Kelt - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur.
Kelt mifologiyası və folkloru
redaktəKelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır. Lakin çox az həcmdə keltlərin öz dilində yazılmış materiallar da günümüzə gəlmişdir. Tarixçilər qal dilindəki mənbələr azlıq təşkil etdiyi üçün Keltlərdı oxuma-yazmanın çox yayılmadığını fikirləşir. Gal yazısı yunan, latın və şimali italiya əlifbalarının istifadə olunduğu yazıdır. Sezar isə gallarda oxuma-yazma vərdişlərinin olduğunu demişdir. Lakin Sezar xalq kahinləri olan Druidlərin dini yazıları- ayətləri yazaraq saxlamağının qadağan olduğunu da qeyd etmişdir.
Keltlərə dair bəzi məlumatlar
redaktə- Ən arxeoloji mədəniyyət e.ə II minilliyə aid Urnifield mədəniyyətidir.
- E.ə VI əsrdə Kelt dilinə aid nümunələr Lepontik dilinin yazılarıdır. Kelt dili yalnız bəzi yer adlarında saxlanıb.
- E.ə. IV əsrdən isə yazıları Orgham dilində saxlanır.
- Ədəbi adət ənənələri VIII əsrdən başlayır.
- Cooleyin mal-qarasının basqınları" kimi rabitəli mətnləri XII əsrə aiddir.
- Solomon Reynax "les Celtomanes" adlı əsərində qeyd edir ki, keltlər əsl filosoflardır və onların nəzəriyyələri Uels şairləri məktəbində istifadə olunmuşdur.
- XVI əsrdən Keltlər haqda məlumatlar çap olunmağa başlayıb. Sezarın "Qallar müharibəsi" əsəri 1511-ci ildə Venesiyada çap olunub.
- Keltlərin özünəməxsus incəsənətləri olmuşdur. Onlarən ilk dili hesab oluna Tutonin dili alman dilindən ayrılımışdır.
- VI-cı əsrdə Gildas adlı keşiş Britaniya tarixinə aid traktat yazmışdır. Gildas ilk Britaniya tarixçisi hesab olunur.
Mabinogion
redaktəMabinogion XI-XIII əsrlərdə nəsrlə yazılmış şifahi ənənələrə söykənən Uels nağıllar toplusudur. 11 anonim nağıldan ibarətdir. Əsasən Arturun əfsanələrindən bəhs edir. Bunlar 2 əlyazma şəklindədir:
- The White book of Rhydderch
- The Red book of Hargest
Mabinogion sözünün mənası mübahisəlidir. Toplunun əvvəlindəki hekayələrin adından götürülmüşdür.
Kelt mifologiyası
redaktəKelt dini və tanrıları hər qrupda, hər qəbilədə fərqlilik göstərir. Roma mifologiyasında eyni olan tanrılarıyla birgə 300-dən çox tanrı məlumdur. Kelt mifologiyası 4 dövrə bölünür:
- Mifoloji dövr — mifləri İrlandiyanın bir neçə dəfə tanrılar tərəfindən işğalından bəhs edir.
- Fenian dövrü — ovçuluq mövzusu əsasdır. Bu dövrdə Fion Mak və qəhrəmanlar qrupu İrlandiya və Şotlandiyanı qoruyurdu.
- Altonian dövrü — Ulaidh tayfasının müharibə və qələbə hekayəsindən bəhs edir.
- Krallar dövrü — gərçək krallar barəsində bəhs edən hekayələr yarandı.
Baş tanrılar
redaktəDagda — baş tanrıdır. Adının mənası yaxşı tanrı deməkdir. Bu hərşeydə yaxşı olduğu mənasında işlənir. Həyat yoldaşı – Morrigandır
Morrigan — baş ilahədir. Ruh ilahəsi də deyilir. Müharibəni təmsil edir. Qarğa, quzğun kimi təsvir olunur.
Belemus — əkinçilik tanrısıdır. Belemusa daha çox İtaliya ərazisindəki keltlər sitayiş etmişlər. İndi onun adına istinad edilən "Betanie" festivalı mövcuddur.
Lug — bu tanrıya çox geniş ərazidə sitayiş olunur. Sapand və nizə ilə təsvir olunur. Roma mifologiyasında Merkuri ilə oxşardır. Arvadı Maria və Rosemaritadır. İndi onun adına istinad edilən "Lughnasa" adlı festival var
Digər tanrılar
redaktə4 əsas tanrıdan başqa keltlərin sitayiş etdikləru digər tanrıların yalnızca adı bilinməktədir. Bunlardan Dagda’nın qızı Brigit, təbiət tanrıçaları Tailtiu və Macha və at ilahə olaraq bilinən Epona var. Cu, Roi və dəmirçilik tanrısı Golbniunun da yalnız adları bilinməktədir.
Bəzi kelt kultları və inancları
redaktəİlk keltlər bəzi ağacların müqəddəs olduğuna inanırdı. Ağacların kelt dinindəki əhəmiyyəti Ebruonian qəbiləsinin adından görülür. Bu ad qaraçöhrə ilə bağlıdır. Eyni zamanda İrlandiya ərazisində yaşayan keltlərin mifologiyasında Mac Cuillin (çobanyastığı oğlu) və Mac İbar (qaraçöhrə oğlu) kimi adların mövcudluğu da bunun göstəricisidir. Romalı müəlliflər keltlərin kultlar zamanı insan qurban etdiyini söyləmişdi. Bu fikir başqa qaynaqlarda da dəstəklənsə də buna dair arxeoliji qazıntılar az saydadır. Keltlərdə döyüşçü kultu da olmuşdur. Bu kultun mərkəzində düşmənlərın kəsilmiş başları dayanır.
Keltlər ölülərini əşyalarıyla birlikdə basdırırdılar. Bu da onların axirətlə bağlı inanclarının olduğunu göstərir. Onlar dəfndən öncə ölən insanən başını kəsir, kəllə sümüyünü qırırdılar. Bu ruhun bədəndən çıxıb gəzməyinin qarşısını almaq üçün idi.
Zoomorfizm
redaktəKeltlərin ikonaları içərisində heyvan formalı fiqurlara çox rast gəlinir. Onlar tanrılarını müxtəlif zoomorfik və antropomorfik formaların birləşməsi olaraq təsvir etmişlər. Bu təsvirlər içərisində ən çox rast gəlinəni buynuzlu tanrı fiqurlarıdır.
Kelt məbədləri haqqında
redaktəƏsasən mənbələrdə keltlərin məbədlər tikmədiyi və çöldə ibadət etdikləri göstərilir. Lakin arxeoloji qazıntılar nəticəsində bunun belə olmadığı tapılmışdır. Keltlərin yaşadığı müxtəlif ərazilərdə müxtəlif tipli məbədlər aşkar olunmuşdur. Romalıların keltlər yaşayan əraziləri fəthi ilə isə kelt-roma tipli məbədlər ortaya çıxmışdır.