Hindistan Sindromu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hindistan sindromu - Hər il minlərlə qərbli, mənəvi aydınlanmanı kəşf etmək üçün Hindistana səyahət edir amma bəziləri geri qayıtmır. Hindistanda fövqəlinsan olmaq istəyərkən mədəni şok, emosional tənhalıq, narkotik istifadəsi və həddindən artıq dərin düşünməyin yaratdığı mənəvi böhran, bu məqsədlə səfər edənlərin qarşılaşdıqları problemdir. Bu ruhi xəstəliyə Hindistan sindromu deyilir.
Sindrom haqqında ilk yazılı qeyd 2000-ci ildə fransız psixiatrı Regis Airault tərəfindən Hindistan Sindromu haqqında yazdığı kitabda rast gəlinir. Fous de l'linde yəni Hindistana Xəstə adlı bu kitabında Airault, Hindistandakı təcrübələrini psixiatr gözü ilə qiymətləndirir. Airault kitabında, Hindistana mənəvi rahatlıq axtarmaq üçün gələn və Hindistan Sindromuna tutulan insanları necə müalicə etdiyini və onların nələr yaşadığını açıqlayır.