Ernst Hekkel - Wikipedia
Ernst Hekkel (alm. Ernst Heinrich Philipp August Haeckel; 16 fevral 1834[1][2][…], Potsdam, Brendenburq əyaləti[d], Prussiya[7] – 9 avqust 1919[1][2][…], Yena, Veymar Respublikası[7]) — alman alim və filosof, "ekologiya" termininin müəllifi.
Ernst Hekkel | |
---|---|
alm. Ernst Heinrich Philipp August Haeckel | |
Doğum adı | Ernst Heinrich Philipp August Haeckel |
Doğum tarixi | 16 fevral 1834[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1919[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Nikolay Mikluxo-Maklay |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErnst Hekkel 1834-cü ildə Almaniyanın Potsdam şəhərində anadan olmuşdu.
Ernst Hekkel 1919-cu ildə Almaniyanın Yena şəhərində vəfat edib.
Fəaliyyəti
redaktəErnst Hekkel 1868-ci ildə yazdığı "Təbii yaradılış tarixi" (Natürliche Schöpfungsgeschichte) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər demək olar ki, hamısı eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.
Balıq, salamandr, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırlamışdı. Fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə, insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi çox diqqətçəkən idi. Belə ki, insan rüşeyminin rəsmlərində eynilə balıqdakı kimi xəyali qəlsəmələr belə görünürdü. Hekkel bu rəsmlərin verdiyi "elmi görünüş" ilə "rekapitulyasiya nəzəriyyəsini" elan etdi: ontogenez filogenezi təkrar edir. Bu şüarın mənası bu idi: Hekkelin fikrinə əsasən, hər canlı yumurtasında və ya ana bətnində keçirdiyi inkişaf əsnasında öz növünün "təkamül tarixini" əvvəldən yaşayırdı. Bu saxta nəzəriyyəyə əsasən, insan rüşeymi ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə salamandr, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra "təkamül keçirərək" insana çevrilirdi.1990-cı ildə ingilis embrioloq Maykl Riçardson onurğalı rüşeymlərini mikroskop altında tədqiq etdi və onların Hekelin rəsmlərinə bənzəmədiyini müəyyən etdi. Riçardson və qrupu fəaliyyətlərinin ardınca 1997-ci il avqust ayında "Anatomy and Embryology" (Anatomiya və embriologiya) jurnalında rüşeymlərin həqiqi fotoşəkillərini dərc etdirdi. Göründüyünə görə, Hekkel rəsmlərdə müxtəlif qəliblərdən istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün onların üzərində müxtəlif dəyişikliklər etmişdi. Rüşeymlərə xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan rüşeymləri eyni boyda göstərmişdi. Hekkelin insan rüşeymində qəlsəmə kimi göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: onlar, əslində, insanın orta qulaq kanalının, paratiroidlərin və çəngələbənzər vəzin başlanğıcları idi. Rüşeymlər, əslində, bir-birlərinə heç bənzəmirdilər. Hekkel çəkdiyi rəsmlərdə hər cür dəyişiklik etmişdi. Uzun zaman saxta təkamül dəlili kimi gündəmdə tutulmağa çalışılan Hekelin rəsmləri 5 iyul 1997-ci il tarixli "Science" (Elm) jurnalında "Hekkelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi" başlığı altında dərc edildikdə bu saxtakarlıq artıq bütün elm dünyasında qəbul edilmişdi. Bəhs edilən məqalədə bu məlumatlar verilmişdi: Riçardson və qrupunun bildirdiyinə görə, Hekkel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, fərqli növləri bir-birinə oxşar göstərmək üçün ölçülərini də dəyişdirmiş, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekkel fərqləri gizlətmək üçün növləri adlandırmaqdan çəkinmiş və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox bənzəyən balıq növlərinin rüşeymlərində belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər mövcuddur. Riçardson: "(Hekkelin rəsmləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biridir", — deyir. 2000-ci il mart ayında Harvard Universitetindən təkamülçü paleontoloq S. C. Quld isə bəhs edilən saxtakarlıqdan çoxdan xəbəri olduğunu deyirdi. Amma dəccaliyyətin lazım bildiyi kimi səssiz qalmağı üstün tutmuşdu.96 Rəsmlərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsindən sonra Quld bu rəsmlərdən hələ də istifadə edilməsinin akademik baxımdan cinayət olduğunu bildirir və belə deyirdi:
Məncə, müasir dərsliklərin əksəriyyətində olmasa da, böyük hissəsində bu rəsmlərin hələ də qoyulmasına icazə verən ağılsız geri qayıtma dövrünə görə həm təəccüblənməli, həm də utanmalıyıq.
Hekelin saxtakarlığı o qədər açıq və o qədər böyük idi ki, Hekel beş professor tərəfindən məsələ ilə bağlı saxtakarlıq etməsi ilə təqsirləndirildi və Cenadakı universitet məhkəməsi tərəfindən təqsirli elan edildi.
İngiltərə Təbiət Tarixi Muzeyindən Ser Qavin de Bier isə bu böyük elmi biabırçılığı bu sözlərlə ifadə edir:
Asan, nizamlı və inandırıcı, tənqidi tədqiqat aparılmadan geniş kütlələr tərəfindən qəbul edilmiş Hekelin "rekapitulyasiya nəzəriyyəsi" kimi bir çox nadir iddia elmə bu qədər böyük zərər vermişdir.
Hekelin bu saxta rəsmləri, əslində, darvinistlərin adına məqsədinə çatmışdır. Bu rəsmlərin elmi saxtakarlıq olduğu açıqlanmasına baxmayaraq, bəzi dairələr bu saxta rəsmləri həqiqi zənn edərək mənfi təsirlənmiş, elmi əsassızlığına baxmayaraq, təhsil müəssisələrində davam edən təhsil insanın canlılara ümumi baxışını mənfi istiqamətdə dəyişdirmişdir. Yaradılış Tədqiqat Cəmiyyəti (Creation Research Society) və Yaradılış Araşdırma İnstitutu (Institute of Creation Research) təşkilatlarının qurucusu Henri M. Morris bu vəziyyəti belə qiymətləndirmişdir:
Darvindən – və xüsusilə də Freyddən etibarən psixoloqlar insanın sadəcə təkamül keçirmiş bir heyvan olduğunu güman etmiş və davranış problemlərini heyvanı əsasdan dəyərləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta həşəratlarla) aparılan təcrübələr əsas götürülmüşdür.
Çox əvvəllər elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, rekapitulyasiya nəzəriyyəsinin acı meyvələri cəmiyyətdə bir çox sahədə yetişməyə başladı…
Elmi baxımdan biabırçılıq hesab edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil kimi təqdim edilməsi təəccüblə qarşılanan Hekelin saxta rəsmləri heyrətli də olsa, hələ də müxtəlif dərsliklərdə yerini qoruyur. Bu təəccüblü hal darvinizm yalanının hansı səviyyəyə çatdığını göstərir. Kaliforniya Universitetindən molekulyar bioloq C. Uels bu vəziyyəti belə açıqlayır:
Bir çox dərslikdə Hekelin rəsmlərinin çox az fərqlənən yeni versiyaları var. Peter Raven ve Corc Consonun "Biology" kitabının 1999-cu il nəşri buna bir misaldır…
Digər nümunə Sesi Star və Ralf Taqartın 1998-ci ildə nəşr edilmiş "The Unity and Diversity of Life" (Həyatın vahidliyi və müxtəlifliyi) kitabıdır. … C. Quld və Uilyam Kitonun "Biological Science" (Biologiya elmi) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: "Darvini təkamül fikrinə salan embrioloji həqiqət bir çox onurğalının rüşeymlərinin erkən inkişaf dövründə bir-birlərinə yaxından bənzəməsidir". Burton Qutmanın 1999-cu il nəşrli "Biology" dərsliyi isə Hekelin rüşeym rəsmlərinin yenidən çəkilmiş versiyasını bu başlıq altında verir: "Bir heyvanın embrioloji inkişafı onun əcdadlarının formaları ilə bağlı ipucu verir". Hekelin saxta rəsmlərinin hələ də biologiya dərsliklərində sanki təkamülə dəlil kimi göstərilməsi, şübhəsiz, adi səhv deyil. Saxta olmalarına baxmayaraq, bu rəsmlər dərsliklərdə qəsdən verilir. Bunun, şübhəsiz, ən mühüm səbəbi sözügedən saxta rəsmlərin darvinizmin əsas cəhətinə, yəni insanın məsuliyyətsiz heyvan olması yalanına mühüm saxta dəlil təşkil etməsidir. C. Uels darvinist elm adamlarının qəsdən müdafiə etdikləri bu yalanla bağlı belə demişdir:
Hekelin rüşeymləri Darvin nəzəriyyəsi üçün o qədər güclü "dəlil" idi ki, o rüşeymlərin bir versiyası, demək olar ki, təkamüllə bağlı hər dərslikdə var. Buna baxmayaraq, bioloqlar Hekelin rəsmlərini uydurduğunu bir əsrdən çoxdur ki, bilirlər, onurğalıların rüşeymləri əsla onun göstərdiyi kimi oxşar deyillər. Habelə, Hekelin "ilk" adlandırdığı mərhələ, əslində, inkişafın orta mərhələsidir, onun qabarıq göstərdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində aydın fərqlər görünür. Bunu biologiya dərsliklərini oxuyaraq öyrənə bilməzsiniz: Darvinin "ən güclü birinci sinif dəlili" dəlilin bir nəzəriyyəyə uyğunlaşması üçün necə təhrif edilməsinin klassik nümunəsidir.
Dəccalın planlaşdırdığı yalanın saxta nəzəriyyəyə saxta dəlil kimi təqdim edilməsi və təsirsiz olması darvinistlərə qısamüddətli sevinc gətirsə də, əslində, bu darvinistlər üçün ümidsizliyin müjdəçisidir. Hekelin rəsmləri ilə insanlar qocaman elm adamının darvinizm uğrunda necə böyük saxtakarlıqlar edə biləcəyini gördülər. Bu nümunə ilə darvinizmin davamlı olaraq "yalana" ehtiyacı olması bir daha sübut edilmişdir. Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yumduqları açıq şəkildə göründü. Hekelin saxtakarlığı yaradılış qarşısında təkamül nəzəriyyəsinin dəccaliyyət sisteminin məhv olduğunun digər mühüm dəlilidir. XX əsrdə bu saxtakarlığın ifşası səssizliklə qarşılana bilər. Ancaq XXI əsr bu və bunun kimi saxtakarlıqların açıq şəkildə üzə çıxarıldığı və həqiqi elmi dəlillərin nümayiş etdirildiyi əsrdir. Saxtakarlıqlar üzə çıxarıldıqca və həqiqi elmi dəlillər gəldikcə darvinizmin süqutu da, şübhəsiz, daha aydın görünür.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Ernst Haeckel (nid.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118544381 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Фокин С. И., Завойская Н. Е. Владимир Тимофеевич Шевяков (1859–1930): изучение простейших Неаполитанского залива. История длиною в жизнь. Часть I. В Российской империи, Wladimir Timopheyevitch Schewiakoff (1859–1930): Investigation of Protists of the Gulf of Naples. A Life Long Story. Part I. In the Russian Empire (rus.). // Историко-биологические исследования 2016. Т. 8, вып. 1. С. 66–93. ISSN 2076-8176; 2500-1221
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).