Jozef Babinski - Wikipedia
Jozef Babinski (fr. Joseph Jules François Félix Babinski; pol. Józef Franciszek Feliks Babiński; 17 noyabr 1857[1][2], Paris[3] – 29 oktyabr 1932[3][4][…], Paris[3]) — polyak əsilli fransız həkim-nevropatoloq. Paris Elmlər Akademiyasının üzvü (1914).
Jozef Babinski | |
---|---|
fr. Joseph Jules François Félix Babinski | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Dəfn yeri |
|
Milliyyəti | Fransız |
Təhsili | |
Fəaliyyəti | nevroloq |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəMühəndis ailəsində anadan olmuşdur. 1848-ci il Varşavada inqilab zamanı ailəsi Polşadan qaçmışdır. Salpetrier klinikasında Jan-Martin Şarkonun şagirdi olmuşdur. 1886-cı ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Salpetrier klinikasını idarə etmişdir. Parisdə nevropatoloqlar və psixiatrlar cəmiyyətinin yaradıcılarından biri (1899), onun fəxri üzvü və 1907-ci ildən rəhbəri olmuşdur. 1925-ci ildə Stefan Batori Universitetinin fəxri doktoru (lat. honoris causa) olmuşdur.
Elmi fəaliyyəti
redaktə288 elmi nəşrin müəllifi olmuşdur. O, 1896-cı ildə sinir sisteminin üzvi pozulmasının diaqnostikası üçün əhəmiyyət kəsb edən və öz adını daşıyan refleksin (Babinski refleksi) təsvirini vermişdir. Babinski Fransada mərkəzi sinir sistemində yaranan şişlər üzərində əməliyyat aparan ilk şəxslərdən biri olmuşdur (1911). 1914-cü ildə Babinski anozoqniziyanın peyda olmasının təsvirini vermişdir.
- ↑ Joseph François Félix Babinski (fr.). ministère de la Culture.
- ↑ Joseph François Félix Babinski // Base biographique (fr.). BIU Santé.
- ↑ 1 2 3 Бабинский Жозеф (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.