Qebele - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalə Qəbələ şəhəri haqqındadır. Rayon üçün Qəbələ rayonu səhifəsinə baxın. |
Qəbələ — Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır.[1] Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir.
Şəhər | |
Qəbələ | |
---|---|
40°58′53″ şm. e. 47°50′45″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 783 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
qebele-ih.gov.az/az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca)[2] və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı"[3] Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka[4] , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan[5][6] kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki,[7] bu da Qəbələyə uyğun gəlir.
1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndləri ilə yaxşı müdafiə olunurdu. Ən yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır.
Divarlardakı və bürclərdəki mazğallar düzbucaqlı formasındadır. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən, ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7–8 m, diametri 5–6 m olan dairəvi və yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə edilməklə bişmiş kərpicdən hörülmüşdür. Şəhər istehkamlarının bünövrəsinin qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.[8]
Qəbələnin şəhər yerində və antik dövrə aid qəbiristanında aparılan arxeoloji qazıntı işləri nəticəsində şəhər yerinin ən alt təbəqəsinin eramızdan əvvəl III minilliyin ikinci yarısına (erkən Tunc dövrü) aidliyi aşkar edilmişdir. Həmin təbəqədə itilənmiş dəvəgözü daşı, çaxmaq daşı və dəvəgözü daşı qırıntıları, keramika məmulatı parçaları və s. materiallar tapılmışdır. Bu təbəqədən üstə antik dövr təbəqələri gəlir. Onlarda alt təbəqəsi eramızdan əvvəl IV–III əsrlərə aid olunan üç tikinti dövrü ayırd edilir. Burada təsərrüfat oyuqları, bəzi novşəkilli kirəmitlər, yastı kirəmit parçaları, müxtəlif gil qablar, bəzək şeyləri, habelə möhürbəndli fərman tapılmışdır.[9] Yuxarı təbəqə numizmatik tapıntılara (Makedoniyalı İsgəndərin (e.ə. 336–323-cü illər) draxma və tetradraxmalarına oxşatma olan yerli sikkələr, Parfiya hökmdarı III Fraatın (e.ə. təqribən 70–58-ci illər) draxmaları) və digər materiallara əsasən e.ə. II–I əsrin ikinci yarısına aid edilir. Bu təbəqədə daş divar bünövrələri, yastı və novşəkilli dam örtüyü kirəmitləri, çoxlu miqdarda gil qab qırıqları, bəzək əşyaları, gildən qayırılmış insan və heyvan fiquraları, habelə möhürbəndlərində istər şərq, istərsə də antik kemalları üçün səciyyəvi sujetlər olan fərmanlar aşkar edilmişdir.[10]
Qəbələ şəhər yerinin xarabalıqlarında və onun ətrafında I əsrə aid xeyli miqdarda Arşaki və Roma sikkələri, III əsrə aid 200-dən çox Sasani sikkəsi və digər sikkələr tapılmışdır. Qəbələdən, həmçinin, Böyük İsgəndərin və Parfiya padşahı III Fraatın draxmalarına oxşatma olan yerli sikkələr tapılmışdır ki, bu da e.ə. I əsrdə və eramızın əvvəllərində bir sıra ölkələrlə qızğın ticarət getdiyini göstərir.[11] Alvan (ehtimal ki, Alban) və Savalan keçidlərindən keçən ticarət yolları adlanırdı. Ticarət yolları Qəbələni Gürcüstan vasitəsilə Qərblə, Atropatena vasitəsilə İranla və Böyük Qafqaz vasitəsilə Şimalla əlaqələndirirdi.[12] Qəbələ ticarət əhəmiyyətini VIII–IX əsrlərdə də itirməmişdi.[13]
Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII–IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Göründüyü kimi, neft Bakıdan gətirilirdi. Şəhərə su Qəbələnin 5–6 kilometrliyindəki bulaqlardan, kəhrizlərdən gil boru – tünglər vasitəsilə gətirilirdi. Şəhərin həndəvərində dulus kürələri aşkara çıxarılmışdır. VII əsrə qədərki külli miqdarda müxtəlif saxsı qab və VIII əsrdən etibarən qab qırıqlarının tapılması burada dulusçuluğun inkişafından xəbər verir. Şirli qablar müxtəlif ornamentlərlə, bitki, heyvan və insan təsvirləri ilə bəzədilirdi.[14]
Coğrafiyası
redaktəQoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.Qəbələ rayonun Məmmədağalı kəndinin yaxınlığında dəmirağac meşəliyi tapılmışdır.
İqtisadiyyatı
redaktəQəbələ şəhərində bir çox sənaye obyektləri fəaliyyət göstərir. Bunlar Qəbələ Konserv Zavodu, Asfalt, Dəmir-Beton, Kərpic, Fındıq, Şərab emalı və Qum-Çınqıl zavodlarıdır. Bütün bu zavodlar 2004-cü ildən sonra tikilib. Qəbələdə çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələdə bir neçə müasir otel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib.
Əhali
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxslər
redaktəGeneral-mayor Polad Həşimov — Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən küçəyə Polad Həşimovun adı verilib. Küçənin başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.[19]
- Əhmədiyyə Məmmədov - Dövlət xadimi
Abidələri
redaktəQəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX–XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII–XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında, meşə zolağında "Ay işığı" istirahət zonası, Nohur gölünün sahilində "Sahil" istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir.
Əhmədiyyə Məmmədovun rayon mədəniyyət şöbəsinə rəhbərliyi dövründə (1983-1993-cü illərdə) görkəmli Azərbaycan yazıçısı hərbi və ictimai xadim İsmayıl bəy Qutqaşınlının 1985-ci ildə ev muzeyi yaradılmış və yazıçının məzarüstü abidəsi yenidən işlənmişdir.Azərbaycanda ilk dəfə - Qəbələdə Şəhidlərin Xatirəsi Muzeyi yaradıldı. Respublikamızın ən zəngin tarix-diyarşünaslıq muzeyi olan Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyi yaradılıb.Həmçinin,onun bu vəzifədə çalışdığı illərdə Qəbələ Mədəniyyət Evi binası tikilib.
Otel və istirahət mərkəzləri
redaktəQafqaz Resort Hotel
redaktəQafqaz Resort Hotel[20][21] öz cazibədar təbiəti, Şərqə məxsus qonaqpərvərliyi ilə regionun ən üstünlük verilən otellərindən biridir. 2008-ci il ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Bakı şəhəri ilə arasındakı məsafə 225 km təşkil edir. 80 nəfərlik Qarabağ restoranı, 120 nəfərlik Muğan restoranı, 200 nəfərlik Naxcıvan A La Carte restoranı, 100 nəfərlik Şirvan bar,100 nəfərlik Xəzər disko bar, 50 nəfərlik Baxca barı ilə otel həm də biznes görüşlərinə ev sahibliyi edir.
Qafqaz Resort Hotel qonaqların rahatlığı üçün müxtəlif növ otaqlar dizayn etmişdir. 10 ədəd standart, 38 ədəd superior, 40 ədəd junior suite, 2 ədəd ailə suiti, 2ədəd kral otağı, 1 ədəd prezident otağı, 1 ədəd royal prezident otağı internet rabitəsi (pulsuz), seyf (pulsuz), minibar, havalandırma sistemi, fen, televizor( milli və beynəlmiləl kanallar), xarici telefon xətti ilə təchiz edilmişdir. Qaqfaz Spa və Sağlamlıq mərkəzi xoşbəxtlik, saflıq və dinclik və sağlamlıq rəmzidir. Bakı konfrans zalı öz texniki avadanlığı və texniki xidməti ilə tədbirləriniz və özəl günləriniz üçün ideal bir məkandır. Konfrans zalının sahəsi: 450 m² , hündürlüyü 7 m, Sinif formada: 250 nəfər, ziyafət formada: 300 nəfər, teatr formada: 400 nəfər, U formada: 100 nəfərlikdir. Qafqaz Resort Hotel qonaqlarının boş zamanını şən keçirməsini təmin edəcək əyləncə növləri təklif edir: Boulinq, Tennis, Peyntboll, ATV safari, at gəzintisi, uşaq klubu, alpnizim, müxtəlif növ ekskursiyalar və.s.[21]
Qafqaz Riverside Hotel
redaktəQafqaz Riverside Hotel[22][23] Qəbələnin turizm zonasına aid 20250 m² ərazisində, dəmiraparan çayının sahilində yerləşir.[24] Rəsmi açılışı 2009-cu ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən olmuşdur. Bakı şəhərindən olan məsafə 220 km təşkil edir. Otel müxtəlif ölçüdə və müxtəlif tələblərə uyğun otaqlar təklif edir.[25] Otel türk hamamı, sauna buxar hamamı, fitnes zalı gözəllik mərkəzi, masaj otaqları kimi xidmətləri də təklif etməkdədir. Suvenirlər, xalçalar və xalçaçılıq məmulatları, tanınmış markaların mağazalarında qonaqlar istədiklırini əldə edə bilərlər. Qafqaz Riverside hotel konfrans və iclaslar üçün bütün zəruri imkanları təklif edir. 1 ədəd 150 nəfərlik konfrans zalı və 2 ədəd 25 nəfərlik iclas otaqları mövcuddur.
Qafqaz Sport Hotel
redaktəQafqaz Sport Hotel[26][27][28] Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşir. 2011-ci ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Bakı şəhərindən 215 km məsafədədir. Otel müxtəlif ölçüdə və müxtəlif tələblərə uyğun otaqlar təklif edir.[29] Gözəllik salonu, türk hamamı, buxar hamamı, idman zalı, sauna və masaj otaqları sizlərə sağlamlığınızı kimi xidmətlər də otelin təklifləri sırasına daxildir. Əsas etibarıyla Dünya Taekvondo Federasiyasının istifadəsi üçün nəzərdə tutulan, sahəsi 700 m² və reabilitasiya mərkəzinin olduğu idman mərkəzində peşəkar məşqçi nəzarətində idman fəaliyyətlərində iştirak üçün müvafiq şəraitlər yaradılmışdır.
Qafqaz Karvansaray Hotel
redaktəQəbələ şəhər mərkəzindən cəmi 5 dəqiqəlik məsafədə yerləşən Qafqaz Karvansaray Hotel[30][31] ümumilikdə 18000 m² ərazini əhatə edir. Rəsmi açılışı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2013-cü ildə olmuşdur. Qəbələ Beynəlxalq hava limanından 25 km, Gəncə hava limanından 190 km, Heydər Əliyev adına beynəlxalq hava limanından isə 250 km məsafədə yerləşir. Xarici üslubuna görə 17 əsr tarixi memarlıq abidələrini özündə təcəssüm edən Qafqaz Karvansaray Hotel daxili interyer cəhətdən müasir art deko üslubunda dizayn edilmişdir. Burada qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Otel müxtəlif ölçüdə və müxtəlif tələblərə uyğun otaqlar təklif edir.[32] Qafqaz Karvansaray Spa və sağlamlıq mərkəzini fərqli xüsusiyyətlərindən biridə burada fəaliyyət göstərən Türk hamamı, sauna qadınlar ayrı bəylər ayrı fəaliyyət göstərməsidir. Həmçinin oteldə fitness mərkəzi, buxar hamamı, masaj otaqları və 600 m² ərazini əhatəedən qaplı hovuz da fəaliyyət göstərir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
- ↑ Плиний Ceкyнд, кн.VI, гл.Ю, § 29, BДИ, 1949, т.2, c.297
- ↑ Птoлeмeй, кн.V, гл.ll, 12. Пepeв. Лaтышeвa, BДИ, 1948, т.2, c.254.
- ↑ Moиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, c.72, 150, 230
- ↑ Apмянcкaя гeoфaфия, c.40
- ↑ Гeoфaфия, изд. Cyкpи, c.39
- ↑ Гeвoнд, c.92.
- ↑ Kaзиeв. Пepвыe итoги, c. 145–149
- ↑ C.M.Kaзиeв, И.A.Бaбaeв, Ф.Л.Ocмaнoв. "Paбoты Kaбaлинcкoй экcпeдиции. AO, 1969". M., 1970, c.376
- ↑ Г.M. Axмeдoв, И.A.Бaбaeв, H.C.Гyceйнoвa. Исcлeдoвaния гopoдищ Kaбaлы. AO, 1978". M., 1979, c.510
- ↑ Kaзиeв. Пepвыe итoги, c. 149–150
- ↑ K. Trever – Qafqaz Albaniyasının tarixi və mədəniyyətinə dair oçerklər, c.253–261
- ↑ Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006
- ↑ Kaзиeв. Пepвыe итoги, c. 151–152
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
- ↑ "İcra hakimiyyəti general Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirdi". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.
- ↑ https://www.booking.com/hotel/az/qafqaz-resort.ru.html?aid=315714;label=qafqaz-resort-ZWqX8LR_I5DolR_2joPUegS161694638574%3Apl%3Ata%3Ap1%3Ap2%3Aac%3Aap1t1%3Aneg%3Afi%3Atikwd-44813836980%3Alp1000998%3Ali%3Adec%3Adm;sid=03a24d933aa96f66b0087707576759c6;dest_id=-2708201;dest_type=city;dist=0;hpos=1;room1=A%2CA;sb_price_type=total;srfid=5f3e2463fa0ce009368de72809cb65fbded9b34cX1;type=total;ucfs=1&#hotelTmpl
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2021-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2017-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Arxivlənmiş surət". 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ Otel müxtəlif ölçüdə və müxtəlif tələblərə uyğun otaqlar təklif edir.
- ↑ "Arxivlənmiş surət". 2017-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ https://www.booking.com/hotel/az/qafqaz-karvansaray.ru.html?aid=315714;label=qafqaz-karvansaray-HF235oamf9zqklmtbEku9wS161694638622%3Apl%3Ata%3Ap1%3Ap2%3Aac%3Aap1t1%3Aneg%3Afi%3Atikwd-68454912204%3Alp1000998%3Ali%3Adec%3Adm;sid=03a24d933aa96f66b0087707576759c6;dest_id=-2708201;dest_type=city;dist=0;hpos=1;room1=A%2CA;sb_price_type=total;srfid=38af8b681c445aea4e9248e62b336bb4d1f41ab8X1;type=total;ucfs=1&#hotelTmpl
- ↑ "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
Xarici keçidlər
redaktə
|