Oliver Kromvel - Wikipedia
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[1][2][…] – 3 (13) sentyabr 1658[1][3][…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza).
Oliver Kromvel | |
---|---|
Oliver Cromwell | |
| |
İngiltərənin, Şotlandiyanın və İrlandiyanın 1-ci Lord-Protektoru | |
1653 16 dekabr – 1658 3 sentyabr | |
Əvvəlki | Karl I (İngiltərə) Karl II (Şotlandiya) |
Sonrakı | Riçard Kromvel |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | İngiltərə, London |
Vəfat səbəbi | malyariya |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi, fermer, ordu zabiti[d] |
Atası | Robert Kromvel |
Anası | Elizabet Styuart |
Həyat yoldaşı | Elizabet Burşir |
Uşaqları |
Robert Kromvel Bridcit Kromvel Riçard Kromvel Henri Kromvel Elizabet Kromvel Mariya Kromvel Frensis Kromvel |
Dini | Xristan (katolik) |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kənd təsərrüfatı |
Tanınır | İlk Lord-Protektor |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəOliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir.
Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Hərbi karyera
redaktəVətəndaş müharibəsinin başlanğıcında Kromvel 60 atlıdan ibarət dəstənin kapitanı idi.
Kromvelin sərkərdəlik bacarığı Marston-Mur döyüşündə (1644) bəlli oldu. Kromverlin ordusu dalbadal kralın tərəfdaşları üzərində qələbələr qazanırdı. Kromvelin ordusu I Karlın ordusu üzərində qələbə qazanaraq Vətəndaş müharibəsini bitirir.
Oliver Kromvel lazimi hüquqlar qazanandan sonra parlamentin yuxarı palatasını ləğv edir və dostları hərbi-protestantlardan ibarət yeni heyət yaradır.
Oliver Kromvel hakimiyyətə gələndən sonra yeni qanunlar qəbul edir:
- Orduda duellərə qadağa qoyulur.
- Vətəndaş nikahlarının hüquqi statusu.
- Bütün kral əmlakı dövlətin xəzinəsinə köçürülür.
Kromvel Generalissimus titulu alır daha sonra isə hakimiyyəti tam olaraq əlinə keçirəndən sonra yeni titul (Lord-Protektor) alır.
Kromvel və onun ordusu azadlıq uğrunda qanlı döyüşlərdən keçərək hakimiyyəti əlinə alandan sonra azadlığın yerinə diktatura yaradır. Kromvel güc istifadə edərək İrlandiyada və Şotlandiyada üsyanı dayandırır. 3 sentyabr 1650-ci ildə Danbara döyüşündə Kromvelin ordusundan sayca iki dəfə böyük olan Şotlandiya ordusu Kromvelə məğlub olur. Daha sonra isə ölkəni 12 qubernatorluğa bölür.
Ölümü
redaktəOliver Kromvel 3 sentyabr 1658-ci ildə ölür. Kromvelin ölümündən sonra yeni Lord Protektor onun böyük oğlu Riçard Kromvel olur. Riçard Kromvelin hakimiyyəti zamanında ölkədə xaos yaranır və Zadəganlar Riçard Kromvelin yerinə taxta I Karlın oğlu II Karlı gətirirlər. Bundan sonra isə Oliver Kromvelin cəsədi qəbrindən çıxarılır, asılır və şaqqalanır (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza)
Mənbə
redaktə- Т. А. Pavlova "Kromvel"
- Volskiy St. Kromvel — 1934 il — 304 səhifə
- Barq М. А. Kromvel və onun zamanı