Ferman Mahmudov - Wikipedia
Fərman Mahmudov (23 fevral 1940, Böyük Əmili, Qutqaşen rayonu – 14 sentyabr 1996, Bakı) — Azərbaycanlı arxeoloq.[1][2]
Fərman Mahmudov | |
---|---|
Fərman Rəsul oğlu Mahmudov | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Əmili, Qutqaşen rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Arxeologiya |
Elmi dərəcəsi | tarix elmləri namizədi |
Elmi adı | dosent |
İş yerləri |
AMEA Tarix İnstitutu (1962—1996) Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrası |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Elmi rəhbəri | Y.İ.Krupnov |
Haqqında
redaktəFərman Rəsul oğlu Mahmudov 1940-cı ilin fevralın 23-də Qutqaşen rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində, orta təhsilini qonşu Hacıalılı kənd orta məktəbində başa vurmuşdur.[3]
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna işə qəbul edilmişdir. Burada baş laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən ömrünün sonuna qədər taleyini arxeologiya elminə bağlamış, bir sıra arxeoloji ekspedisiyalarda (Qəbələ, Qax və s.) iştirak etmiş, qısa bir müddətdə çöl-tədqiqat işlərinin sirlərini mənimsəmiş, 1963–1966-cı illərdə Tarix institutunun aspirantı olmuş, qafqazşünas Y. İ. Krupnovun elmi rəhbərliyi ilə işləmişdir.[3]
Təcrübəli arxeoloq İ. H. Nərimanovla birgə işləməsi[4] F. R. Mahmudovun həyatında mühüm rol oynamışdır. Onun tövsiyəsi ilə F. R. Mahmudova "Cənubi-Şərqi Azərbaycanın tunc və dəmir dövrünün əvvəllərində mədəniyyəti" mövzusu müəyyən edilir. F. R. Mahmudovun həmin zonada apardığı ilk qazıntılar bu mövzunun perspektivli olduğunu göstərir. Bir-birinin ardınca movzuya aid onlarla yaşayış məskənləri, qəbir abidələri, sənətkarlıq ocaqları aşkara çıxarılır.[3]
1973-cü ildən başlayaraq F. R. Mahmudov artıq təcrübəli arxeoloq kimi həmin axtarışlara özü rəhbərlik edir, arxeoloji işlərin miqyası daha da genişləndirilir. Əsas diqqət Cəlilabad rayonunun[5] Üçtəpə kəndi yanında yerləşən Əliköməktəpəsi adlı çoxtəbəqəli abidədə cəmləşdirilir.[6] Burada eneolit təbəqəsi xüsusi maraq doğurur.[7] Abidənin stratiqrafıyası müəyyən edilir, çoxlu miqdarda daş və sümük alətlər, saxsı məmulatı əldə edilir. Çiy kərpiclə hörülmüş kvadrat və dairəvi evlər aşkar edilir. Bir yarımqazma şəklində dairəvi otağın divarları suvanmış və boyaq ilə həndəsi naxışlanmışdır. Bütün Qafqazda həmin dövrə aid ilk tapıntı hesab edilən bu otağın məbəd olduğu güman edilir. Əliköməktəpəsindən yenə də Qafqazda ən qədim sayılan 20-dən artıq ikiyaruslu dulus kürələri aşkar edilir. Buradan tapılmış e.ə. IV minilliyə aid əhilləşdirilmiş at sümükləri Azərbaycanı bütün Avrasiyada atçılığın ilk vətəni hesab etməyə əsas verir.[8][9] Azərbaycanın qədim əkinçilik və oturaq maldarlıq mərkəzi olduğu bir daha sübut edilir. Ümumiyyətlə, Muğanda 20-dən çox eneolit, 6-ilk tunc dövrü və bir neçə son tunc və ilk Dəmir dövrü abidələri qeydə alınır.[10][11][12][13]
F. Mahmudov 1966–1967-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Azərbaycan tarixi redaksiyasında işləmişdir.[13]
F. R. Mahmudov 1979-cu ildə Tbilisi şəhərində öz namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.[13]
Bundan sonra o, öz elmi fəaliyyətini pedaqoji fəaliyyətilə əlaqələndirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dəvəti ilə həmin kafedraya işə qəbul edilir. Əvvəlcə müəllim, baş müəllim, daha sonra isə dosent vəzifələrində çalışır. F. Mahmudov "Azərbaycan tarixi üzrə qaynaqlar" adlı iri həcmli dərs vəsaiti[14] və 1996-cı ildə kafedranın nəşr etdirdiyi "Azərbaycan tarixi" kitabının yazılmasına böyük əmək sərf etmişdir.[13]
F. Mahmudov Yardımlı[15][16], Lerik[17] Lənkəran[18] və b. Azərbaycan rayonlarında da bir sıra arxeoloji tədqiqatlar aparıb.
14 sentyabr 1996-cı ildə fəqərə sümüyünün xərçəngi səbəbilə Bakıda vəfat edib, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Qəbələ rayonunun Böyük Əmili kəndində dəfn edilib.[19]
Vəfatından 12 il sonra, 2008-ci ildə t.e.d., professor Qüdrət İsmayılzadənin elmi redaktorluğu ilə F. Mahmudovun "Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü mədəniyyəti" adlı kitabı nəşr edilmişdir. Kitabda Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü abidələri tarixi-arxeoloji baxımından ilk dəfə sistemləşdirilir, 30-dək arxeoloji baxımdan obyekt təhlil olunur, Muğan arxeoloji dəstəsinin fəaliyyət sahələri geniş işiqlandırılır. Jak de Morqan qardaşlarının arxeoloji işləri qeyd olunur[20], Uzuntəpə qəbirstanlığının, Lənkəran və Masallıda diyarşunaslıq muzeylərinin arxeoloji kolleksiyasına nəzər yetirilir. Dəfn adətlərinə, abidələrin xronologiyasına, interpretasiyaya geniş yer verilmişdir.[21]
Ağdam rayonunun Ayaq Qərvənd kəndindən 2 km şərqdə, Sultanbud meşəsinin şimal-qərbində yerləşən 2010-cu ildə aşkar edilərək qeydiyyata alınmış[22] Leylatəpə mədəniyyətinə aid[23][24] eneolit dövrü yaşayış yerinə[25] Fərman Mahmudovun şərəfinə Fərmantəpə adı verilib.[26]
İlahiyyatçı Elşad Mahmudovun atasıdır.[27]
Seçilmiş məqalələri
redaktəMənbə[28]
- Azərbaycanın cənub-qərb rayonlarının arxeoloji cəhətdən öyrənilməsinə dair. Azərb. SSR EA Tarix İnstitutu aspirantlarının 1-ci Elmi konfransının materialları. Bakı. 1965
- Ağyazı düzənliyində Yaloylutəpə mədəniyyətinə aid abidə. Azərbaycanın maddi mədəniyyəti. Cild-6. Bakı: 1965
- Azərbaycanın cənub rayonlarının ilk tunç dövrü abidələri haqqında. Azərb. SSR EA Tarix İnstitutu aspirantlarının 2-ci elmi konfransının məruzələrinin tezisləri. Bakı. 1966
- Talış və Muğanın qədim mədəniyyətinə aid arxeoloji materiallar. Azərb. SSR EA Xəbərləri. № 2. 1970
- Qarqalartəpəsi və Əliköməktəpəsi yaşayış yerlərində 1971-ci ildə aparılmış arxeoloji tədqiqatlar. Azərbaycanda 1971-ci ildə aparılmış arxeoloji tədqiqatlar. Bakı. (İ. H. Nərimanovla şərikli). 1972
- Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunları // Azərbaycanda daş dövrü və eneolit. Bakı 1984.
- Lənkəran yaxınlığındakı qədim qəbiristan haqqında. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. № 4. 1974
- Astara rayonundakı ilk tunc dövrü kurqanları haqqında. AMM. X cild. Bakı. 1987
- Cəlilabad rayonunda arxeoloji axtarışlar. AMMTCTYKT. Bakı. 1991
- Əliköməktəpəsində 1991-ci il qazıntıları. AMMTCTYKT. Bakı. 1992
- Azərbaycan tarixi./1–3-cü bölmələr/. Bakı. 1996
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Tarixin daş yaddaşı - daşlaşmış poeziya". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Tarixçi-arxeoloq-numizmat alim İlyas Babayev". 2021-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ 1 2 3 Q. Əhmədov, 2000, səh. 86
- ↑ "QURUDƏRƏ KURQANI". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "MİŞARÇAY ABİDƏLƏRİ". 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Tufan Axundov: "Soyumun görkəmli şəxsiyyətlərinin ruhu qarşısında borcumu mən yalnız tədqiqat və nəşrlərlə ödəyə bilərəm"". 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "Sirli Cəlilabad: Açıq səma altındakı qədim abidə". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "FRANSALI ALİM ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİNDƏN TAPILMIŞ QƏDİM AT QALIQLARINI TƏDQİQ EDƏCƏK". 2018-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Fransalı alim Cəlilabadda qədim at qalıqlarını araşdırır". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ Anar Ağalarzadə, "Qədim "Muğan mədəniyyəti"nin kəşf olunduğu məkan" Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine, Azərbaycan.-2016.- 6 oktyabr.- S.7.
- ↑ "Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın arxeoloji qılınclar sərgisi…". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qılınc kolleksiyası (FOTO)". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ 1 2 3 4 Q. Əhmədov, 2000, səh. 87
- ↑ Azərbaycan tarixi üzrə qaynaqlar / tərt. S. S. Əliyarlı [et al.] ; red. S. S. Əliyarlı. — Bakı : Çıraq, 2007. — 400 s. ; 22,5 sm. — 500 экз.. — ISBN 5-8025-0002-6 [1] Arxivləşdirilib 2021-08-04 at the Wayback Machine
- ↑ "Yardımlı rayonunda tunc dövrü abidələrində arxeoloji qazıntılar aparılıb". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Yardımlıda qədim yurd yerləri, kurqanlar aşkar edildi". 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "Lerik tarixi-arxeoloji abidələrlə zəngindir". 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "Lənkəranda qədim qəbiristanlıqda arxeoloji qazıntılar aparılacaq". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "Dost sözü", Millət qəzeti, səh. 7, № 80 (511), 26 sentyabr 1996
- ↑ "Azərbaycan arxeologiya elminin inkişafı və prioritet istiqamətləri". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "F.R.Mahmudov "Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü mədəniyyəti". Bakı. 2008 (13,5 ç.v.)". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ Azərbaycanda arxeoloji tədqiqatlar. Bakı, "Xəzər Universiteti" nəşriyyatı, 2015, səh. 90. ISBN 978-9952-8291-9-8
- ↑ "Qafqaz arxeologiyası üçün yenilik: «Qarabağın arxeoloji abidələri xəritəsi» tərtib edilib". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "Müstəqillik illərində Qarabağda arxeoloji tədqiqatlar". 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ "Arxeoloji abidələrin elektron qeydiyyatı aparılır". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- ↑ X. İ. Alməmmədov, E. H. Əliyev, Ş. N. Nəcəfov. Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi – Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2017. ISBN 978-9952-516-07-4 səh. 49–50 Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine
- ↑ "İlahiyyatçı: "Peyğəmbərin xanımlarına şübhə ilə yanaşanların, hörmət etməyənlərin etiqadı pozuqdur" - MÜSAHİBƏ". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ Q. Əhmədov, 2000, səh. 88–89
Mənbə
redaktə- Qara Əhmədov, "Azərbaycanın istedadlı arxeoloqu — Fərman Mahmudov", "Azərbaycan Arxeologiyası", 2000, Cild: 2, Say: 1–2. səh. 86–89. ISSN 2218 – 0346
- Ramin Məmmədov, "Qəbələ: İnsanlar, talelər, ziyalılar", II kitab, Bakı, "Şirvannəşr", 1996, səh. 142–144