Fazil Rehmanzade - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fazil Rəhmanzadə (tam adı: Fazil Şamil oğlu Rəhmzandə; 9 fevral 1942, Bakı) — Azərbaycanın yazıçı-publisisti. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi
Fazil Rəhmanzadə | |
---|---|
Rəhmanzadə Fazil Şamil oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Tanınır | Jurnalist→Publisist |
Mükafatları |
|
Həyatı
redaktəRəhmanzadə Fazil Şamil oğlu 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olmuşdur.1959-cu ildə Orta məktəbi bitirmişdir həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959–1964). Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor bir müddətlik fasilədən sonra isə müxbir kimi çalışmışdır. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.1961-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edir. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verir və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edir. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdir həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edir. İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi çalışır, daha sonra şöbə müdirinin müavini olur və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışır. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli , marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb etmişdir. Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırmışdır.
Ancaq ona daha böyük müvəffəqiyət qazandıran onun saysız hesabsız kitablarıdır. Bu kitablar iki öz mövzusuna görə iki qisimdədir. Birinci qismə onun Azərbaycanın yaradıcı sənət adamlarına həsr etdiyi silsilə publisistik kitablarıdır."Nəsibə Zeynalova","Lütfiyar İmanov"(iki dəfə nəşr olunub,"Sənətkar qüdrəti"(Rejissor-Şəmsi Bədəlbəyli barəsində),"Nəğmə dolu könül" (Zeynəb Xanlarova haqqında-iki dəfə nəşr olunub), "Bədəlbəylilər", "Böyük yaşantının naxışları" (Tahir Salahov haqqında), "Sən olmasaydın" (Müslüm Moqamayev barəsində), "Dahiliyin sehri" (məşhur aktyor Ələsgər Ələkbərov haqqında) və s. kitablar yada düşür.
İkinci qism kitabları isə tarixi publisistik əsərlərdir. Həmin kitabdalarda Azərbcaycan tarixinin ən önəmli səhifələri işıqlandırır eyni zamanda Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımız işğal etməsi xüsusən əzəli torpağımız olan Dağlıq Qarabağda törətdikləri dəhşətli faciələr oxuculara çatdırırlır. Fazil Rəhmanzadə həmin kitablarında "Erməni məkri" rublikası altında Erməni faşistlərinin Azərbaycan xalqının başına açıdığı böyük müsibətlər vərəq-vərəq oxuculara çatdırlır.
Bu mövzuda Fazil Rəhmanzadənin rus dilində çap olunmuş "Dar sudbı"(Taleh töhfəsi) kitabıda rus oxucularında da böyük maraq doğurmuşdur.1994-cü ildə publistin Vaşinqtonda "Caan Books" şirkətinin nəşr evində ingilis dilində buraxılmış "Sən mənimsən, Azərbaycan’’(My Homeland, Azerbaijan) Amerikada böyük marağa səbəb olmuşdur. Amerikalı oxucular, ümumiyyətlə ingilis dilli oxucular həmin kitab vasistəsi ilə Qarabağ hadisələri ilə bağlı daha doğru real həqiqətlərlə üzləşmişlər. F. Rəhmanzadə 1990-cı ildən başlayaraq Dünya səyahətinə çıxmış müxtəlif qitələrə səfər etmiş saysız, hesabsız şəhərlərdə olmuşdur. O, olduğu hər yerdə soydaşlarımızı arayıb axtarmış, onların talehləri ilə maraqlanmışdır nəticədə Fazil Rəhmanzadənin "Yol" ikicidlik tarixi publistik kitabı çap olunaraq oxuculara təqdim edilmişdir.1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və Azərbaycanın digər bölgələrindən Milli Azadlıq hərəkatının boğmaq üçün dinc əhaliyə divan tutması da Fazil Rəhmanzadənin bir qələm əhli olaraq diqqətindən yayınmamışdır. O, həmin il gecəni-günüdüzə qataraq "Əsrə bərabər gecə" publistik kitabını çox saylı oxuculara təqdim etmişdir. Həmin kitab nəyin ki Azərbaycanda keçmiş Sovet ölkəsinin bir çox şəhərindədə yayılmışdır.
Bütün bu sadaladıqlarımızdan əlavə Fazil Rəhmanzadə "Jurnalistin cib dəftərindən" rublikası altında xeyli kitabını çapdan buraxdılmışdır."Haradasa görüşmük","Gözəliyə açılan pəncərə","Adın yadigar qalsın","Ömür qısa deyil" və digər bu kitabları bu qəbildəndir. Fazil Rəhmanzadənin 2015–2016-cı illərdə işıq üzü görmüş "Bu isimdə bir can…" ikicidliyi özünün monumentalığı , misilsiz dəyəri ilə bədii icitimayətin, elmi dairələrin mühüm diqqətini cəlb etmişdir. Azərbaycanın 20-ci yüzildəki intibahını çox dəqiqliklə təsvirə gətirən müəllif həm mövzusuna və həm də sərgilədiyi mühüm vaxtlarına görə istəyinə nail olmuşdur. AMEA-nın vitse-prezidenti akademik İsa Həbibəylinin təbrincə deyilsə həmin kitab hər bir Azərbaycanlının evində olmalıdır.2017-ci ilin ilk çağlarında Publisist daha bir dəyərli kitabı ilə oxucularını sevindirmişdir. Bu teatr və kino aktyoru Ələsgər Ələkbərovun həyat və yaradıcılığından söhbət açan "Dahiliyin sehri" kitabıdır. Həmin əsər də məşhur qələm ustasının zəhmətini bəhrəsidir. Fazil Rəhmanzadənin "Qızıl qələm","Dan ulduzu", "Humay" "H. B. Zərdabi" mükafatları laureatıdır."Azərbaycan Dünyası"jurnalının beynəlxalq "Dədə Qorqud" formu Fazil Rəhmanzadəni "Qızıl ürək" medalına layiq görmüşdülər. F. Rəhmanzadə bir sıra xarici ölkərində ödülərinə layiq görülmüşdür. F. Rəhmanzadə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adını daşıyır. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru seçilmişdir. O, professordur.
Fazil Rəhmanzadə Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Jurnalistlər Birliyinin,Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olmuşdur., vaxtı ilə SSRİ Yazıçılar İttifaqı, SSRİ Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.SSRİ Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü olmuşdur.
Kitabları
redaktə- "Nəğmə dolu könül"(Zeynəb Xanlarova barəsində)
- "Sən olmasaydın…"(Müslüm Moqamayev)
- "Böyük yaşantının naxışları"(Tahir Salahov barəsində)
- "Yol"(birinci və ikinci kitablar)
- "My Homeland, Azerbaıjan"(1994-cü ildə Vaşinqtonda nəşr olunub.)
- "Tale töhfəsi",
- "Sən mənim, Azərbaycan",
- "Doqquza qədər say"
- "Bu isimdə bir can…"(II-cilddə)
- "Lütfiyar İmanov"(Lütfiyar İmanovun həyat və yaradıcılığı barəsində)
- "Nəsibə Zeynalova"(Nəsibə Zeynalovanın həyat və yaradıcılığı barəsində)
- "Sənətkar qüdrəti"(Şəmsi Bədəlbəyli)
- "Bədəlbəylilər"(Bədəlbəylilər barəsində)
- "Haradasa görüşmüşdük"
- "Ömür qısa deyil"
- "Əsrə bərabər gecə"
- "Erməni məkri"
- "Erməni xəstəliyi"