Karel Vasak - Wikipedia
Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis.[5][6]
Karel Vasak | |
---|---|
çex. Karel Vašák | |
Doğum tarixi | 26 iyun 1929[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 2015[3][2] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, universitet müəllimi[d], hüquqşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır.
1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri,[7] sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq[8] məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.[9]
Vasak 1982-ci ildə İnsan Hüquqlarının Beynəlxalq Ölçüləri (ISBN 0-313-23394-2) adlı kitabın redaktoru olmuşdur.
Karel Vasak 1 may 2015-ci ildə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ Evidence zájmových osob StB.
- ↑ 1 2 3 Vašák, Karel, 1929-2015 // regional database of the Regional Library of Highlands (çeş.).
- ↑ http://www.libramemoria.com/avis/les-dernieres-nouvelles-d-alsace/bas-rhin/2015/05/03/avis-karel-vasak.
- ↑ 1 2 http://www.libramemoria.com/avis/les-dernieres-nouvelles-d-alsace/bas-rhin/2015/05/03/avis-karel-vasak?imprimer=true.
- ↑ "GoogleBooks". 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
- ↑ "Avis de décès de Karel VASAK" (French). Libra Memoria. 13 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2015.
- ↑ UNESCO’s Philosophy of "intellectual and moral solidarity" in attaining peace. Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine UNESCO. Retrieved 17 August 2011.
- ↑ "Aproximaciones a los Derechos Humanos de Cuarta Generación" (PDF) (İspan). González Álvarez. 2007-09-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2007.
- ↑ "[[Lətif Hüseynov|Hüseynov Lətif]], [[Beynəlxalq hüquq]]. Qanun nəşriyyatı, 2012" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.