Ii Karl Ingiltere Krali - Wikipedia
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu. 29 may 1660-cı ildə doğum günündə Londonda möhtəşəm bir mərasimlə İngiltərə taxtına əyləşdi.
II Karl | |
---|---|
ing. Charles II | |
Şotlandiya monarxı[d] | |
29 may 1660 – 6 fevral 1685 | |
Əvvəlki | I Karl |
Sonrakı | II Ceyms |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may (8 iyun) 1630[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 (16) fevral 1685[1][2][…] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Atası | I Karl[3][4] |
Anası | Henrietta Mariya[3][4] |
Həyat yoldaşı |
|
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
II Karlın çağırdığı parlament İngiltərə Anqlikan kilsəsini yenidən bərpa etdi. Yenidən alovlanan İngilis-Alman müharibəsində II Karl dayısı oğlu olan Fransa kralı XIV Lüdoviqlə 1670-ci ildə ittifaq qurdu. Parlamentlə girişdiyi kəskin mübarizədə qalib gəldi və 1681-ci ildə parlament ləğv edilərək mütləq monarxiya bərpa edildi. 1685-ci ildə vəfat etdi və ölüm döşəyində ikən katolik məzhəbinə qəbul edildi.
Portuqaliya kralı IV Conun qızı Ketrinlə evləndi ancaq bu nikahdan doğulan övladları çox yaşamadı. Bununla yanaşı sarayda saxladığı məşuqələrindən dünyaya gələn ən azı 12 övladı var idi. Vəfatının ardından rəsmi varisi olmadığı üçün taxta qardaşı II Ceyms çıxdı.
Həyatının erkən dövrü
redaktəLondonda Saint Ceyms sarayında anadan olmuşdur.[5] Təhsili 1642-ci ildə İngiltərə vətəndaş müharibəsinə görə yarıda qalmışdır.
Vətəndaş müharibəsi dövrü
redaktəVətəndaş müharibəsi dövründə İngiltərənin qərbində döyüşmüşdür amma royalistlərin məğlub olmasından sonra Fransaya — anasının yanına qaçmışdır. Bu dövrdə anasının və bacısının bütün israrlarına baxmayaraq katolik olmağı rədd edərək protestant məzhəbinə qaldı.
Kral olmaq uğrunda mübarizəsi
redaktəI Karlın 1649-cu ildə edam edilməsindən sonra Oliver Kromvelə qarşı çıxan Şotlandiya, onun oğlu Karlı kral elan etdilər. Şotlandiyaya gedən Karl qarşılığında Şotlandların məzhəbi olan presviteriyanlığı qoruyacağına söz verdi. Lakin Şotland ordusu 1650-ci ildə Dunbar döyüşündə Kromvelə məğlub oldu. Ardıyca 1651-ci ildə Vorçesterdə mütləq məğlubiyyətə məruz qalan Karl yenidən Fransaya qaçdı.
Çətin şəraitdə Fransada yaşayan Karlın vəziyyəti Kromvel öldükdən sonra da dəyişmədi.
Kral olması
redaktəKromvelin ardıcıllarının ölkəni parçalayacağını düşünən Şotlandiya valisi general Corc Monk ordusu ilə çevriliş etdi və Karlı 1660-cı ildə taxta çıxartdı.
Kral olaraq fəaliyyəti
redaktəII karl 1661-ci ildə royalistlərin çoxluq təşkil etdiyi parlament çağırdı. 1679-cu ilə qədər mövcud olan bu parlament bir çox repressiv qanun qəbul etdi. Ordunun komandanlığını krala verən, müxalif şəxslərin partiyalarını ləğv etdirdi, mətbuata senzura tədbiq edildi. Lakin kralın katoliklərə xoş münasibət göstərilməsi yönündəki cəhdləri uğursuzluğa məruz qaldı və bu cəhdi İcmaalar Palatasında rədd edildi. Maliyyə cəhətdən də sərbəst ola bilməyən kral pul sıxıntısının öhtəsindən gələ bilmədi. II İngiltərə - Hollandiya müharibəsinin (1665–1667) uğursuzluqla nəticələnməsi cəmiyyətdə olan nüfuzunu zədələdi. Bundan əlavə bu dövrdə Londonda dəhşətli dərəcədə vəba xəstəliyi yayıldı və Böyük London yanğını (2 sentyabr 1666) meydana gəldi. II Karl bu yanğında Londonu qorumaq üçün xeyli cəhdlər etdi.[6]
II Karl öz qaynı olan Orlean hersoqu Flippin böyük qardaşı Fransa kralı XIV Lüdoviq ilə gizli müqavilə imzaladı (1670). Hollandiyaya qarşı Fransanın İngiltərəni dəstəkləyəcəyini nəzərdə tutan bu müqaviləyə görə Karl Katolik olacaqdı. Ancaq gizli maddənin qatı protestant olan ingilis xalqına elan ediləcəyi qorxusu ilə II Karl Fransadan asılı vəziyyətə gəldi.
1678-ci ildə Titus Oates adlı köhnə anqlikan keşişin katoliklərin kralı öldürərək yerinə katolik olan qardaşı II Ceymsi gətirəcəyini iddia etməsi ilə parlament ikiyə bölündü. Ceymsin taxta çıxmasını istəməyənlər Tori, istəyənlər isə Viqlər olaraq ikiyə ayrıldılar.
Torilərin təzyiqlərinə görə II Karl qardaşını İngiltərədən uzaqlaşdırmağa məcbur oldu. Sonunda parlamenti qovan (1681) kral, Fransa ilə razılığa gələrək, böyük həcmdə maliyyə dəstəyi aldı.[6]
Dövründə elm və incəsənət
redaktəElmə önəm verən II Karl dövründə əsas elm qurumu olan London Kral Cəmiyyəti qurulmuş, İngiltərədə elmdə böyük irəliləyişlər olmuşdu. Bundan əlavə dəniz nəqliyyatı və gəmi düzəldilməsi sahələri də onun dövründə xeyli inkişaf etmişdi. İngilis ədəbiyyatı və teatr sənədi xeyli inkişaf etmişdi. II Karl sənət sevər olaraq və xüsusilə də ədəbiyyatda "Restavrasiya komediyası" sahəsində teatr sevər kral olaraq məşhurlaşmışdır.
Ölümü
redaktəKral 1679-cu ildə ağır formada xəstələndi və xəstəliy ucbatından 6 fevral 1685-ci ildə 54 yaşında öldü. Öldüyündə qanuni övladı olmadığına görə yerinə qardaşı Ceyms gəldi. Karl öldüyü zaman 14 ədəd qeyri-qanuni övladı var idi. Oğullarının ən böyüyü olan Monmous hersoqu Ceyms, hələ atasının sağlığında Torilər tərəfindən varis olaraq qəbul edilmişdi. Kral olan II Ceyms qardaşı oğlu Ceymsin üsyan etdiyini iddia edərək edam etdirdi.
İstinadlar
redaktə- ↑ 1 2 Roseveare H. G. Charles II // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Charles II Stuart, King of Great Britain // The Peerage (ing.).
- ↑ 1 2 3 Kindred Britain.
- ↑ 1 2 3 Catalog of the German National Library (alm.).
- ↑ "Schedule of Listed Buildings by Grading" (PDF). 2017-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-25.
- ↑ 1 2 Pearson, Hesketh (1960), Charles II: His Life and Likeness, London: Heinemann
Xarici keçidlər
redaktə- [1] Birləşmiş Krallıq Kraliyyət İdarəsi tərəfindən rəsmi olaraq 2004-cü ildə hazırlanmış British Monarchy saytında II Karl maddəsi.