Feride Memmedova Tarixci - Wikipedia
Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü,[1] AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı.
Fəridə Məmmədova | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Zubovka, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | (85 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Dəfn yeri | Salyan rayonu | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Elm sahəsi | tarix | ||
Elmi dərəcəsi | tarix elmləri doktoru | ||
Elmi adı | AMEA-nın müxbir üzvü | ||
İş yerləri |
AMEA Tarix İnstitutu; Milli Aviasiya Akademiyası |
||
Təhsili | |||
Tanınır | albanşünas | ||
Mükafatları |
|
Həyatı
redaktəFəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.
Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[2][3]
Əsas elmi nailiyyətləri
redaktəİlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.
Əsas elmi əsərlərin adları
redaktə- Moisey Kalankatuyskinin "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi. Bakı: 1977, (rus dilində).
- Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1986, ( rus dilində).
- Azərbaycanın tarixi coğrafiyası. Bakı: 1987, (kollektiv monoqrafiya).
- Qarabağ probleminin səbəb və nəticələrində əlaqə (alman və azərbaycan dillərində).
- Le probleme de l'ethnos albano-caucasien, "L'antropoloqie sovietique". Paris: 1990,
- Qafqaz Albaniyası və albanlar-Bakı:2003(rus dilində)
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 96, 5 monoqrafiya
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1 fevral 1990
- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı — 26 may 1991
- "Şöhrət" ordeni — 14 fevral 2004
İstinadlar
redaktə- ↑ "Azərbaycan tarixi" (PDF). 2022-05-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-13.
- ↑ Şablon:Web kaynağı
- ↑ Şablon:Haber kaynağı
Xarici keçidlər
redaktə- Fəridə Məmmədova Arxivləşdirilib 2007-09-21 at the Wayback Machine
- Rafiq Məmmədov. "Fəridə Məmmədova məni hədələdi ki... — tarixçilərin savaşı" (az.). realxeber.az. 2014-02-10. 2016-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-05.