Karaylar - Wikipedia
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. קָרָאִים — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı.
Krım Kəraimləri, 19-cu əsrdə ənənəvi geyimli Kəraim kişiləri | ||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2,500 | ||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||
| ||||||||||||||||||
Dili | ||||||||||||||||||
Dini | ||||||||||||||||||
Mənşəyi | ||||||||||||||||||
Qıpçaq | ||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||
Tarixi
redaktəKəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur.
Krım kəraimləri
redaktəKrım Xanlığının paytaxtı Solxat (indiki Starıy Krım) və Kafedə (indiki Feodosiya) Karaim icması XIII əsrdə mövcud idi.
XV əsrin əvvəllərində Kəraimlər alman səyyahı İoqann Şiltberqer tərəfindən Feodosiyanın təsvirində qeyd olunub. Xarkavinin fikrincə, kəraimlər Krımda şərqi yəhudilərlə, talmudistlərlə birlikdə XIII əsrdə məskunlaşıblar.
Krım kəraimlərinin əsas mərkəzi Çufutqala idi. XIX əsrdə Çufutqala əhalisi demək olar ki, yalnız kəraimlərdən ibarət olmuşdur.
Litva kəraimləri
redaktəKaraim ənənəsinə görə, Litva şahzadəsi Vitovt, 383 Karaite ailəsini Krımdan Trakaya, 1218/1392/1397-ci illərdə Krım yürüşündən sonra Lutsk və Qaliçə köçürdü. Oradan da Litva, Volın və Podolyenin digər şəhərlərində məskunlaşdılar.
Litvada kəraimlər
redaktəKəraimlər orta əsrlərdən bəri Litvanın bəzi yerlərində qarışıq əhalisi olan yaşayış məntəqələrində (xristianlar, yəhudilər, tatarlar) kompakt şəkildə yaşayırlar. Müasir Litvada 250-dən az kəraim üç mütəşəkkil icmada yaşayır: Vilnüs (təxminən 150 nəfər), Trakay (50 nəfərdən az), Panevejis (30 nəfərdən az). Vilnüs və Trakayda aktiv kenassa kəraimləri(Panevejisdəki kenassa sovet dövründə söküldü) var. Vilnüsdə fəaliyyət göstərən kəraim qəbiristanlığı (iki hissəyə bölünmüş ümumi bir tatar-kəraim qəbiristanlığı) mövcuddur. Trakayda Kəraim Dövlət Etnoqrafiya Muzeyi fəaliyyət göstərir. Zaman zaman kəraim mövzusunda litva dilində kitablar və ya paralel şəkildə mətnlər litva və kəraim dillərində (latın qrafikası ilə) nəşr olunur. Tam kəraim dilində karaim namaz kitabları nəşr olunub. Litva müasir kəraim cəmiyyəti mədəni və ictimai işlərdə fəal iştirak edir.
Polşa kəraimləri
redaktəPolşada kəraimlər
redaktə2011-ci siyahıya alınmasına görə, müasir Polşada 346 kəraim yaşayır. Varşavada, Krakovda, Vroslavda və Qdanskda kəraim qrupları mövcuddur. Bir neçə kəraim təşkilatı vardır. Əsas təşkilat isə Polşa Kəraimlər Birliyi adlanır. Varşavada ayrıca bir kəraim qəbiristanlığı qorunur. Polşanın müasir kəraimləri özlərini etnik birlik kimi qəbul edir və əksər hallarda öz dini müqəddəratlarını itiriblər. Polşanın Kəraim Dini Birliyi rəsmi olaraq mövcud olsa da, aktiv dini icmaları yoxdur. Son illərdə kəraimli olan gənclərin öz tarixlərinə və mədəniyyətlərinə olan marağı əhəmiyyətli dərəcədə artmışdır.
İsrail kəraimləri
redaktəSayları
redaktəDünyada
redaktəİl | Kəraimlərin sayları dünyada, nəf. |
---|---|
1897 | 12 894 |
1913 | 13 600 |
1926 | 8 300 |
1959 | 5 700 |
1979 | 3 341 |
1989 | 2 803 |
2002 | 1 890 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1,196 Karaites in the Ukraine as a whole (including the Crimea) Распределение населения по национальности и родному языку УКРАИНА Distribution of the population by nationality and mother tongue, Ukraine (Russian language version) Arxivləşdirilib 2016-10-06 at the Wayback Machine
- ↑ Population in Autonomous Republic of the Crimea = 671, population in Sevastopol city council area = 44. 671+44 = 715. Распределение населения по национальности и родному языку, Автономная Республика Крым (Distribution of the population by nationality and mother tongue, Autonomous Republic of the Crimea ) Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine
Распределение населения по национальности и родному языку, Г.Севастополь (горсовет) (Distribution of the population by nationality and mother tongue, Sevastopol city council) Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine - ↑ The Karaites of Galicia : an ethnoreligious minority among the Ashkenazim, the Turks, and the Slavs, 1772-1945. Brill. 2008. ISBN 978-90-47-44288-2.
- ↑ "Ludność. Stan i struktura demograficzno-społeczna.Narodowy Spis Powszechny Ludności i Mieszkań 2011" (PDF). 2017-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-09.
- ↑ "Gyventojai pagal tautybę, gimtąją kalbą ir tikybą". Statistics Lithuania. March 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2015.
- ↑ Russian Census 2010: Population by ethnicity Arxiv surəti 4 dekabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib aprel 24, 2012, at the Wayback Machine {{{2}}}
Xarici keçidlər
redaktə- Сайт Всеукраинской Ассоциации крымских караимов "Крымкарайлар" (rus.) (ing.)
- Международный институт крымских караимов Arxivləşdirilib 2013-07-18 at the Wayback Machine (ing.)
- Караимская литургическая поэзия Дмитрий Щедровицкий
- Караимы Польши (pol.), (ing.)
- Караимы Литвы (lit.), (ing.)
- Караимы Украины (rus.)
- Статьи о караимах на сайте "Тюркологические публикации" Arxivləşdirilib 2012-09-03 at the Wayback Machine (rus.)
- Электронная еврейская энциклопедия о караимах (rus.)
- О караимах на сервере Таврического национального университета (rus.)
- Научно-популярный фильм Неизвестные караимы