Henrix Lemann Villenbrok - Wikipedia
Henrix Lemann-Villenbrok (11 dekabr 1911[1], Bremen[1] – 18 aprel 1986, Bremen[5]) — Alman dəniz zabiti və İkinci Dünya Müharibəsi dövründə U-boot komandiri.
Henrix Lemann-Villenbrok | |
---|---|
alm. Heinrich Lehmann-Willenbrock | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 dekabr 1911[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1986 (74 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Veymar Respublikası[2], Üçüncü Reyx[2] |
Qoşun növü | Reichsmarine[2], Kriqsmarine[2][3][…] |
Xidmət illəri | 1930-cu ildən |
Rütbəsi | İkinci dərəcəli kapitan[d][4] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Dünya Müharibəsinin başlamasından beş ay əvvəl, Seekadett rütbəsində, 1931-ci ilin aprelində Reichsmarineə daxil oldu. 1931-ci ilin oktyabrında Dənizçilik Akademiyasının kursantı oldu. 1 aprel 1935-ci ildə leytenant rütbəsi aldı. U-8 sualtı gəmisində köməkçi zabit vəzifəsini icra etdikdən sonra kapitan vəzifəsinə yüksəldildi və 1939-cu ilin aprelində sualtı donanmaya transfer edildi. 1939-cu ilin dekabrında U-5 komandanlığını aldı.
1940-cı ilin payızında VIIC tipli sualtı qayıq U-96-ya komandanlıq etdi. 23 oktyabr 1944-cü ildə Norveçin Bergen şəhərinə gəldi. Orada Flottillenchefə təyin edildi. Dekabr ayından Almanların təslim olduğu 9 may 1945-ə qədər Norveçdə 11-ci Unterseebootsflottilledə xidmət etmişdir.
Bir illik əsirlikdən sonra, 1946-cı ilin mayında Almaniyaya qayıtdı və Reyndə gəmi xilasetmə işinə başladı. Müharibədən sonra bir sıra ticarət gəmilərinin kapitanı vəzifəsini icra etmişdir. 1969-cu ildə Almaniyanın yeganə nüvə mühərrikli yük gəmisi olan NS Otto Hahn gəmisinin kapitanı oldu.
1979-cu ildə çəkilən və 1981-ci ildə efirə buraxılan Sualtı qayıq filmində Jürgen Prochnow tərəfindən canlandırılmışdır. Bu film üçün məsləhətçi işləmişdir. Daha sonra Bremendəki evinə qayıtdı və ölənə qədər orada qaldı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die deutschen U-Boot-Kommandanten. 1996. Vol. 1. S. 142. 344 s. ISBN 3-8132-0490-1
- ↑ 1 2 3 4 5 6 7 http://www.ubootarchiv.de/ubootwiki/index.php/Heinrich_Lehmann-Willenbrock.
- ↑ 1 2 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945. E.S. Mittler & Sohn, 2003. S. 109. 539 s. ISBN 978-3-8132-0515-2
- ↑ 1 2 https://uboat.net/men/willenbrock.htm.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1119854180 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.