I Fexri Xiyaban - Wikipedia
I Fəxri Xiyaban — Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu məzarlıq.[1] Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb.[2] Hazırda Bakıda I və II fəxri xiyabanlar mövcuddur.
Qəbiristanlıq | |
I Fəxri Xiyaban | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Status | Xiyaban |
Əsası qoyulub | 27 avqust 1948 |
Dəfn sayı |
|
Sahəsi | 0,05 km² |
40°21′42″ şm. e. 49°49′15″ ş. u.HGYO | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBirinci Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır.[3] 1948-ci il avqustun 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir:[3]
- Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın.
- Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın.
- Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın.
- Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin.
Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır.[3] 1948-ci ildə Fəxri Xiyabanın ilk sakinləri arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Hüseynqulu Sarabski.[3] Mir Cəfər Bağırovun vaxtında ilk dəfə birbaşa çiyinlərdə Fəxri Xiyabana gətirilən 1948-ci il noyabrın 23-də Üzeyir Hacıbəyov olmuşdur.[3]
Azərbaycan SSR hökumətinin 1948-ci il 27 avqust tarixli sərəncamında göstərildiyi kimi, Fəxri xiyabının salınması xərcləri neft hasilatından əldə olunmuş gəlir hesabına, başqa sözlə, Neft Fondu hesabına həyata keçirilmişdi.[3]
Hazırda Bakıda Birinci, İkinci və Üçüncü Fəxri Xiyaban mövcuddur.
İkinci Fəxri Xiyaban
redaktəİkinci Fəxri Xiyaban "Yasamal Dağüstü - 1" qəbiristanlıq kompleksinə daxildir və Badamdar yaxınlığında yerləşir.[4]
Qalereya
redaktə-
Yusif Səmədoğlunun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Yusif Qasımovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
İbrahim Əbilovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Fikrət Əmirovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Məmməd Arazın Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Nəsibə Zeynalovanın Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Ziya Bünyadovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Qəmər Almaszadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Süleyman Sani Axundovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Vasif Adıgözəlovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Ələsgər Ələkbərovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Şövkət Ələkbərovanın Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Əminə Dilbazinin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Üzeyir Hacıbəyovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Şıxəli Qurbanovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Hüseyn Ərəblinskinin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Rəşid Behbudovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Rəşid Məcidovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Məmməd Səid Ordubadinin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Səməd Vurğunun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Hacıbaba Hüseynovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
İsmət Qayıbovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Müslüm Maqomayevin Fəxri xiyabanda qəbirüstü abidəsi
-
Cəlil Məmmədquluzadə və Həmidə Məmmədquluzadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Osman Mirzəyevin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Nəbi Xəzrinin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Salahəddin Kazımovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Fariz Səfərovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
Nəcəfqulu Rəfiyevin Fəxri Xiyabanda qəbirüstü abidəsi
-
İlya Safonovun Fəxri Xiyabanda qəbirüstü abidəsi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "FƏXRI XIYABAN". www.azerbaijan.az. 2019-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- ↑ "Fəxri xiyabanda "yaşayanlar..." - FOTOSESSİYA". apa.az. 2016-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır". anl.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- ↑ "II Fəxri Xiyabandakı məşhurlar". kulis.lent.az. 2017-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.