Karlis Skalbe - Wikipedia
Karlis Skalbe (latış. Kārlis Skalbe; 7 noyabr 1879[1][2], Vetspiebalqada[d] – 14 aprel 1945[3] və ya 6 aprel 1945[4], Stokholm[3]) — Latviya yazıçısı və ictimai xadimi.
Karlis Skalbe | |
---|---|
Doğum tarixi | 7 noyabr 1879[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1945[3] (65 yaşında) və ya 6 aprel 1945[4] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Latış dili |
Mükafatları |
Bioqrafiya
redaktəKarlis Skalbe 1879-cu il noyabrın 7-də Rusiya imperiyasının Livoniya quberniyasının Venden rayonundakı Vetspiebalqada kənd dəmirçisinin ailəsində anadan olub. Atası oğlan 8 yaşında olanda dünyasını dəyişir və o, yerli Hernquter icmasının bir hissəsi olan çox kasıb və çox dindar anasının təsiri altında formalaşdırır. Yay aylarında o, çoban işləyir, erkən yeniyetməlik illərində yerli məktəb müəllimi Peteris Ceriņsin şeirlər kitabını oxuyaraq şeirlə maraqlanır. Artıq 12 yaşında özü yazmağa başlayır.
Vespiebalqa paroxial məktəbini bitirmişdir (1893). Müəllimlik imtahanını verdikdən sonra (1901) Erql məktəbində müəllim işləmişdir (1901–1904). 1905-ci il Birinci Rus İnqilabı zamanı o, müxalif "Kavi" jurnalının redaktoru olub. Reaksiya başlayandan sonra mühacirət etmək məcburiyyətində qalır, Finlandiya və Norveçdə yaşayır (1906–1909). Latviyaya qayıdaraq inqilabi fəaliyyətdə iştirak etdiyinə görə həbs edilir və 18 ay (1911–1913) həbsdə qalır. Birinci Dünya müharibəsi illərində bir sıra nəşrlərdə qəzet əməkdaşı olur. 1918-ci ildə Müvəqqəti Milli Şuranın (sonralar Latviya Xalq Sovetinin) üzvü, Latviya Müəssislər Məclisinin deputatı (1920–1922), Latviya Seyminin deputatı (1922–1925, 1931–1934) kimi fəalyyyət göstərir[5].
O, "Jaunakās Ziņas" (1920–1940) qəzetinin ədəbiyyat şöbəsinin müdiri, "Piesaule" (1928–1935) və "Latvju Mēnešraksts" (1942–1944) jurnallarının redaktoru, Latviya Jurnalistlər və Yazıçılar İttifaqının sədri olub (1929–1931).
Latviya Mərkəzi Şurasının 17 mart 1944-cü il tarixli Memorandumunu imzalayanlardan biri olmuşdur. 1944-cü ildə İsveçə mühacirət edir.
O, latviyalı tərcüməçi Lizeta Skalba ilə evli olub. 1945-ci il aprelin 14-də Stokholmda vəfat edib, 1992-ci ildə yazıçının külü evində yenidən dəfn edilib. 1984-cü ildə Karlis Skalbenin xatirə ev-muzeyi açılmışdır[6].
Fəaliyyəti
redaktəPoeziyya
redaktə- Pie jūras (1898)
- Cietumnieka sapņi (1902)
- Kad ābeles zied (1904)
- Zemes dūmos (1906)
- Veļu laikā (1907)
- Emigranta dziesmas (1909)
- Sirds un saule (1911)
- Sapņi un teikas (1912)
- Daugavas viļņi (1918)
- Pēclaikā (1923)
- Vakara ugunis (1927)
- Zāles dvaša (1931)
- Klusuma melodijas (1941)
Hekayələri
redaktə- Kā es braucu Ziemeļmeitas lūkoties (1904)
- Ezerieša meita (1907)
- Pazemīgās dvēseles (1911)
- Ziemas pasakas (1913)
- Pasaka par vecāko dēlu un citas pasakas (1924)
- Muļķa laime (1932)
- Garā pupa (1937)
- Pasaka par zelta ābeli
- Kaķīša dzirnavas
- Pelnrušķīte
- Klusais burvis
- Pasaka par vērdiņu
Publisistika
redaktə- Mazās piezīmes (1920)
Topluları
redaktə- Raksti, 1–2. R.: D. Zeltiņš (1906–1910)
- Kopoti raksti, 1–5. R. (1922–1923)
- Kopoti raksti, 1–10. R. (1938–1939)
- Raksti, 1–6. Stokholma (1952–1955)
- Pasakas. R.: LVI (1957)
- Dzeja. R.: LVI (1957)
- Saules vārdi (dzejas izlase). R.: Liesma (1969)
- Pasakas. R.: Liesma (1979)
- Dzīvības siltums (stāsti un tēlojumi). R.: Liesma (1980)
- Pasakas (izlase). R.: Atēna (1998)
- Pasakas (izlase). R.: Zvaigzne ABC (1998)
- Mūža raksti, 1–12. R.: Elpa (2001)
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Kārlis Skalbe // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Скалбе Карлис // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ Kārlis Skalbe // Latvijas Enciklopēdija. — Rīga: SIA "Valērija Belokoņa izdevniecība", 2007. — ISBN 9984–9482–0-X.
- ↑ Latviešu rakstniecība biogrāfijās. — Rīga: Zinātne, 2003.
Mənbə
redaktə- Ē. Zimule "Literatūras rokasgrāmata skolēniem", R: Zvaigzne ABC, 1995, (latış.)
- D. Lūse, Z. Lasenberga, L. Vēze "Latviešu literatūras konspekti", R: Zvaigzne ABC, 1998. (latış.)
Mənbə
redaktə- Karlis Skalbenin bioqrafiyası (latış.)