləsi ərazisində bulaq.[10]
Gürcüstan (Borçalıda)
redaktə- Ləzgi daşı — Kvemo Kartli mxaresinin Bolnisi munisipaliteti (Bolus / Çörük Qəmərli bələdiyyəsi) ərazisindəki Saraçlı kəndinin ərazisində yerləşən dağ.[11]
- Ləzgi qəbirstanlığı — Kvemo Kartli mxaresinin Bolnisi munisipaliteti (Bolus / Çörük Qəmərli bələdiyyəsi) ərazisindəki Kəpənəkçi kəndinin ərazisində yerləşən qəbiristanlıq
.[12]
İran (Cənubi Azərbaycanda)
redaktə- Hasuləzgi — Qərbi Azərbaycan ostanındakı Maku şəhristanının Mərkəzi bəxşinin Çaybasar-i Cənubi dehistanında yerləşən kənd.
- İləzgi — Qərbi Azərbaycan ostanındakı Urmiya şəhristanının Mərkəzi bəxşinin Bərəndüzçay-i Cənubi dehistanında yerləşən kənd.
- Əliabad (keçmiş adı Ləzgibulaq) — Şərqi Azərbaycan ostanındakı Vərziqan şəhristanının Mərkəzi bəxşinin Üzümdil-i Cənubi dehistanında yerləşən kənd.
İran (Cənubi Azərbaycandan kənarda)
redaktə- Kuh-i Ləzgi (yəni "ləzgi dağı") — Rəzəvi Xorasan ostanının Nişapur şəhristanı ərazisində yerləşən dağ.[13][14]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ 1 2 3 4 "Arxivlənmiş surət" (PDF). 2019-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- ↑ Taxtabaşı
- ↑ http://www.yadadushdu.org/journal/article/360[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ "Arxivlənmiş surət". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ http://www.zewo.ru/azlaws/11_02-97.html[ölü keçid]
- ↑ Axullu
- ↑ "Arxivlənmiş surət". 2019-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2018-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-02.
- ↑ "Arxivlənmiş surət". 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ "Arxivlənmiş surət". 2016-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ "https://www.google.com/maps/place/Kūh-e+Lezgī/". 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-06.
- ↑ "Arxivlənmiş surət". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-06.
Ləzgi sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |