Fort St George - Wikipedia
Fort_St._George - Haqqında Məlumat
Fort St George (və ya tarixən White town (Ağ şəhər)) (Tamil dili: செயின்ட் ஜார்ஜ் கோட்டை) - Hindistanın Tamil Nadu əyalətinin paytaxtı Çennai (Madras) şəhərində yerləşən bir tarixi qaladır. Hindistandakı ilk ingilis (sonralar Britaniya) qalasıdır. 1644-cü ildə İngiltərə tərəfindən inşa edilən qala zamanla böyüməyə başlayan şəhərin mərkəzinə çevrilmişdir. Qalanın inşası daha çox yaşayış məntəqələri yaratmaq və ticarət fəaliyyətini artırmaq üçün boş ərazidə baş tutmuşdur. Beləliklə, şəhərin qala ətrafında inkişaf etdiyini söyləmək olar. Qala hazırda Tamil Nadu Qanunverici Məclisini və digər rəsmi strukturları özündə cəmləşdirir.