Feijoa - Wikipedia
Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Feyxoa | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Feyxoa |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır.[1]
Əhəmiyyəti
redaktəFeyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.
Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.[2]
Təbii yayılması
redaktəQərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir. Krım, Soçi və Batumidə geniş sahələrdə əkilib becərilir.
Botaniki təsviri
redaktəHündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.
Ekologiyası
redaktəRütubətli, zəngin torpaqlarda bitir. İstisevəndir, işıqlı, günəşli ərazilərdə yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
redaktəAstara və Lənkəranda geniş sahədə feyxoa bağları vardır. Tək-tək növlərinə Bakı, Gəncə, Göyçay, Balakəndə və s. bölgələrdə təsadüf edilir.
İstifadəsi
redaktəMeyvəsindən yeyinti sənayesində geniş istifadə olunur.
İstinadlar
redaktə- ↑ "feijoa". Merriam-Webster, Incorporated. 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr, 2013.
- ↑ "Faydalan və sağlam". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.