Gultepe Quba - Wikipedia
Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonununda kənd.
Gültəpə | |
---|---|
41°17′38″ şm. e. 48°28′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 545 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Təkə Şıx kəndi Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlərlə də əlaqələndirirlər.Yunanlar və romalılar oğuzları “massagetlər” adlandırmışlar.Latın dilində “mas”- “kişi, adam”; “sagetta” isə “ox” deməkdir.Onlar bizim Oğuz xalqının adının “ox” inancından yarandığını öyrənərək bu cür adlandırmışlar.Massaget tərcümədə “oğuzlar” mənasına gəlir..Massagetlər qədim oğuzların adı olaraqda hallanır.Təklələr cəsur,qorxmaz,döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Təkəlilərin kökü Salur Qazandan gəlir.Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir.Salurlar əsl Xəzər ətrafında yaşamışdır. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur. Eyni şəkildə Anadoluda Salurlar içində Oğuz və Qıpçaq tayfalar birlikdə Xəzər və İran ərazisindən köç edərək, qaynaşaraq bir arada yaşamağı davam etdirdilər. Təkəlilər Salurların üç əsas tirəsindən biridir.Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək olan ərazilərdə özlərinə yurd-yuva qurublar. Azərbaycanda xidmət edən rus kazaklarından biri yazıçı Yevgeniy Markova 1880-1881-ci illərdə nəql edib: “Təkəlilərə halaldı! Onlar pis xalq deyillər, amma bizim kazaklar onlara çarmazlar! Nəyi pisdir ki, biri bizim beş kazaka qarşı vuruşar, heç vaxt da təslim olmaz”. Kazak heç də yalan danışmırdı. Bir çox mənbələr, harada ki, rus araşdırmacıları və çar məmurları Təkəli tayfasının rusların başına açdığı oyunlardan yazırlar. Təkə Türkmən qəbiləsi olmaqla yanaşı, hətta deyərdim ki, ən önəmli qəbilələrdəndir. Kifayətdir qeyd edək ki, müasir Türkmən dilinin bünövrəsində məhz Təkə dialekti durur. Quba xanlığı dövründə indiki Təkə Şıx kəndi 1796 ci ildə "Təklə", 1831-ci il sənədlərində "Təkəli", kimi gösdərilmişdir,həmin sənədlərdə kənddə 50 ailənin yaşadıqı, kişilərinsə sayının 142 olduqu gösdərilir. Həmçinin kənddə bir su dəyirmanının olduğu da gösdərilir, dəyirman yaxın zamanlara kimi kənd ərazisində qalırdı.1918-ci ilin sənədlərində kəndin adı "Təkə" olaraq gösdərilmişdir. Kəndin tarixi çox qədimdir. Kəndin yaşlı sakinlərinin dediynə görə kəndin adı və nəsli tək bir adamın adı ilə bağlıdır. Bu da Əbül Qazinin dedikləri ilə üst-üstə düşür. SSRİ dövründə kəndin adı dini-siyasi görüşlərə görə dəyişilərək "Gültəpə" adlanmağa başlanmışdır.
Toponimikası
redaktə- Gültəpə oyk, sadə.
- Quba r-nunda Böyük Qafqaz dağlarının ətəyindədir.Təkə Şıx, "Təkəlilərin şeyxi" deməkdir. Şeyx-Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir. "Lider" və ya "vali" mənasını verir. Kənd Qart (köhnə,qədim) Dərə adlanan ərazidə yerləşir. Keçmiş adı Təkə Şıx olmuşdur. Qubanın ən qədim kəndlərindəndir. Kənd əvvəl çayın sağ sahilində "Səgərdan" adlanan yerdə olmuşdur, kəndin dəmir darvazaları olmuşdur,yəqinki kənd ətrafı hasarla örtülmüşdür.Yaşlıların dediyinə görə burdakı əhali indikinnən daha hündür və cüssəli olmuşdur.Sonradan bu kəndin əhalisinin çoxu tələf olmuş və indiki ərazidə yenidən kənd salınmışdır. Əvvəlki ərazidə indidə qəbristanlıq qalmaqdadır.Kənddə və kənd ətrafında qəbristanlıqların çox olması bu kəndin nə qədər qədim və köklü olduqunu göstərir.Təxmini olaraq kəndin 2000 ildən çox yaşı olduqu bilinir.Kənddə Şamanizimlə bağlı adət-ənənələr indidə qalmaqdadır.
1965-ci ildə kəndin adı dəyişdirilərək yaxınlıqdakı təpənin adı ilə Gültəpə (güllü-çiçəkli təpə) adlandırılmışdır;[1]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 545 nəfər əhali yaşayır.[2]
Din
redaktəKənddə Şeyx Baba Məhəmməd piri və türbəsi vardır. Kənddə Gültəpə kənd məscidi dini icması fəaliyyət göstərir.[3] Kəndin əhalisi tarixən əhli-sünnənin Şafii fiqhi məzhəbinə aiddirlər.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- azerbaijanphoto.com saytındakı şəkilləri{{Dead link|date=February 2021 |bot=InternetArchiveBot
Fayl:Gültəpə kəndində məscid.JPG| </gallery>
İstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |