Oguz Xan - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır.
Oğuz Xan | |
---|---|
E.ə. 3000-ci illərin sonu – E.ə. 2000-ci illər (ləqəbi: Zülqərneyn) | |
Əvvəlki | Qara xan (Türküstan xaqanlığı xanı olaraq) |
Sonrakı | Gün xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | E.ə. 3000-ci illər[1] |
Doğum yeri | |
Vəfat tarixi | E.ə. 2000-ci illər[1] |
Milliyyəti | Türk |
Atası | Qara xan |
Anası | Ay Kağan |
Uşaqları | Gün xan, Ay xan, Ulduz xan,Göy xan,Dağ xan və Dəniz xan |
Vikianbarda əlaqəli mediafayllar |
Oğuz adının mənası və Oğuz Xanın qısa biyoqrafiyası
redaktəOğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb.
Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır. Eyni dastanda Oğuz xan dünyaya gəldiktən sonra dil açıb "sarayda doğulduğum üçün adım Oğuz qoyulsun" demişdir. Çadırda doğulmaqla Oğuz arasında nə kimi bir bağlılıq olduğu şübhəlidir. Zamanımızdaki bilginlərin bir çoxu Oğuzun mənşəyini təspitə çalışmışdı. J. Marquart Oğuz kəlməsinin ok(ok) + uz (adam)dan gəldiyini irəli sürmüşdü. Ancaq türk dilində adam anlamında (uz) sözü yoxdur. D. Sinor isə Oğuzu öküz ilə ilgili bilir. Halbuki Toxarca okus/ökes, Türk dilinə öküz olarak keçmiş və günümüzə qədər gəlmişdir. L. Bazin Oğuzun kök, yoğun mənasına gəldiğini söyləyir. Türk ləhçələrində yoğun anlamında oğuz kəliməsi də yoxdur. J. Hamilton isə qərara gəlib ki, bu sözün kökü oguşdur. Amma Oguş və Oğuz sözləri Orhun kitabələrində eyni cümledə işlənilir. Göründüyü kimi Oğuz adının kökü ilə bağlı müxtəlif görüşlər irəli sürülsə də, Gy. Nemeth tərəfindən izah edilən görüş doğru olanıdır. Buna görə Oğuz Ok + z dən törəmiş bir sözdür. (Ok) oymaq, (z) isə çoxluq şəkilçisidir. Oğuz sözünün Çin dilində " qəbilələr" deyə tercümə edilməsi də bu görüşü dəstəkləyir. Beləcə Oğuz sözünün Ok (ok ve oymak) + z şəkilçisindən törədiyini qəbul etmiş oluruq ki, Oğuz (oymaklar) anlamına gəlir" (Bax: A. M. Kaya, Avşar türkmənləri) Sonralar "oğuz" termini özünün ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib. Xülasə olaraq (Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Mübarək, müqəddəs ayrıca qabiliyyətli, bilikli deməkdir. Ruh mənasına da gəlir. Yaxşı xasiyyətlilik də bildirir.
Həyatlarındakı bənzərliklərə görə bəzi tarixçilər Oğuz xan və Hun Tenqri Qutu Mete xanı eyni insan hesab edir. Lakin bu fikrə qarşı çıxanlar, fikrin tərəfdarlarından çoxdur. Belə ki, Oğuz xan Hz. Nuhun (ə.s.) 10-cu nəsildə nəvəsidir və təqribən E.ə. 3000-ci illər — E.ə. 2000-ci illər aralığında yaşadığı hesab olunur. Mete xan isə E.ə. 243 — E.ə. 174-cü illərdə yaşamışdır. Habelə, Oğuz xanın 6 (Gün, Ay, Yıldız, Tengiz, Göy və Dağ (Tau)), Mete xanın 1 oğlu (Cuçi xan (Çin mənbələrində adı Laoşandır. Çingiz xanın oğulluğu Cuçi xan ilə səhv salmayın.)) olmuşdur.
Oğuz xan və Hz. Zülqərneyn (ə.s.)
redaktəBir çox İslam alimi Hz. Zülqərneyn ilə Oğuz xanı eyni adam sayır. Buna Oğuz xan dastanındakı və Kəhf surəsindəki eyniliklər dəlalət edir. Ətraflı məlumat üçün baxın: Zülqərneyn və Oğuz xan
Oğuz xanın soyağacı
redaktəOğuz xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boz oxlar | Üçoqlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Gün xan" Qayı Bayat Alaevli Qaraevli | "Ay xan" Yazır Döyər Dodurğa Yaparlı | "Ulduz xan" Avşar Qızıq Bəydili Qarğın | "Göy xan" Bayandur Peçeneq Çuvaldar Çəpni | "Dağ xan" Salur Ayrım Alayuntlu Yüreğir | "Dəniz xan" İğdir Büğdüz Yıva Qınıq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Onqonu Şahin | Onqonu Qartal | Onqonu Dovşancıl | Onqonu Sunqur | Onqonu Uçquş | Onqonu Çaxır | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mənbə
redaktə- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
Həmçinin baxın
redaktə- ↑ 1 2 Əhməd Şimşirgilə görə