Quds Sindromu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qüds sindromu — şəhərin mistik atmosferi tərəfindən Qüds şəhəri və ya həcc ziyarəti edən turistlərdə yaranmış yanlış fikirlər, müqəddəsləşdirmə, dini mərkəzli motivlər kimi psixozların yaratdığı bir sindromdur. Bu sindrom tək bir dinə və məzhəbə aid deyildir, həm yəhudilərə, həm xristianlara və müsəlmanlara təsir edə bilər. Əvvəllər ədəbiyyatda tanımlanmamış sindrom, adi bir isteriya olaraq təyin olunurdu.
Tarixi
redaktə1930-cu illərdə psixiatr Heinz Hermanın tərəfindən isteriyadan ayrılması bir çox alim tərəfindən aşkar edilmiş və tanınmışdır.[1] Oxşar psixoloji problemlər digər din mərkəzli şəhərlər kimi Məkkə və Roma şəhərlərində də görülmüşdür. 2000-ci ildə son dərəcə yaxşı psixolojisi olan insanlar bu sindromu kollektiv davranışlar sərgiləyib xəstəxanalara düşdülər və sindromun nüfuzu artdı. Bu qəribə sindrom bir çox digər sindrom kimi müzakirə etmək üçün açıqdır və bir çox şəxslər tərəfindən qəbul edilmir. Psixiatr M. Kalian və E. Vitztum Qüds sindromu olaraq adlandırılan şeyin əvvəlki psixoloji problemləri olan insanlar tərəfindən yaşanan bir sıra tutmalardan ibarət olduğunu iddia edirlər.[2][3]
Növləri
redaktəBirinci növ
redaktəQüdsə gələn insanların psixi rahatsızlıqları olur və şəhərə gəlir-gəlməz içində qaldıqları ağır dini atmosfer bu sindromu üzə çıxarır. Bu insanlar qatı dindar olub, Qüdsdə yarım qalmış dini missiyanı tamamlayacaqlarını və ya din adına gerçəkləşdirilməsi lazım olan bir məqsəd olduğuna inanırlar. Bu insanlar özlərini daha çox "Yeni doğmuş Məsih" hesab edirlər.
İkinci növ
redaktəİkinci növ insanlar özlərini qatı dindar kimi aparıb qəribə davranışlar sərgiliyirlər.
Üçüncü növ
redaktəÜçüncü növ birincidən sadəcə bir cəhədinə görə fərqlənir. Bu növdəki insanların əvvəlcədən problemləri olmur. Bu növ digərlərindən daha mürəkkəb olur. Üçüncü növə aid semptomlar
- Anxsiyete, həyəcan və gərginliyə səbəb olur. — Tək səyahət etmək və olduqlarıdan qrupdan ayrılmaq istəyirlər.
- Təmizlənmək saplantısı başlayır. Tez tez duş alır və təmizliyinə artıq dərəcədə önəm verir.
- Mümkün olduğunca ağ geyinirlər.
- Çoxlu insanlar olan yerdə İncildə və digər müqəddəs kitablardan hissələri yüksək səsdən oxuyur.
- Ağlama divarına uyğun addımlarla gedirlər.
İstinadlar
redaktə- ↑ The Jerusalem Syndrome in Biblical Archaeology Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine.
- ↑ Kalian M, Witztum E. (2000) "Comments on Jerusalem syndrome". British Journal of Psychiatry, 176, 492. Full text Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine
- ↑ Kalian M, Witztum E. (1999) "The Jerusalem syndrome—fantasy and reality a survey of accounts from the 19th and 20th centuries." Isr. J. Psychiatry Relat Sci., 36(4):260–71. Abstract Arxivləşdirilib 2017-12-21 at the Wayback Machine