Heyder Eliyevin Olumu Ve Defni - Wikipedia
Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir.[1]
Heydər Əliyevin dəfni | |
---|---|
Tarix | 15 dekabr 2003 |
Yeri | Bakı, Azərbaycan |
İştirakçılar |
Əliyevlər Vladimir Putin Nursultan Nazarbayev Əsgər Akayev Eduard Şevardnadze Leonid Kuçma Əhməd Necdət Sezər Rəcəb Tayyib Ərdoğan |
Vikianbarda əlaqəli mediafayllar |
13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.[2] 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib.[3]
Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib.[4]
Dəfn prosesinin təşkili
redaktəDekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı.[5] Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib.[6]
- İlham Əliyev - Respublika Prezidenti, Dövlət Komissiyasının sədri
- Murtuz Ələsgərov - Azərbaycan Milli Məclisinin sədri
- Artur Rasizadə - Azərbaycanın baş naziri
- Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri
- Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri
- Vilayət Quliyev - Xarici İşlər Naziri
- Səfər Əbiyev - müdafiə naziri
- Namiq Abbasov - milli təhlükəsizlik naziri
- Ramil Usubov - daxili işlər naziri
- Zakir Qaralov - Baş prokuror
- Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri
- Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
- Hacıbala Abutalıbov - Bakı meri
- Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
Dəfni
redaktəHeydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib.[7] Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib.[7] Dəfndə 250,000 nəfər iştirak edib.[8] Yerli vaxtla saat 9.00-da tabutun önündə Azərbaycan Milli Qvardiyasının fəxri qarovul dəstəsinin düzülməsi ilə vida mərasimi başlayıb. Yerli məsciddə də eyni vaxtda cənazə namazı qılınırdı. Rəsmi mərasimdən sonra çoxlu kilometrlik yürüş baş tutdu. Bakıda cəmi bir saat yarım qaldıqdan sonra Vladimir Putin və Nursultan Nazarbayev mərasimi Binə Beynəlxalq Hava Limanı vasitəsilə erkən tərk etdilər. Heydər Əliyev Fəxri xiyabanda dəfn edildi. Dəfn zamanı artilleriya atəşi açıldı.[9][10]
Dəfndə iştirak edənlər
redaktəDəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Əhməd Necdət Sezər,Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Leonid Kuçma, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Moskvanın meri Yuri Lujkov və digər siyasi-ictimai şəxslər iştirak edib.[11]
Reaksiyalar
redaktə- Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Azərbaycan xalqına ağır itki üz verib” deyərək İlham Əliyevə başsağlığı verib.[4]
- Qırğızıstan prezidenti Əsgər Akayev dekabrın 13-də İlham Əliyevə başsağlığı teleqramı göndərib.[4]
- Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefonla başsağlığı verib.[12]
- Azərbaycanın Moskvadakı səfirliyi insanların başsağlığı kitabını imzalamaq üçün öz qapılarını açıb.[4]
- Moskva Patriarxı II Aleksiy Əliyevi “bütün həyatını Azərbaycan xalqının firavanlığına həsr etmiş, xalqlarımız üçün bir vaxtlar ümumi dövlətin möhkəmlənməsinə mühüm töhfələr vermiş ən müdrik dövlət xadimi dünyasını dəyişib” deyə xatırlama edib.[4]
- Başsağlığı Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovdan da gəlib.[4]
- Amerika Birləşmiş Ştatları Birləşmiş Ştatların Dövlət Departamenti İlham Əliyevə başsağlığı verib.[4]
Qalereya
redaktə-
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Heydər Əliyevin dəfn mərasimində
-
Heydər Əliyevin dəfnində iştirak edənlər
İstinadlar
redaktə- ↑ "Умер Гейдар Алиев". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-09.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. Biblioqrafik göstərici № 1" (PDF). 2018-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-09.
- ↑ Сергей Строкань. "Траур". Газета «Коммерсантъ».
- ↑ 1 2 3 4 5 6 7 "Владимир Путин попрощался с Гейдаром Алиевым / СНГ / Независимая газета". www.ng.ru. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. Biblioqrafik göstərici № 1" (PDF). 2018-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-09.
- ↑ "36 - Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyevin dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında". www.e-qanun.az. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ 1 2 "Идущий впереди ушел навсегда". rg.ru. rg.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
- ↑ Graeme, Wilson. Ilham: Portrait of a President. 278–294. ISBN 978-9948-15-289-7. (#accessdate_missing_url)
- ↑ "Владимир Путин попрощался с Гейдаром Алиевым". 2015-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-09.
- ↑ "Heydər Əliyevin vəfat etdiyi gün (Sənədli film)". Video.AZ. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ "В Баку состоялись похороны Гейдара Алиева". www.pravda.ru. www.pravda.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
- ↑ "Кончина Гейдара Алиева - На похоронах участвовало около 2 млн. человек". Day.Az. December 15, 2003. November 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2023.